Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-36/2026 12.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil İdarəsində direktor vəzifəsində işləyən, İmişli rayonunun Məzrəli qeydiyyatda olmaqla yaşayan (FİN: 3LU7LJG) X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X8 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8 xx.xx.2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X8 şikayət ərizəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsi rəisinin 15 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. O, həmin qərarla razı deyil. Belə ki, onu Yanğın haqqında qanun tələblərini pozmaqda təsirləndirirlər. Həmin uşaq baxçası şəxsi özəl olaraq onun deyil, dövlətin balansında olan müəssisədir. Orada olan bütün avadanlıqlar dövlət tərəfindən təmin edilir. Bütün bunlara baxmayaraq qarşı tərəf həmin uşaq baxçasının özəl olaraq ona aid olub-olmamasını araşdırmadan əsasız olaraq onu yüksək məbləğdə cərimə etmişdir. Həmçinin inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılsa da, hazırkı işə onun iştirakı olmadan baxılmışdır. Eyni zamanda sözü gedən qərardan şikayət vermək hüququnun olması barədə ona heç bir məlumat verilməmişdir. Sözü gedən qərarı o, xx.xx.2026-cı il tarixində İmişli rayon icra və probasiya şöbəsindən götürmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X8 şikayətinin mahiyyətinə uyğun izahat verərək göstərmişdir ki, pozuntu hesab olunan hallarla bağlı təqdimat hazırlanaraq Təhsil İdarəsinə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə bağça yanağınsondürən balon və digər ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilmişdir. O, protokolun tərtib edilməsində iştirak etmişdir. Protokolda qeyd edilən pozuntular aradan qaldırılmışdır. Qeyd edilən pozuntuların aradan qaldırılması sonradan heç kəs tərəfindən araşdırılmamışdır. Həmçinin onun cəriməni ödəməyə imkanı yoxdur. Sonda X8 barəsində qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar əsassız olduğundan həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan nümayəndəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət baş leytenantı X6 izahatında göstərmişdir ki, X1 əsasən X8 birbaşa yanğın təhlükəsizliyinə cavabdeh şəxsdir. İmişli rayonu Məzrəli kənd uşaq bağçasının inzibati binasının təxliyyə planı hazırlanmamış, inzibati bina odsöndürən balonla təmin edilməmiş, qazanxana otağının elektrik naqillərinin birləşmə yerlərində xüsusi sıxacdan deyil, zalentdən istifadə edilmiş, bağçanın ərazisi quru ot və digər kol-kosdan təmizlənməmişdir. X5 qeyd edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq orqanlara müraciətinin olması öyrənilmiş, lakin onun tərəfindən bununla bağlı hər hansı bir müraciətinin olması barədə sənəd təqdim edilməmişdir. Eyni zamanda X8 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən müddətdə hüquqpozmaların aradan qaldırıldığını bildirsə də, bu barədə inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməmişdir. Sonda qərar qəbul etmiş səlahiyyətli orqan nümayəndəsi X4 barəsində qəbul olunmuş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərar qəbul etmiş səlahiyyətli orqan nümayəndəsinin, X4 izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə İmişli rayonu Məzrəli kənd uşaq bağçasında yanğın təhlükəsizliyinə nəzarət zamanı YTQ-nın 2.5-ci bəndi, 3.1-ci bəndi, 6.1-ci bəndi və 10.4-cü bəndinin tələbləri pozulmuş, nəticədə X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, İmişli rayonu Məzrəli kəndində yerləşən uşaq bağçasında yanğın təhlükəsizliyi qaydalarının 2.5-ci bəndi, 3.1-ci bəndi, 6.1-ci bəndi və 10.4-cü bəndinin tələbləri pozulmuş, nəticədə X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 150 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən edilmişdir; xx.xx.2025-ci il tarixli yanğın texniki müayinə aktından görünür ki, inzibati binanın təxliyyə planı hazırlanmamış, inzibati bina odsöndürən balonla təmin edilməmiş, qazanxana otağının elektrik naqillərinin birləşmə yerlərində xüsusi sıxac istifadə edilməmiş, bağçanın ərazisi quru ot və kol-kosdan təmizlənməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin inspektoru daxili xidmət baş leytenantı X6, X12 Yanğın Nəzarəti İdarəsinin inspektoru daxili xidmət kapitanı X9 və İmişli rayonu Məzrəli kəndi uşaq bağçasının müdiri X4 iştirakları ilə tərtib edilmiş akt onlar tərəfindən imzalanmışdır; xx.xx.2025-ci il tarixli 990 nömrəli qaimə faktura sənədindən görünür ki, quru kimyəvi toz tərkibli (6 kq) yanğınsöndürmə balon, qum şiti dəsti İmişli rayonu Məzrəli kənd uşaq bağçasının müdiri əvəzi Priyeva Zinhara təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir; 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə- fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.. “X3” Azərbaycan Respublikası qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək vəzifələri vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2693 nömrə ilə 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın: 2.5-ci hissəsinə əsasən bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır. Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir; 3.1-ci hissəsinə əsasən yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır; 6.1-ci hissəsinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər; 10.4-cü hissəsinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Yanğın təhlükəsizliyi barədə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalı, elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməli, otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməli, müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilməməli, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməli, yanar tullantıları, zibilləri və s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli yanğın texniki müayinə aktı və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə İmişli rayonu Məzrəli kənd uşaq bağçasında inzibati binanın təxliyyə planının hazırlanmadığı, inzibati binanın odsöndürən balonla təmin edilmədiyi, qazanxana otağının elektrik naqillərinin birləşmə yerlərində xüsusi sıxacdan istifadə edilmədiyi, bağça ərazisinin quru ot və kolkosdan təmizlənmədiyi müəyyən edilir ki, qeyd edilən sənədlər barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin şikayətə əlavə edilmiş İmişli Rayon Təhsil Sektorunun müdiri X10 Mariya tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, X8 iki dəfə Mil- Muğan Təhsil İdarəsinə sifariş və təqdimat yazmış və bağçaya lazım olan avadanlığı (yanğınsöndürən balon, şit, qum, lom) qeyd etmişdir. Yanğın barədə həyacan siqnalı çəkilmiş, buna baxmayaraq o istifadəyə qoşulmamış və onlara yanğın barədə həyacan siqnalının necə istifadəyə qoşulması barədə məlumat verilməmişdir. Eyni zamanda iş materialına əlavə edilmiş 990 nömrəli qaimə faktura sənədindən quru kimyəvi toz tərkibli (6 kq) yanğınsöndürmə balonunun, qum şiti dəstinin İmişli rayonu Məzrəli kənd uşaq bağçasının müdiri əvəzi Priyeva Zinhara xx.xx.2025-ci il tarixdə təhvil verildiyi görünür. Məhkəmə qeyd edir ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etdiyindən xx.xx.2025-ci il tarixli yanğın texniki müayinə aktı, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2025-ci il tarixli 990 nömrəli qaimə fakturanı mötəbər sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xətanın törədilməsi və onun törədilməsində X4 təqsiri inzibati xəta haqqında protokol, yanğın texniki müayinə aktı, qaimə faktura sənədləri və xx.xx.2025-ci il tarixli təqdimatla tam təsdiq olunur. Eyni zamanda xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarından görünür ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 hüquqpozmaların aradan qaldırılması ilə bağlı qeyd edir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olmuş hüquqpozmaların bəziləri (ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməsi) nəzərdə tutulan müddətdə, yəni xx.xx.2025-ci il tarixədək deyil, daha sonra (xx.xx.2025-ci il tarixdə) aradan qaldırılmış, lakin bu barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilməmiş, həmçinin qalan hüquqpozmaların aradan qaldırılması ilə bağlı ümumiyyətlə məhkəyə sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamı əsasında belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətinin dəlilləri formal olmaqla özünü müdafiə xarakteri daşıdığından düzgün nəticəyə gəlinmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran və icraatı rədd edən hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 116, 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №3(5-131)-36/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-36/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver