Məhkəmə qərarları › İş №3(5-131)-18/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-18/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-18/2026 12.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Mil küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş saylı, 12 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayonunda Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayonunda Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda İmişli rayonu, Mil küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun barəsində şikayət edən Qəndab Həmidovanı tanıyır və onun qaynanasıdır, o, onun qızı Jalə ilə ailəlidir. Yaşadığı evdən qonşuya işıq verdiyi üçün ailədə söz-söhbət olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam satlarında yəni saat 18:05 radələrində işdən çıxıb evə qaydarkən yaşadığı İmişli şəhəri, Mil küçəsində olan evinə gəlmiş və orada qaynanası və qaynatası Əmkişidə onlarda olmuşdur. O, içəri girmək istəyərkən qaynanası və qaynatası onun üstünə hücum çəkərək onu əlində olan ağacla vurmaq istəyərkən o, onun əlindən ağacı alaraq yerə atmış və sözlə mübahisə etmişdir. Bundan sonra onlar DİN-nin 102 xidmətinə zəng edərək bildirmişlər ki, o, guya qaynanasını döymüşdür. Polis əməkdaşları onun evinə gəlmiş və onlarla polis şöbəsinə gəlmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs oğlu izahatında göstərmişdir ki, hazırda yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, xx.xx.2005-ci il tarixdə axşam saatlarında qızı Jalə həyat yoldaşına Əmikişiyə zəng edib bildirdi ki, Elçin onları döyüb öldürmək istəyir və Əmikişi özünə məxsus maşına əyləşərək İmişli rayonunda qızı Jalənin evinə getmiş bir neçə vaxtdan sonra qızı Jalə və nəvəsi Əli taksiylə onlara gəldiyini zəng edib bildirmişdir. xx.xx.2015-ci il tarixdə səhər saatlarında qızı Jalə həyat yoldaşı Əmikişi və nəvəsi Əli ilə İmişli rayonuna Jalənin yaşadığı evinə gəlmişlər və axşam saatlarında Elçin evə gələrək qapını döymüş və Əmikişi qapını açarkan Elçin icari daxil olmuş, həmin vaxtı Elçin içkili olduğunu görmüş və əlində olan paya ilə Əmikişinin üstünə yerimiş və mübahisə etmişlər. Həyat yoldaşının onunla mübahisə etdiyini görmüş və müdaxilə edərkən əlində olan taxta paya ilə onun qoluna vuraraq xəsarət yetirmiş və itələyib onu yerə yıxmışdır. Qızı Jalənin üstünə hücüm edərək onu öldürəcəyini bildirmişdir. Bundan sonra əri onu itələyərək çölə cıxarmış və hamin vaxt qızı Jala DİN-102 xidməti mərkəzinə müracat edərək polisin gəlməsini bildirdi. Hal-hazırda Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuna müvafiq ciddi tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis X1 Bölməsinə verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 586 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, aşkar edilmiş xəsarət-sol saidin aşağı 1/3-nin bayır səthində qançır bərk küt əşyanın təsirindən törənmişdır, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər hallarını, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 586 saylı məhkəmə-tibbi ekspertiza rəyini nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 12 yanvar 2026-cı il tarixdən saat 15:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar