Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-102/2026 09.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sərxoş vəziyyətdə 09 fevral 2026-cı il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:00 radələrində “KİA” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri, 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində 5 metr kəsişməyə yaxın məsafədə saxladğı üçün sürücüyə yaxınlaşıb özlərini təqdim edərək qayda pozuntusu izah edilmişdir. Bu zaman sürücü onlara tabesizlik göstərərək yüksək səslə bizim fəaliyyətimiz ilə bağlı öz narazılığını bildirərək və onlardan qaçmağa başlamışdır. Daha sonra onlar onu 500-600 metr aralı məsafədə PPX-nin əməkdaşlarının köməyi ilə tutaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2026-cı il tarixdə “KİA” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili piyada keçidinin yaxınlığında saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşmış və avtomobili burda saxlama demişdir. O da həmin vaxt avtomobili onların sözü ilə kənara çəkmişdir. Bundan sonra başqa bir avtomobili saxladaraq əyləşib getmişdir. Həmin avtomobildən düşərkən polis əməkdaşının onun arxasınca gəldiyini görmüş və o da həyacanlı olduğundan qaçmışdır. Barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, 09.02.202.2026-cı il tarixdə saat 12:00 radələrində “KİA” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri, 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində beş metr kəsişməyə yaxın məsafədə saxladğı üçün sürücüyə yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusu izah edilmişdir. Bu zaman sürücü onlara tabesizlik göstərərək yüksək səslə onların fəaliyyəti ilə bağlı öz narazılığını bildirərək və avtomobilin qapısını bağlayaraq onlardan qaçmağa başlamışdır. Daha sonra onlar onu 500-600 metr aralı məsafədə PPX-nin əməkdaşlarının köməyi ilə tutaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin NH-də xx.xx.1988-ci il təvəllüdlü İmişli şəhəri, N.ünvan 1-də qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X7 şahid X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 fevral 2026-cı il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir; İş materiallarına əlavə edilmiş Xalid Əsədov tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, 09.02.202.2026-cı il tarixdə saat 12:00 radələrində “KİA” markalı **- UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri, 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində beş metr kəsişməyə yaxın məsafədə saxladğı üçün sürücüyə yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusu izah edilmişdir. Bu zaman sürücü onlara tabesizlik göstərərək yüksək səslə onların fəaliyyəti ilə bağlı öz narazılığını bildirərək və onlardan qaçmağa başlamışdır. Daha sonra onlar onu 500-600 metr aralı məsafədə PPX-nin əməkdaşlarının köməyi ilə tutaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin NH-də xx.xx.1988-ci il təvəllüdlü İmişli şəhəri, N.ünvan 1-də qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. Odur ki, raportun araşdırılmasına dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Protokollaşdırma nömrəsi 01792 olan alkotester qəbzindən məlum olur ki, Şəxs alkoqolun miqdarı 4.177 promillidir. İş matariallarına əlavə edilmiş diskdə olan video yazıya baxışzamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus olan avtomobili qanunla qadağan olunmuş yerdə və formada saxlayaraq, taksiyə minərək uzaqlaşmağa çalışmış, həmin taksi kimi fəaliyyət göstərən avtomobil yol patrul xidmətinin əməkdaşlarının “saxla” əmri saxlandıqdan sonra Şəxs polis əməkdaşlarında qaçmağa çalışmış, bununla tabesizlik göstərək, digər şəxslərin narahat edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 09.02.202.2026-cı il tarixdə saat 12:00 radələrində “KİA” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri, 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində beş metr kəsişməyə yaxın məsafədə saxladğı üçün sürücüyə yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusu izah edilmişdir. Bu zaman sürücü onlara tabesizlik göstərərək yüksək səslə onların fəaliyyəti ilə bağlı öz narazılığını bildirərək və onlardan qaçmağa başlamışdır. Bununla da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabe olmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə icasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Həmçinin, İş matariallarına əlavə edilmiş diskdə olan video yazıya baxışzamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus olan avtomobili qanunla qadağan olunmuş yerdə və formada saxlayaraq, taksiyə minərək uzaqlaşmağa çalışmış, həmin taksi kimi fəaliyyət göstərən avtomobil yol patrul xidmətinin əməkdaşlarının “saxla” əmri saxlandıqdan sonra Şəxs polis əməkdaşlarında qaçmağa çalışmış, bununla tabesizlik göstərək, digər şəxslərin narahat edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ağırlaşdıran hal kimi şərxoş olmasını, inzibati məsuliyyəti yüngülləşdirən halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxsna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən saat 16:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 fevral 2026-cı il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(5-131)-102/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-102/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver