Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-32/2026 12.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonu Sədyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 12 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 12 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, səhər saatlarında idarə etdiyi avtomobillə dairəvi yolda yol hərəkəti qaydalarını pozmuş və bununla bağlı yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı barəsində protokol tərtib etmiş və qərarın surətini ünvanına göndərilməsini bildirərək oradan uzaqlaşmışdır. Bundan sonra yol patrul xidməti əməkdaşları arxasınca gəlmiş və bir qədər getdikdən sonra avtomobili saxlamışdır. Həmin vaxt xəstə anası avtomobildə olduğu üçün tələsmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Həmçinin həmin vaxt sənədlərin ünvanına göndəriləcəyini güman etdiyi üçün oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır. Ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 X9 yol patrul xidməti inspektoru X1 göstərdi ki, 12 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhəri ərazisində xidmətdə olarkən sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs yolayrıcı keçmə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun surəti verildikdən sonra, ona işıq cihazında olan nasazlığın aradan qaldırılması bildirilmiş və bu zaman sürücü ona məhəl qoymadan oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin avtomobilə saxla işarəsi verilmiş və sürücü bir qədər getdikdən sonra avtomobili saxlamışdır. Bu zaman sürücü yüksək səslə danışaraq polisin qanuni tələblərinə tabe olmamışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 X9 yol patrul xidməti inspektoru X3 göstərdi ki, sürücünün əvvəllər hər hansı qayda pozuntusunun şahidi olmamışdır. 12 yanvar 2026-cı il tarixdə Şəxs polisin qanni tələblərinə tabe olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılığı isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(5-132)-32/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-32/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver