Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-112/2026 10.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 03 mart 2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə yaşadığı evdə 2023-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs döyməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini yaratmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rübail Ələsgərovun HK- 1/23 saylı material üzrə 09 fevral 2026-cı il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar icraatına daxil olmuş, qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olması qeyd edilmişdir. Belə ki, qərardan görünür ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Qanuni nümayəndə ilə birgə nikahlarından 2023-cü ildə doğulmuş övladı Zərərçəkmiş şəxs döymüşdür. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, ilkin dövrdə barışıq əldə edilmədiyindən, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında verdiyi izahatında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edərək, 12 yanvar 2026-cı il tarixdə övladı Uğuru əli ilə itələdiyini, sonradan əməlindən peşman olduğunu və hal-hazırda Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə ilə barışdığını bildirmiş, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) - Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əri Şəxs ona əl qaldırarkən uşaq yanında olduğu üçün Anarın əli uşağa dəymiş və uşaq yıxılmışdır. Hazırda Şəxsla barışmışlar, övladı Uğur da atasını çox sevir, heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməsi mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məhkəmədə baxılan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən- inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.2,115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 03 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən-inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(5-133)-112/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-112/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver