Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-118/2026 13.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1980-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Nizami Səmədov küçəsi. ev 62-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 mart 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 27 fevral 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və telefon əlaqəsi saxlanılaraq üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyinə, Şəxs qarşı tələb və şikayətinin olmadığını, işə onun iştirakı olmadan baxılaraq xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şəxs 4320 (dörd min üç yüz iyirmi) manat aliment borcu vardır. Tələbkar Zərərçəkmiş şəxs telefon əlaqəsi saxlayaraq hazırda Şəxs qarşı tələb və şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, borcun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılığa gəlmişdir. Hazırda Zərərçəkmiş şəxs ona qarşı tələb və şikayəti yoxdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli 2 (076) – 2661/2014 saylı qətnaməsi üzrə verilmiş 29 dekabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən 25 sentyabr 2014-cü il tarixdən başlayaraq Şəxs 24 dekabr 2007-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş aliment miqdarı artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 13 mart 2026-cı il tarixli arayışdan görünür ki, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs istifadəsində olan 50-648-84-51 nömrə ilə əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini, Şəxs qarşı tələb və şikayətinin olmadığını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli 2 (076) – 2661/2014 saylı qətnaməsi üzrə verilmiş 29 dekabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən 25 sentyabr 2014-cü il tarixdən başlayaraq Şəxs 24 dekabr 2007-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş aliment miqdarı artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Məcəllənin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs 4320 (dörd min üç yüz iyirmi) manat məbləğində borcun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, Zərərçəkmiş şəxs ona vaxt verilməsini, şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(5-132)-118/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-118/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver