Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-133)-110/2026 06.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, X4 barəsində qəbul edilmiş EQ 32565602 nömrəli, EQ 32565603 nömrəli, EQ 32565604 nömrəli, EQ 32565605 nömrəli, EQ 32565607 nömrəli, EQ 32565608 nömrəli və EQ 32565609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayəti Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, X6 İdarəsi tərəfindən yazılmış EQ 32565602 nömrəli, EQ 32565603 nömrəli, EQ 32565604 nömrəli, EQ 32565605 nömrəli, EQ 32565607 nömrəli, EQ 32565608 nömrəli və EQ 32565609 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarların ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə (hakim) şikayətverən X2 EQ 32565602 nömrəli, EQ 32565603 nömrəli, EQ 32565604 nömrəli, EQ 32565605 nömrəli, EQ 32565607 nömrəli, EQ 32565608 nömrəli və EQ 32565609 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi hazırki şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 109.1.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni təqdim olunmuş materiallar natamam olduğundan, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi və inzibati tənbeh vermə haqqında elektron qərarların hansı tarixdə qəbul edildiyi qeyd edilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilməli məsələlərin dairəsi aydın göstərilsə də (109.1-ci maddə), İnzibati Xətalar Məcəlləsində şikayət vermək hüququ olan şəxs tərəfindən verilmiş şikayətin natamam olduğundan geri qaytarılması nəzərdə tutulmamışdır (bununla belə, bu barədə qadağanedici norma da mövcud deyildir). “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinin müddəalarından görünür ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; əvvəlcə qanunun analogiyasından istifadə olunur. Məhkəmə hesab edir ki, EQ 32565602 nömrəli, EQ 32565603 nömrəli, EQ 32565604 nömrəli, EQ 32565605 nömrəli, EQ 32565607 nömrəli, EQ 32565608 nömrəli və EQ 32565609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə (hakim) qəraraaldı: EQ 32565602 nömrəli, EQ 32565603 nömrəli, EQ 32565604 nömrəli, EQ 32565605 nömrəli, EQ 32565607 nömrəli, EQ 32565608 nömrəli və EQ 32565609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət icraata götürülmədən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(5-133)-110/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(5-133)-110/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver