Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-166/2026 03.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayətlə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, qərardan şikayət verən şəxs X5 şikayəti düzgün göndərməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan görünür ki, həmin inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə öhdəliyi icra edilməli olduğu yer üzrə baxılır. Şikayətin məzmunundan görünür ki, N nömrəli hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndində dislokasiya olunmuş 3-cü taborunun əsgər yeməkxanasında qabyuyan vəzifəsində işləyən mülki işçi X3 xx.xx.2025-ci il tarixdə xəsarət alması faktı ilə əlaqədar aparılan təhqiqat zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü, 165-ci və 215-ci maddələrinin tələblərinin pozulmasına görə İXM-in 192.4-cü, 198.1.5-ci və 199-cü maddələrinin tələblərinə uyğun olaraq X5 barəsində inzibati xəta üzrə icraat başlanılmış, xx.xx.2026-ci il tarixdən həmin qurumdan daxil olan 123081/2025 nömrəli məktuba əsasən xx.xx.2025-ci il tarixli MN №0030930 nömrəli protokol ilə şərti cərimə tətbiq edilmiş və həmin nöqsanların aradan qaldırılması üçün mənə 30 (otuz) gün müddətinə vaxt verilmişdir. Beləliklə məhkəmə inzibati xətanın törədildiyi yer kimi, N nömrəli hərbi hissənin 3-cü taborunun yerləşdiyi Beyləqan rayonu olması qənaətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(5-131)-166/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-166/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver