Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-104/2026 16.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək “AYNA” əməkdaşlarının onun bərəsində çıxardıqları “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokolun, həmçinin ona tətbiq edilmiş 540 manat məbləğində cərimənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus istifadəsində olan “DAF" markalı **-HC-*** dövlət qeydiyyat nişanlı ağırçəkili nəqliyyat vasitəsi ilə cari ilin 07 oktyabr tarixində çınqıl daşıyarkən Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 91.6-cı kmdə ( Bakı istiqaməti) yerləşən "AYNA” məxsus elektron tərəzidə həmin nəqliyyat vasitəsi çəkilmiş və guya ki, qeyd edilən nəqliyyat vasitəsi və onda olan yükün ağırlığı icazə verilən çəki parametrlərindən, yəni 40000 kq-dan artıq olmuşdur. Qeyd edilən "pozuntu"ya görə onun Sim Kart nömrəsinə barəsində inzibati tənbeh vermə haqqında qərarın çıxarılması və 540 (beş yüz qırx manat məbləğində çərimə olunmağı barədə sms gəlmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar ona göndərilməmişdir. Həmin qərarıın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və 540 manat məbləğində cərimənin silinməsi ilə, eyni zamanda qərarın surətinin ona göndərilməsi ilə bağlı "AYNA"-nın Bakı şəhərində yerləşən ofisinə dəfələrlə telefon vasitəsilə və yazılı müraciət məktubu göndərsə də adıçəkilən qurumun xx.xx.2025-ci il tarixli məktubu ilə yalnız barəmdə inzibati tənbeh tətbiq edilməsi haqqında məlumat verilmişdir. Həmin məktub da 02.12.25-ci il tarixdə poçt vasitəsilə ünvanına daxil olmuşdur. Hesab edir ki, “AYNA” əməkdaşlarının nəqliyyat vasitəsinin yükü barədə tərtib etdikləri inzibati sənədlər qərəzli və qeyri obyektivdir. Onlara məxsus tərəzi yükü düzgün şəkildə çəkməmişdir. O həmin nəqliyyat vasitəsilə dəfələrlə eyni həcmdə yük daşısa da heç bir vaxt yüklədiyi yüklə bağlı avtonəqliyyat vasitəsinin çəkisi 40000 kq-1 keçməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq “AYNA” əməkdaşlarının barəsində çıxardıları “İnizabiti tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərar və ona tətbiq edilmiş cərimə ləğv edilməlidir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X1 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş, həmin qərar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Mahmud İş № 3(011)-3183/2023 Məhkəmə iclasından kənar protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 04 sentyabr 2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X4, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:00-da başlanır. Hakim, Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətim və ona əlavə olunmuş sənədlərim X2 geri qaytarılması barədə qərar qəbul etdi. Prosessual hərəkət saat 09:10-da başa çatdı. Protokol 04 sentyabr 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim:
Məhkəmə qərarları › İş №3(5-131)-104/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-104/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver