Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(5-132)-78/2026 03.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1982-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də elektrik montyoru işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 03 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2386/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi və 8(001)-716/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə Şəxs 5608 (beş min altı yüz səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov izahat verərək göstərdi ki, icra vərəqələrinin icrası ilə əlaqədar borclunun əmək haqqına yönəlmə edilmişdir. Lakin təyin olunmuş aliment məbləği onun əmək haqqına nisbətdə çox olduğundan aliment borcu yaranmışdır. 2023-cü il tarixdə aliment borcunun yaranması ilə bağlı Şəxs barəsində eyni maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilmiş və ondan aliment borcu tələb olunmuşdur. Buna baxmayaraq borclu aliment borcunun ödənilməsinə heç səy göstərməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, "xxxx" MMC-də işləməklə 400 (dörd yüz) manat məbləğində əmək haqqı alır. Bundan başqa “Azercell Telecoma” aid generatora nəzarət etdiyi üçün hər ay 50 (əlli) manat əmək haqqına əlavə edilir. Təyin olunmuş aliment məbləği onun əmək haqqına yönəlmişdir. Ürəyindən müalicə alır və başqa fiziki işdə işləyə bilmir. Həmçinin valideynləri də xəstəlikdən əziyyət çəkir. Tələbkarın qeyd etdiklərinə münasibətdə onu bildirir ki, istifadəsində olan avtomobil atasına məxsusdur və həmin avtomobildən Lahıc kəndindən rayona gəlib-getmək üçün istifadə edir. Həmçinin kirayə verdiyi ev yoxdur. Bacısı da, boşanmış və onlarla bir yerdə yaşayır. Həyətlərində olan çay evini isə yay aylarında bacısı işlədir. Maddi imkanı ağırdır. Aliment borcundan heç bir məbləğdə ödəniş edə bilmir. Ona vaxt verilmiş olsa belə aliment borcundan ödəniş edə bilməyəcəkdir və alimentin ödənilməsi ilə bağlı hər hansı bir fikri yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, uşaqları ilə birlikdə Bakı şəhərində yataqxanada qalır. Hər ay ödənilən aliment məbləği uşaqlarının maddi təminatını ödəmir. Şəxs qalıq qalan borcunu özü ödəmir. Çünki onun maddi vəziyyətinin yaxşı olduğunu bilir. Belə ki, Yavər istifadəsində olan avtomobillə taksi fəaliyyəti ilə məşğuldur, həmçinin kənd ərazisində əlavə olaraq usta kimidə fəaliyyət göstərir. Bundan başqa yaşadıqları evin həyətində ayrı ev var və həmin evi kirayə kimi istifadəyə verir. Yavər əmək haqqına olan tutulmadan başqa əlavə olaraq bu vaxta kimi heç bir məbləğdə ödəniş etməmiş və uşaqları ilə maraqlanmamışdır. Onun da səhhətində narahatlıqlar vardır. Buna baxmayaraq uşaqlarını saxlamaq üçün işləmək məcburiyyətindədir. Aliment borcunu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2386/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra vərəqəsinə əsasən Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq Mirzəyeva (Hüseynzadə) Nərgiz Əli qızına ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-716/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı üzrə verilmiş, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün borclu Şəxs tələbkar Mirzəyeva (Hüseynzadə) Nərgiz Əli qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində ideksasiya edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 03 fevral 2026-cı il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş 5608 (beş min altı yüz səkkiz) manat məbləğində borcun ödənilməsini təmin etməməklə icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışlara gəlməmişdir. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Filialının İsmayılı şöbəsinin 03 fevral 2026-cı il tarixli, 14-5-8/- 31/3-4-26/2026-cı il tarixli məktubundan görünür ki, şöbədə elektrik montyoru vəzifəsində işləyən Şəxs Hafixz oğlunun əməkhaqqından hər ay tutularaq Mirzəyeva (Hüseynzadə) Nərgiz Əli qızına ödənilir. Şəxs icra şöbəsində verdiyi izahatlardan görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, aliment məbləğinin əmək haqqına yönəldiyini, qalıq qalan aliment borcunu ödəməyəcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını qeyd etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2386/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra vərəqəsinə əsasən Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutularaq Mirzəyeva (Hüseynzadə) Nərgiz Əli qızına ödənilməsi, 2(001)-716/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı üzrə verilmiş, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün borclu Şəxs tələbkar Mirzəyeva (Hüseynzadə) Nərgiz Əli qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində ideksasiya edilməsinə baxmayaraq, Şəxs qətnamənin icrasını təmin etməmişdir. Göründüyü kimi Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasənə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədləri icra edilməmiş və icra sənədlərinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Belə ki, məhkəmə humanizm prinsipindən çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə borc məbləğini ödəmək üçün hər-hansı bir fikrinin olub-olmamasını, aliment borcundan ödəniş etmək üçün vaxt verilməsini təklif etsə də, Şəxs aliment borcundan heç bir məbləğdə ödəniş edə bilməyəcəyini və bu barədə hər hasnı fikrinin olmadığını bildirmişdir. Bu da ona əsas verir ki, Şəxs aliment məbləğinin onun əmək haqqına yönəldilməsini əsas gətirərək bundan sui-istifadə etmiş və məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini tam şəkildə ödəməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 03 fevral 2026-cı il tarixdə saat 16:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 03 fevral 2026-cı il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(5-132)-78/2026
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(5-132)-78/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver