Məhkəmə qərarları › İş №3(5-131)-131/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-131/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-131/2026 18.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi, İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə İmişli rayonu, Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17 radələrində DİN-in 102 xidmətinə zəng edərək ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmiş və həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17 radələrində DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, ölkə başçısının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı E.Quliyevə zəng olunmuş və izahatının alınması üçün İmişli rayon polis şöbəsinin inzibati binasına çağrılmışdır. Şəxs Polis şöbəsinə gələndən sonra E.Quliyevin xidməti otağına daxil olaraq səs-küy salmış və təhqiredici ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra o, E.Quliyev tərəfindən İmişli rayon Polis şöbəsinin növbətçisinə təhvil verilmişdir. Odur ki, göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə hadisə törədilən zaman spirtli içki qəbul etmişdir və özündə olmamışdır. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPX əməkdaşı X7 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə İmişli rayon Məzrəli kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq ərizə və izahatının alınması zərurəti olduğunu bildirərək İmişli RPŞ-yə dəvət etmişdir. Şəxs İmişli rayon polis şöbəsinə gələrək onun xidməti otağına daxil olmuş və onun ünvanına ucadan səs- küy salaraq nalayiq təhqiredici ifadələr işlətməyə başlamış və o Şəxs nizam-intizama dəvət edərək nalayiq və təhqiredici ifadələr işlətməməsini bildirmişdir. Lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymamış və öz qanunsuz əməllərini davam etdirdiyi üçün tərəfindən İmişli rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi və həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İmişli Rayon Polis X1 təhqiqatçısı, polis baş leytenantı X4 İmişli RPŞ-nin rəisi polis polkovniki Azər Tağıyevə təqdim olunmuş xx.xx.2026-cı il tarixli raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə İmişli rayon Məzrəli kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciəti əsasında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq ərizə və izahatının alınması zərurəti olduğunu bildirərək İmişli RPŞ-yə dəvət etmişdir. Şəxs İmişli rayon polis şöbəsinə gələrək onun xidməti otağına daxil olmuş və onun ünvanına ucadan səs- küy salaraq nalayiq və təhqiredici ifadələr işlətməyə başlamış və o Şəxs nizam intizama dəvət edərək nalayiq və təhqiredici ifadələr işlətməməsini bildirmişdir. Lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymamış və öz qanunsuz əməllərini davam etdirdiyi üçün tərəfindən İmişli rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Göstərilənləri nəzərə alıb raporta aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş audiodisklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə saat 17 radələrində DİN-nin 102 xidmətinə zəng edilərək ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr səsləndirilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən olunur ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(5-131)-50/2026 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs İmişli Rayon Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 01(bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 18 fevral 2026-cı il tarixdən saat 18:20dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 fevral 2026-cı il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar