Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-168/2026 02.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon polis şöbəsinin İTB-nin sahə rəisi X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə İmişli rayonunda doğulmuş, İmişli rayonu, Hacalmuradlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X25 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində İmişli rayonu, Hacıalmuradlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış xırda xuliqanlıq hərəkətlərə yol verilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X25 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri X23 Məmmədovun bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Lakin Şəxs və digərləri tərəfindən polis əməkdaşları təhqir olunmuş və sonunculara ev əşyaları atılmışdır. Nəticədə ictimai qayda pozulmuş, Şəxs və digərləri polis əməkdaşlarının qanunu tələblərinə əməl etməmişlər. Sonda protokol tərtib etmiş şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə polis əməkdaşlarına müqavimət göstərməmişdir. Oğlu xəstə olduğundan vəziyyəti pisləşmiş və buna görə mübahisə yaranmışdır. Oğlu polis əməkdaşları tərəfindən döyülmüşdür. Buna görə də, hislərini cilovlaya bilməmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin polis mayoru X31 ifadəsində bildirmişdir ki, İmişli rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə o, polis şöbəsində növbətçi olmuşdur. İmişli rayonu, Hacalmuradlı kəndində yaşayan X2 bacısını Xəyal Şirinovun aparmaq istəməsi barədə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər. Həmin ünvanda evin içərində DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X13 onların yaşadıqları ünvana gec getdiklərini əsas gətirib onu nalayiq sözlərlə təhqir etdiyinə görə o, Samirə Şirinovaya iradlarını bildirmiş və onu nizam intizama dəvət etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov onun üstünə gedərək sonuncuya bacısı Samirəni nizam intizama dəvət etdiyinə görə iradlarını bildirmiş, onu vurmağa cəhd etmişdir. Buna görə, o, Seyidəzim Məmmədovu da nizam intizama dəvət etmiş və hadisə yerində olan əməkdaşlardan Seyidəzim Məmmədovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə aparmalarını tələb etmişdir. Həmin vaxt Seyidəzim Məmmədov huşunu itirib yerə yıxıldığına görə o və digər əməkdaşlar sonuncuya tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, Şəxs, X6, X22, X7, X3, X27 onların üstünə gedərək, polis əməkdaşlarını nalayiq sözlərlə söyüb təhqir etmişlər. Adları qeyd edilən şəxslər onlarla 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmiş, onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərini qəsdən icra etməmişlər, əksinə onların üstünə vedrə, qazan, qab qacaq tullamış, polis əməkdaşlarının oradan çıxıb getmələrini tələb etmişlər. O və digər polis əməkdaşları həmin şəxsləri sakitləşdirə bilmədiklərindən növbətçi hissəyə zəng edərək kömək göndərilməsini, eləcə də təcili tibbi yardıma məlumat verib hadisə yerinə həkim briqadasının göndərilməsini xahiş etmişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə adları qeyd olunan şəxsərin barəsində qanuni tədbir görülməsi üçün onları İmişti RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin baş serjantı X21 və İmişli RPŞ-nin baş leytenantı X16 şahid X31 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 22:22-də İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 DİN-in 102 xidmətinə bacısının əri Xəyal Şirinovun əlində bıçaqla bacısını aparmaq istəməsi barədə vermiş olduğu məlumat əsasında İmişli RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X17, İmişli RPŞ-nin MSY-nin növbətçisi polis baş serjantı X18 ve İmişli RPŞ-nin növbətçi sürücüsü polis baş serjantı X26 ilə birlikdə İmişli rayonu Hacalmuradlı kəndində yaşayan X1 yaşadığı ünvana getmişlər. Həmin ünvanda DİN-in 102 xidmətinə zəng edən Seyidəzim Məmmədovun ərizəsini aldığı vaxt, X13 onlara yaşadıqları ünvana gec getdiklərini əsas gətirərək nalayiq sözlərlə təhqir etdiyinə görə ona irad bildirmişlər və onu nizam intizama dəvət etmişlər. X10 onlara bacısı Samirəni nizam intizama dəvət etdiklərinə görə iradlarını bildirmişdir. Hadisə yerində olan əməkdaşlar Seyidməhəmməd Əzimovun barəsində tədbir görülməsi üçün onu xidməti avtomobilə mindirmişlər. Həmin vaxt Seyidməhəmməd huşunu itirib yerə yıxıldığına görə əməkdaşlar ona tibbi yardım göstərmək istədikləri vaxt hadisə yerində olan X4, Şəxs, X6, X5 Samirə Seyidməhəmməd qızı, X3, X27 onları nalayiq sözlərlə söyüb təhqir etmişlər. Həmin şəxslər polis əməkdaşları ilə 20 dəqiqəyə yaxın müddətdə dava-dalaş etmişlər. Onları nizam intizama dəvət etsələr də, həmin şəxslər polisin qanuni tələblərini qəsdən icra etməmiş, polis əməkdaşlarının üstünə vedrə, qazan, qab qacaq tullamışlar. xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində İmişli rayonu, Hacıalmuradlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış xırda xuliqanlıq hərəkətlər əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli 028784 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, altmış yaşına çatdığından barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cərimə növündə inzibati tənbehin həddi müəyyən edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir gün müddətində inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbinə əsasən Şəxs 01 (bir) gün müddətə inzibati qaydada tutulması nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(5-131)-168/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-168/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver