Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-136/2026 25.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində İmişli rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, həmin materiallar əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil, ona görə də, protokol və ona əlavə olunmuş sənədlər İmişli rayon polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; xx.xx.2026-cı il tarixli raportla araşırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-ci il tarixində İmişli rayonu Çahar kənd çöl sahəsində İJ”markalı E25206 nömrəli 16 kalibrli tək lüləli ov silahı ilə iki ədəd çöl ördəyi quşunu vurmaqla ov etmək qaydalarını pozmuşdur. Belə ki, sonuncu həmin iki ədəd çöl ördəyini İmişli rayonu, Çahar kənd çöl sahəsində vurduğunu bildirmişdir. Toplanmış materaildan göründüyü kimi, Şəxs çöl sahədə iki ədəd cöl ördəy quşunu ovlamaqla təbiətə 11 manat dəyərində maddi ziyan vurmuşdur, Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu məcəllənin 256.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət təbiətə 1000 manatdan 7000 manatadək ziyan vurulduğu hallarda yaranır. Toplanmış materialdan göründüyü kimi, X1 əməlində Azərbaycan Respublikası İXM-in 272-1-ci maddəsinin tərkibi vardır. Odur ki, araşdırma materialında Azərbaycan Respublikası CM-in 256-cı maddəsinin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Odur ki, vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2 maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin İTB-yə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə İmişli RPŞ TB-nin təhqiqatçısı polis mayoru Namik Fərzəliyevin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2026-ci il tarixində İmişli rayonu Çahar kənd çöl sahəsində İJ”markalı E25206 nömrəli 16 kalibrli tək lüləli ov silahı ilə iki ədəd çöl ördəyi quşunu vurmaqla ov etmək qaydalarını pozmuşdur. Belə ki, sonuncu həmin iki ədəd çöl ördəyini İmişli rayonu Çahar kənd çöl sahəsində vurduğunu bildirmişdir. Toplanmış materaildan göründüyü kimi, Şəxs çöl sahədə iki ədəd cöl ördəy quşunu ovlamaqla təbiətə 11 manat dəyərində maddi ziyan vurmuşdur, Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu məcəllənin 256.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət təbiətə 1000 manatdan 7 min manatadək ziyan vurulduğu hallarda yaranır. Toplanmış materialdan göründüyü kimi X1 əməlində Azərbaycan Respublikası İXM-in 272-1-ci maddəsinin tərkibi vardır. Odur ki, araşdırma materialında Azərbaycan Respublikası CM-in 256-cı maddəsinin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Şəxs barəlrində Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2 maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin İTByə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.https://e-qanun.az/framework/46960 77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 92.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları yoxlama inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir. 92.2. Şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. 92.3. Əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən əşyalar fasiləsiz videoçəkiliş aparılmaqla yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər açıla və ya yoxlanıla bilməz. 92.4. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokol tərtib olunur. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bortkompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur; 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir; 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.3, 100.5.4 və 100.5.10-cu maddələrinə müvafiq olaraq nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları), inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; 100.8-ci maddəsinə əsasən protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur; 101.1- ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir; 106.0.3 və 106.0.5-ci maddələrinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir; Maddə 272-1. Ov etmək qaydalarının pozulması Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normaları protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən pozulmuşdur. Belə ki, maddələrin tələbindən göründüyü kimi, maddi sübutların fotoşəkilləri çəkilməli və onlar inzibati xəta haqqında işə əlavə edilməli, maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilməli, ov alətinin aşkarlanması- yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilməli idi. Lakin qeyd edilən qaydalara riayət edilməmiş, inzibati materiala heç bir fotoşəkil, videoçəkiliş, bununla bağlı şəxsi axtarış protokolu əlavə edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmiş, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 12 gün sonra məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxış mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) aradan qaldırmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən daxil olmuş materialın natamam olduğu və inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin düzgün tərtib edilmədiyi və həmin materiallar əsasında iş üzrə yekun nəticəyə gəlinməsinin mümkün olmadığı müəyyən edilir ki, qeyd olunan natamamlıqları və pozuntuları işə baxılarkən tamamlamaq və aradan qaldırmaq mümkün deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan və düzgün tərtib olunmadığından İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni İmişli rayon polis şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 57, 57-1, 100, 103, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İmişli rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(5-131)-136/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-136/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver