Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-59/2026 27.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş, İsmayıllı rayonu Uştal kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Talıstan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X3 X4 Şöbəsinin müdiri vəzifəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərə 27 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 27 yanvar 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,04 hektar torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə çəkilmiş 70674,55 manat məbləğinin yarısı 35337 manat və 196 manat mediasiya xərci və dövlət rüsumu Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Aparılmış icra hərəkətlərinə baxmayaraq borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Şəxs əmək haqqısına alimentin ödənilməsi il bağlı yönəlmə edilmişdir. Bu səbəbdən qeyd olunan icra vrəqəsi üzrə borcun onun əmək haqqısına yönəlmə edilməsi mümkün deyil. Şəxs bir neçə ay öncə icra şöbəsində ərizə yazaraq borcundan 20000 manatını 2025-ci ilin noyabr ayında ödəyəcəyini öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayındığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qarşı tərəflə boşandıqdan bir müddət sonra iki oğlan övladı onun, qız övladı isə anasının himayəsində yaşayır. Buna baxmayaraq məhkəmə qətnaməsi ilə hər uşağa təyin edilmiş cəmi 660 manat məbləğində alimenti hər ay ödəyir. İsmayıllı rayon Mərkəzi Xəstxanasında işləyir. Aldığı əmək haqqıdan başqa heç bir əlavə gəlir yeri yoxdur. Aliment məbləğindən hər ay ödəniş etdiyi üçün qeyd olunan borc məbləğindən ödəniş edə bilmir. Tələbkar onun yanında qalan iki uşağa görə təyin olunmuş aliment məbləğindən imtina edərsə və uşaqlar rəsmi qaydada onun himayəsinə verilərsə, qeyd olunan borc məbləğini kredit götürərək bir neçə gün müddətinə tam şəkildə ödəyə bilər. Əks halda həmin borc məbləğini tam şəkildə ödəmək iqtidarında deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, məhkəmə qətnaməsi ilə hər üç uşaq onun himayəsinə verilsə də, Şəxs sonradan iki oğlan övladını qaçıraraq öz yanında saxlamışdır. Hazırda Bakı şəhərində valideynləri ilə bir evdə yaşayır. Maddi imkanı yoxdur və qeyd olunan borcu tam şəkildə tələb edir. Şəxs təklifini qəbul etmir və uşaqlarının da onun himayəsinə verilməsini tələb edir və bununla bağlı aidiyyəti üzrə müraciətlər etmişdir. Şəxs maddi imkanı yaxşıdır, sadəcə özü həmin borcu ödəmək istəmir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(037)-11/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş, 30 aprel 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-11/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş, 30 aprel 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,04 hektar torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə çəkilmiş 70674,55 manat məbləğinin yarısı – 35337 (otuz beş min üç yüz otuz yeddi) manat 27,5 (iyirmi yeddi tam onda beş) qəpik, 51 manat mediasiya xərci və 145,01 manat ödənilmiş dövlət rüsumu alınaraq – cəmi 196 (bir yüz doxsan altı) manat 01 (bir) qəpik iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-11/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş, 30 aprel 2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Mövlayev X1 Rayon Məhkəməsinin 2(037)- 11/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən borc məbləğinin vaxtında və lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və bununla da Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının qərəzli icra olunmamasındakı uzun müddəti nəzərə alaraq hesab edir ki, Şəxs Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğiində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(5-132)-59/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-59/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver