Məhkəmə qərarları › İş №3(5-131)-30/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-30/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-30/2026 27.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, Şikayətçi Babaşov Zeynal İsmayıl oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şikayətçi Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi Babaşov Zeynal İsmayıl oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaxın günlərdə şifahi mülahizələr əsasında onlara məlum olmuşdur ki, Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ********** nömrəli VÖEN üzrə cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. Tərəfindən 18 dekabr 2025-ci il tarixli 514 nömrəli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilmiş və müraciət əsasında xx.xx.2026-cı il tarixində Zeynal Babaşovun barəsində inzibati tənbeh tətbiqetmə haqqında qərarlar təqdim edilmişdir. Müraciətlərindən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlara təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, Babaşov Zeynal İsmayıl oğlu barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-cü il tarixli, EP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, EP0257395 nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarı ilə Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 205105,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 20510,50 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP0257395 nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarı ilə Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 77048,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 104,80 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmadan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ümumiyyətlə, Zeynal Babaşov tərəfindən inzibati xətanın törədilməsini sübuta yetirən hər hansı bir hal müəyyənləşdirilmədən Zeynal Babaşov barəsində ədalətsiz şəkildə inzibati tənbeh tətbiqetma haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarların hər ikisində də yeganə sübut növü protokoldur. Protokolun nə dərəcədə obyektiv olması isə sual altındadır. Belə ki, iş üzrə araşdırma başa çatdıqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə tanış edilməli olduğu və protokolun bir nüsxəsi təqdim edilməli olduğu halda Zeynal Babaşov iş materialları ilə tanış edilməmiş və protokolun nüsxəsi təqdim edilməmişdir. Qoşmaya əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, qeyd edilən məbləğdə mal ölkəyə daxil olmuş və Dövlət Gömrük Komitəsi tərəfində qanunvericilik əsasında rəsmləşdirilmişdir. Halbuki, inzibati xətalar məcəlləsində ilk sırada olan sübut barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, qoşmaya əlavə edilmiş gümrük bəyannamələrinə əsasən göstərilən məbləğlər müqabilində mallar ölkə ərazisinə idxal edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibindən söhbət gedə bilməz. Sadaladıqları hallar Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları tam, hərtərəfli və obyektiv araşdırmamasının bariz göstəricisidir. Məhkəmə iclasında şikayətçi Babaşov Zeynal İsmayıl oğlunun vəkili Vəkil şikayət ərizəsində qeyd edilən məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 205105 ABŞ dolları məbləğində cərimə edilmişdir. Babaşov Zeynal İsmayıl oğlu 205105 ABŞ dolları məbləğində vəsaiti 14 iyun 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 205105 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 iyun 2025-ci il tarixdə törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Babaşov Zeynal İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 77048 ABŞ dolları məbləğində cərimə edilmişdir. Babaşov Zeynal İsmayıl oğlu 77048 ABŞ dolları məbləğində vəsaiti 04 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 77048 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 05 iyul 2025-ci il tarixdə törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASC-dəki bank hesabınızdan 04 iyul 2023-cü il tarixində 77048.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 77048.00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlarınız (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbləri pozulmuş və barənizdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun surəti və inzibati xəta haqqında işə baxılmasının tarixi və yeri haqqında bildiriş məktuba əlavə edilir. İş materiallarında inzibati xəta haqqında iş üzrə bildirişin surətindən görünür ki, Babaşov Zeynal İsmayıl oğlu tərəfindən "xxxx" ASC-dəki bank hesabınızdan 04 iyul 2023cü il tarixində 77048.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 77048.00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlarınız (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilən vəzifəli şəxs qismində 04 sentyabr 2025-ci il tarixində, saat 17:00-da videokonfrans formasında işə baxılmasında iştirak üçün dəvət edilirsiniz. İş üzrə sizdə olan bütün sübutların təqdim edilməsi təklif olunur. İş materiallarında "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Babaşov Zeynal İsmayıl oğluna bildirilmişdir ki, "xxxx" ASC-dəki bank hesabınızdan 14 iyun 2023-cü il tarixində 205105.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 205105.00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutlarınız (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbləri pozulmuş və barənizdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun surəti və inzibati xəta haqqında işə baxılmasının tarixi və yeri haqqında bildiriş məktuba əlavə edilir. İş materiallarında Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Babaşov Zeynal İsmayıl oğluna bildirilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barənizdə çıxarılmış inzibati tənbeh vermə haqqında 30 iyul 2025-ci il tarixli, EP ******* saylı qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 140-cı maddəsinə əsasən icra edilməsi üçün Sizə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq inzibati tənbeh haqqında qərarda nəzərdə tutulan cəriməni 30 gün ərzində ödəməyiniz və bu barədə Mərkəzi Banka məlumat verməyiniz tələb olunur. Cəriməni könüllü qaydada ödəmədiyiniz təqdirdə inzibati tənbeh haqqında qərar qanunvericiliyə uyğun olaraq məcburi icraya yönəldiləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. İş materiallarında "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, bəyannamənin 4011 nömrəli xanasında müqavilənin nömrəsi ***-**** göstərilmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, bəyannamənin 4011 nömrəli xanasında müqavilənin nömrəsi ***-**** göstərilmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, bəyannamənin 4011 nömrəli xanasında müqavilənin nömrəsi ***-**** göstərilmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, bəyannamənin 4011 nömrəli xanasında müqavilənin nömrəsi ***-**** göstərilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilədən görünür ki, X1 Nakliyyat A.Ş-la Babaşov Zeynal İsmayıl oğlu arasında malların gətirilməsi və satışı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilədən görünür ki, X1 Nakliyyat A.Ş-la Babaşov Zeynal İsmayıl oğlu arasında malların gətirilməsi və satışı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilədən görünür ki, X1 Nakliyyat A.Ş-la Babaşov Zeynal İsmayıl oğlu arasında malların gətirilməsi və satışı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan OX1 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Babaşov Zeynal İsmayıl oğlu xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X1 Nakliyyat A.Ş hesabına 77048 ABŞ dolları məbləğində pul köçürmüşdür. İş materiallarında olan OX1 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Babaşov Zeynal İsmayıl oğlu xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X1 Nakliyyat A.Ş hesabına 205105 ABŞ dolları məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaranır. "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Babaşov Zeynal İsmayıl oğlu tərəfindən müvafiq malların alınması üçün 04 iyul 2023-cü il tarixdə 77048 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmiş, lakin 2 il müddət keçsə də 77048 ABŞ dolları məbləğində vəsait və 14 iyun 2023-cü il tarixdə 205105 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmiş, lakin 2 il müddət keçsə də 205105 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, inzibati xətanın törədilməsini sübuta yetirən hər hansı bir hal müəyyənləşdirilmədən Zeynal Babaşov barəsində ədalətsiz şəkildə inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarların hər ikisində də yeganə sübut növü protokoldur. Protokolun nə dərəcədə obyektiv olması isə sual altındadır. Belə ki, iş üzrə araşdırma başa çatdıqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə tanış edilməli olduğu və protokolun bir nüsxəsi təqdim edilməli olduğu halda Zeynal Babaşov iş materialları ilə tanış edilməmiş və protokolun nüsxəsi təqdim edilməmişdir. Qoşmaya əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, qeyd edilən məbləğdə mal ölkəyə daxil olmuş və Dövlət Gömrük Komitəsi tərəfində qanunvericilik əsasında rəsmləşdirilmişdir. Halbuki, inzibati xətalar məcəlləsində ilk sırada olan sübut barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, qoşmaya əlavə edilmiş gümrük bəyannamələrinə əsasən göstərilən məbləğlər müqabilində mallar ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərar qəbul edilərkən bu barədə xəbərdar edilmiş və müvafiq bildirişlər göndərilmişdir. Həmçinin, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyənnamələrindən görünür ki, həmin bəyannamələr Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların qəbul edilməsi üçün əsas olan müqavilələr üzrə alınmış məhsulların idxal edilməsi barədə bəyannamələr deyil. Belə ki, İş materiallarında olan OX1 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Babaşov Zeynal İsmayıl oğlu xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X1 Nakliyyat A.Ş hesabına 77048 ABŞ dolları məbləğində pul və OX1 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Babaşov Zeynal İsmayıl oğlu xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilə üzrə X1 Nakliyyat A.Ş hesabına 205105 ABŞ dolları məbləğində pul köçürmüşdür. Lakin həmin ödəniş tapşırığında qeyd edilən xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli və xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli müqavilələr üzrə alınmış mallar ölkə ərazisinə idxal edilməsi bəyan edilməmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş bəyənnamələrin heç birində 4011 nömrəli xanada göstərilən müqavilələrin tarix və nömrəsi ödəniş tapşırığındakı müqavilələrin tarix və nömrəsi ilə eynilik təşkil etmir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin öz müdafiəsi üçün gətirdiyi dəlillər Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əməl edilməməsinə səbəb ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Babaşov Zeynal İsmayıl oğlu düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermək haqqında qərarlarla cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Şikayətçi Babaşov Zeynal İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar