Məhkəmə qərarları › İş №3(5-132)-128/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-128/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-128/2026 06.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Qəbələ şəhəri, X8 küçəsi, ev 2də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə ali təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi 6LVELSZ Şəxs barəsində İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 22 dekabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq 50 (əlli) manat pulunu dələduzluq yolu ilə talaması faktı əsasında toplanmış material üzrə İsmayıllı rayon X5 Bölməsində araşdırma aparılmış, təhqiqatçı Xəyal Şərifovun xx.xx.2026-cı il tarixli qərarı ilə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və əməli törətmiş şəxs barəsində Məcəllənin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Məcəllənin 227-ci maddəsi ilə 06 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 22 dekabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi mağazaya gəlmiş və sonuncunu aldadaraq onun 50 (əlli) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda Şəxs dəymiş ziyanı ödəmək istəyir, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs işin məhkəmə qaydasında həll olunmasını istədiyi üçün protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Hazırda zərərçəkmişə 50 (əlli) manat məbləğində pulu ödəmiş və onunla barışmışdır. Barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 22 dekabr 2025-ci il tarixdə sonradan adını bildiyi Şəxs onun işlədiyi mağazaya gəlmiş və onu aldadaraq 50 (əlli) manatını mənimsəmişdir. Hazırda Şəxs həmin pulu ona qaytarmışdır. Şəxs qarşı tələb şikayəti yoxdur və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon polis X4 təhqiqatçısı polis mayoru Xəyal Şərifovun xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Məcəllənin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs 06 mart 2026-cı il tarixli ərizəsindən görünür ki, 50 (əlli) manat pulu Şəxs almış və onunla barışmışdır. Ona görə də, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 22 dekabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq 50 (əlli) manat pulunu talamışdır. Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Məcəllənin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 dekabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq 50 (əlli) manat pulunu dələduzluq yolu ilə talamış və bununla da, Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Onun əməlində Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Məcəllənin 53.1.10-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar