Məhkəmə qərarları › İş №3(5-131)-23/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-23/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-23/2026 14.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonunun Otuziki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Mil-Muğan Regional Təhsil İdarəsində gözətçi vəzifəsində işləyən, İmişli şəhəri, Aşıq Ələsgər küçəsi, ev 20, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon polis şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 14 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək protokolun mahiyyətinə uyğun izahat vermiş və izahatında göstərmişdir ki, aralarında yaranmış ailə məişət münasibətləri zəmnində baş vermiş mübahisə nəticəsində Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülmüşdür. Hazırda Zərərçəkmiş şəxs şikayətçidir. Sonda protokol tərtib etmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaşov X9 xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, zərərçəkən qayınatasının anasıdır. O, yoldaşını həkimə aparacağı üçün xx.xx.2025-ci il tarixdə qayınanasına- Sevdaya zəng edərək uşaqlarının yanında qalmasını xahiş etmişlər. Sevda onlara qayınanasından- Zərərçəkmiş şəxs icazə alacağını və onların gəlməsini bildirmişdir. O və yoldaşı- Əzizə kəndə getmişlər. O, yolda gözləmiş, yoldaşı isə qayınanasını çağırmaq üçün getmişdir. Həmin vaxt yoldaşının qışqırıq səslərini eşitmiş, gedəndə Pakizənin Sevdanın saçını əlinə dolayaraq başını yerə vurduğunu görmüşdür. Yaşlı olmasına baxmayaraq, Pakizənin səhhəti ilə bağlı heç bir problemi yoxdur. O, qayınanasının- Sevdanın əlindən tutmuş və Pakizənin əlindən almışdır. Həmin vaxt Pakizəyə onun əli belə dəyməmişdir. Daha sonra yoldaşının qonşuluqda olan dayısıgilə getmişlər. Pakizə qapını içəridən bağlamışdır. Pakizənin xəsarətinin yaranmasına səbəb qayınanası- Sevda ilə aralarında olan söz-söhbətə görə olmuşdur. Pakizə Sevdanı döyən vaxt qolu ilə qapını tutmuşdur. Bunu görməmiş, qayınanası və yoldaşından eşitmişdir. Yoldaşı və qayınanası ifadə verərkən də, onun Pakizəni döymədiyini, həmin xəsarəti Pakizənin özünə etdiyini bildirmişlər. Hər bir halda o, Pakizəni döyməmişdir. Rəy ədalətsiz olaraq verilmişdir. Pakizənin ondan şikayət etməsinə səbəb, Pakizənin onun yoldaşı ilə münasibətinin olmamasıdır. Hazırda zərər çəkən şəxslə aralarında barışıq olmamışdır. Sonda Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qəraradan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə İmişli rayonu Muradxanlı kəndində Zərərçəkmiş şəxs, X10 və Şəxs ailə məişət münasibətləri zəmnində mübahisə baş verdiyi müəyyən edilmiş, mübahisə zamanı Şəxs həyat yoldaşının nənəsi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Mübahisə zamanı ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər baş verməmiş, mübahisə ictimai xarakter almamışdır. Şəxs əməlində hər hansı bir cinayətin tərkib əlaməti yoxdur, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə kimi qiymətləndirilməlidir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs və X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Zərərçəkmiş şəxs, X10 və Şəxs göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna və rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin İTB-yə göndərilmişdir; Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə nəvəsi İlqarın qızı Əzizə həyat yoldaşı Əlinin oğlu Bəyalı ilə bir yerdə onun yaşadığı evə gəlmişlər. O, evində qızı Əsədova Sahilə (Sevda) Eldar qızı ilə birlikdə yaşayır. Nəvəsi Əzizə onun yanında anasına rayonda onlarla birlikdə yaşaması və onun uşaqlarına baxmasını bildirmişdir. O, nəvəsinə qızı getsə, tək qalacağını bildirmiş, nəvəsi Əzizə isə “mənim nəyimə lazımdır, mən anamı aparıram” demişdir. O, qızının əlindən tutaraq getməsini istəmədiyini bildirdiyi zaman Əzizənin həyat yoldaşı Bəyalı onu vuraraq döymüş və ona xəsarət yetirmişdir. Ondan sonra qızı Sahiləni (Sevdanı) götürüb aparmışlar. “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin İmişli rayon şöbəsinin 629 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sol saidin aşağı 1/3-nin arxa səthində sol əlin arxa səthinə kimi davam edən, sağ saidin yuxarı 1/3-dən sağ əlin arxa səthinə kimi davam edən qançırlar, sağ bazunun orta 1/3-nin ön səthində qançır, sağ saidin aşağı 1/3-nin arxa səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir; xx.xx.2025-ci il tarixli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2025ci il tarixdə müayinə olunanın deməsinə görə, xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində birgə yaşadıqları evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Bəyalı onun sol qolundan tutub sıxmış və itələyərək dəmir qapıya çırpmışdır. Tibbi yardıma müraciət etməmişdir. Şikayəti zədə nahiyəsində ağrıdandır; “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin İmişli rayon şöbəsinin 630 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. Məlumatın elektron sorğulanma vərəqəsindən görünür ki, Şəxs himayəsində üç azyaşlı uşağı vardır və Mil-Muğan Regional Təhsil İdarəsində gözətçi vəzifəsində işləyir və 499,2 manat əməkhaqqı alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 12.2 -ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 31.2 -ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Muradxanlı kəndində Zərərçəkmiş şəxs, X10, X8 və Şəxs arasında ailə məişət zəmnində mübahisə baş vermiş, həmin hal inzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları tərəfindən təsdiq edilmişdir. X10, X8 və Şəxs izahatlarında Zərərçəkmiş şəxs X7 döyməsini bildirsələr də, ekspert rəyindən X4 bədəni üzərində heç bir xəsarət, həmçinin xəsarətin izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməsi müəyyən edilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Buna baxmayaraq Şəxs tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Məhkəmə Şəxs izahatını formal, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin özünümüdafiə xarakterli izahatı kimi qiymətləndirir və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Onun izahatında göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı qəbul edilmir. Belə ki, Şəxs izahatında zərər çəkmiş şəxsin xəsarətinə səbəb kimi, Zərərçəkmiş şəxs X10 ilə aralarında olan mübahisə nəticəsində olması, daha sonra isə Zərərçəkmiş şəxs özünün xəsarət yetirməsi kimi ziddiyyətli izahatlar vermişdir. Məhkəmə iclasında Şəxs izahat verərkən təqsirsizliyi ilə bağlı iş materialında olan zərər çəkmiş şəxsin Şəxs tərəfindən döyülməməsi barədə X10 və X3 verdikləri izahatlara istinad etmişdir. Məhkəmə hesab edir ki, X10 və X3 izahatları Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməməsi hissəsində sübut kimi qəbul edilə bilməz. Belə ki, X10 və X5 bilə-bilə yalan izahat verməyə görə hər-hansı məsuliyyət haqqında xəbərdarlıq edilməmişdir. Həmçinin həmin şəxslərin Şəxs qohumu və yaxın qohumu olmaları onların izahatlarının mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutları və izahatları öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin İmişli rayon şöbəsinin 630 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi və məhkəmə iclasında digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran və icraatı rədd edən hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və təqsirli bilindiyi maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Babaşov X9 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 12, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar