Məhkəmə qərarları › İş №3(5-132)-42/2026

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-42/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-42/2026 29.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxxxx 1971-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, hazırda İsmayıllı şəhəri, Nizami küçəsi, ev 11, mənzil 14-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx X2 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala 29 yanvar 2026cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 19 iyun 2025-ci il tarixdə idarə etdiyi “TOYOTA PRİUS” minik markalı 77BC712 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində 15 yanvar 2026-cı il tarixdə İsmayıllı rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sənan Fərzalıyev və protokolu tərtib etmiş İsmayıllı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. Portal məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Sənan Fərzalıyev 19 iyun 2025-ci il tarixli EQ 28687770 nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat miqdarında dəbbə pulu gələrək, cəmi 80 (səksən) manat məbləğində cərimə borcu yaranmışdır. Sənan Fərzalıyev haqqında İsmayıllı rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sənan Fərzalıyev inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Sənan Fərzalıyev idarə etdiyi “TOYOTA PRİUS” minik markalı 77BC712 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək təyin edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə 3 ay müddət üçün hesablanmış dəbbə pullarını ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Sənan Fərzalıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə Sənan Fərzalıyev barəsində inzibati tənbeh tətbiq edərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Sənan Fərzalıyev tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini, inzibati cərimənin miqdarını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar