Məhkəmə qərarları › İş №3(5-131)-19/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(5-131)-19/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(5-131)-19/2026 29.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunub ona görə ki, o 24 oktyabr 2024-cü il tarixində İmişli rayonu, Əliqulular kəndi "Şirin-Qum" adlanan ərazidə ov edib.Lakin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul edərkən hansı sübutlara əsaslandığı məlum deyildir. Qeyd edir ki, İmişli rayonu, Əliqulular kəndi "Şirin-Qum" adlanan ərazidə ov etməyib, ona yazılan cərimədən xəbəri yoxdur xx.xx.2025-ci il tarixdə İmişli Rayon İcra və Probasiya Şöbəsindən ona bildiriş gəlib və o icraya yaxınlaşanda 1000 manat ekologiya tərəfindən cərimə olunduğunu öyrənib hansı əsaslar və sübütlarla ekologiya cəriməni yazmışdır məlum deyil. İcra şöbəsindən qərar və bildirişi ona təqdim olunduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yaxınlaşib cərimənin nə əsasla yazıldıqını hansı sübutların olduğunu tələb etdikdən sonra ona 10 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol və 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərar təqdim ediblər və bildirdilər ki, heç bir sübüt yoxdur protokol və qərarı yazan əməkdaş hal hazırda kobud pozuntu ilə işdən uzaqlaşdırıldığını, cərimənin silinəcəyini qeyd etdilər. Ekologiya ilk növbədə ortada sübut olmadan cəriməni yaza bilməz ov edərkən video görüntü ilə o tutulmamışdır, ekologiyaya və ətraf mühitə zərər vuran şəxsləri məsuliyyətə cəlb etməlidir. X5 şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisinin xx.xx.2024-cü il MN ******* saylı qərarından şikayət verdiyini məhkəmə müddət ötdüyünü əsas gətirərək sənədlərini geri qaytarmışdır. Lakin bildirmək isdəyir ki, barəsində olan cərimədən xəbəri olmayıb yalnız İmişli İcra və Probasiya Şöbəsinin bildiriş və qərarını xx.xx.2025-ci il tarixdə aldıqdan sənra məlumatı olub. Qərar ona vaxtında verilmədiyi üçün o, şikayət vermə müddətinin üzürlü olaraq ötürməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 ifadəsində bildirmişdir ki, şikayətçi X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il MN ******* saylı qərarından verdiyi şikayəti vaxtında vermədiyi üçün müddətin bərpa olunmamasını məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş poçt reyestrindən görünür ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərar (reyestr nömnrəsi SX032473761AZ) X2 ünvanı olan İmişli şəhəri S.Vurgun küçəsi ev 58 ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisinin 24 oktyabr 2024cü il tarixli MN ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş poçt reyestrindən görünür ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərar (reyestr nömnrəsi SX032473761AZ) X2 ünvanı olan İmişli şəhəri S.Vurgun küçəsi ev 58 ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar