Məhkəmə qərarları › İş №3(5-131)-50/2026

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-50/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-50/2026 22.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə İmişli rayonu, Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Məzrəli kəndində ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 16:52 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti - zəng mərkəzi sisteminə zəng edərək ölkə rəhbərliyinin ünvanına və DİN-nin 102 xidmətinin əməkdaşına qarşı nalayiq söyüşlər söyərək təhqir edici ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, X1 Elxan Qurban oğlunun barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir Şəxs telefonla əlaqə saxlanılaraq, sonuncu şöbəyə dəvət olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci protokolu ona görə tərtib etmişlər ki, X5 tərəfindən izahatı alınarkən təhqiramiz ifadələr işləmiş və ifadə vermək istəməmişdir. Bununla bağlı yeganə sübut elə X3 ifadəsidir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, o, sərxoş vəziyyətdə 12 yanvar 2026-cı il tarixdə saat 16:52 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək nalayiq söyüşlər söymüşdür. Sərxoş olduğundan xatırlamır. Etdiyi əməldən peşmandır. Lakin şöbədə polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onların göstərişi ilə razılaşaraq polis şöbəsinə getmiş və izahatı alınmışdır. Orada heç kimi təhqir etməmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirmişdir ki, sahə rəisi Ayhan Əliyev vətəndaş Şəxs izahat alarkən qeyri etik ifadələr işlədərək onun qanuni tələblərinə məhəl qoymamışdır. O, dəfələrlə nizam-intizama dəvət edilsə də onların qanuni tələblərinə məhəl qoymamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ictimai qaydanın mühafizə vəzifələrini icra etməmişdir, yalnız otağında Şəxs izahat almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, X7 tərəfindən tərtib olunmuş xx.xx.2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 16:52 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti - zəng mərkəzi sisteminə zəng edərək ölkə rəhbərliyinin ünvanına və DİN-nin 102 xidmətinin əməkdaşına qarşı nalayiq söyüşlər söyərək təhqir edici ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, İmişli rayonu, Məzrəii kəndində yaşayan Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16:52-də DİNnin «102» xidməti-zəng mərkəzi sisteminə ***-***-**-** saylı mobil, nömrədən zəng edərək, anlaşılmaz danışıqlar apararaq xidmətin iş rejimini pozaraq təhqiredici ifadələr işlətməsi barədə DİN-in NHİX-dən daxil olmuş və rəhbərik tərəfindən nəzarətə götürülmüş müraciət tərəflərindən araşdırılır. Odur ki, daxil olmuş müraciət sizə göndərilməklə qeyd olunan xüsusatlar üzrə araşdırma aparıb nəticəsi barədə üç gün müddətində BCAİ-yə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Ayhan Əliyev tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, 22.01,2026-cı il tarixdə imişli RPŞ-də xidməti otaqda icraatına daxil olmuş materialla əlaqədar vətəndaş Şəxs izahatını alan vaxt İTB-nin polis sahə rəisi, polis leytenantı Nicat Mehdizadədə xidməti otaqda olmuşdur. Şəxs izahat alınarkən xidməti otaqda qeyri-etik ifadələr işlədərək, iş rejimini pozmuş və Şəxs nizam-intizama dəvət etdikdə, o onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Odur ki, həmin şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Mirəziz Mirəliyev tərəfindən yazılmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə İmişli rayonu, məzrəli kənd sakini vətəndaş Şəxs (070) ***-**-** nömrəsindən “102” Xidmətinə 8 dəfə zəng edib, anlaşılmaz danışıq apararaq xidmətin iş rejimini pozmuş, saat 16:52-də isə təhqiredici ifadələr işlətmişdir. Odur ki, müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş səs yazısından müəyyən edilmişdir, Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti - zəng mərkəzi sisteminə zəng edərək ölkə rəhbərliyinin ünvanına və DİN-nin 102 xidmətinin əməkdaşına qarşı nalayiq söyüşlər söyərək təhqir edici ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 16:52 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti - zəng mərkəzi sisteminə zəng edərək ölkə rəhbərliyinin ünvanına və DİN-nin 102 xidmətinin əməkdaşına qarşı nalayiq söyüşlər söyərək təhqir edici ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onun polis şöbəsinə gəlməkdən imtina etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli “22” yanvar 2026-cı il tarixdən saat 14:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 yanvar 2026-cı il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar