Məhkəmə qərarları › İş №3(5-131)-167/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-167/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-167/2026 02.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin İTB-nin sahə rəisi X25, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Hacıalmuradlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsinin İTB-nin sahə rəisi X34 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddəsi ilə 02 mart 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixində İmişli rayonu, Hacıalmuradlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış xırda xuliqanlıq hərəkətlərə yol verilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İmişli rayon polis şöbəsinin İTB-nin sahə rəisi X34 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri X27 Məmmədovun bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Lakin Şəxs və digərləri tərəfindən polis əməkdaşları təhqir olunmuş və sonunculara ev əşyaları atılmışdır. Nəticədə ictimai qayda pozulmuş, Şəxs və digərləri polis əməkdaşlarının qanunu tələblərinə əməl etməmişlər. Sonda protokol tərtib etmiş şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, polis əməkdaşlarına müqavimət göstərməmişdir, əksinə onlara dəstək və köməklik göstərmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin polis mayoru X35 ifadəsində bildirmişdir ki, İmişli rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə o, polis şöbəsində növbətçi olmuşdur. İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X2 bacısını Xəyal Şirinovun aparmaq istəməsi barədə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Həmin ünvanda evin içərində DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X16 onların yaşadıqları ünvana gec getdiklərini əsas gətirib onu nalayiq sözlərlə təhqir etdiyinə görə o, Samirə Şirinovaya iradlarını bildirmiş və onu nizam intizama dəvət etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov onun üstünə gedərək sonuncuya bacısı Samirəni nizam intizama dəvət etdiyinə görə iradlarını bildirmiş, onu vurmağa cəhd etmişdir. Buna görə, o, Seyidəzim Məmmədovu da nizam intizama dəvət etmiş və hadisə yerində olan əməkdaşlardan Seyidəzim Məmmədovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə aparmalarını tələb etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov huşunu itirib yerə yıxıldığına görə o və digər əməkdaşlar sonuncuya tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, X11, X7, X26, X8, X3, X30 onların üstünə gedərək, polis əməkdaşlarını nalayiq sözlərlə söyüb təhqir etmişlər. Adları qeyd edilən şəxslər onlarla 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmiş, onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərini qəsdən icra etməmişlər, əksinə onların üstünə vedrə, qazan, qab qacaq tullamış, polis əməkdaşlarının oradan çıxıb getmələrini tələb etmişlər. O və digər polis əməkdaşları həmin şəxsləri sakitləşdirə bilmədiklərindən növbətçi hissəyə zəng edərək kömək göndərilməsini, eləcə də təcili tibbi yardıma məlumat verib hadisə yerinə həkim briqadasının göndərilməsini xahiş etmişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə adları qeyd olunan şəxsərin barəsində qanuni tədbir görülməsi üçün onları İmişti RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin baş serjantı X24 və İmişli RPŞ-nin baş leytenantı X18 şahid X35 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 02 mart 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində İmişli rayonu, Hacıalmuradlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış xırda xuliqanlıq hərəkətlər əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 22:22-də İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri Xəyal Şirinovun əlində bıçaqla bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X19, İmişli RPŞ-nin MSY-nin növbətçisi polis baş serjantı X20 ve İmişli RPŞ-nin növbətçi sürücüsü polis baş serjantı X29 ilə birlikdə İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 yaşadığı ünvana getmişlər. Həmin ünvanda DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X16 onlara yaşadıqları ünvana gec getdiklərini əsas gətirərək nalayiq sözlərlə təhqir etdiyinə görə ona irad bildirmişlər və onu nizam intizama dəvət etmişlər. X12 onlara bacısı Samirəni nizam intizama dəvət etdiklərinə görə iradlarını bildirmişdir. Hadisə yerində olan əməkdaşlar Seyidməhəmməd Əzimovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə mindirmişlər. Həmin vaxt Seyidməhəmməd huşunu itirib yerə yıxıldığına görə əməkdaşlar ona tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, X11, X7, X6 Samirə Seyidməhəmməd qızı, X3, X30 onları nalayiq sözlərlə söyüb təhqir etmişlər. Həmin şəxslər polis əməkdaşları ilə 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmişlər. Onları nizam intizama dəvət etsələr də, həmin şəxslər polisin qanuni tələblərini qəsdən icra etməmiş, polis əməkdaşlarının üstünə vedrə, qazan, qab qacaq tullamışlar. xx.xx.2026-cı il tarixli 028783 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 01 mart 2026-cı il tarixdən saat 23:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, o, həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 mart 2026-cı il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar