Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-5/2026 05.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)-X5 iştirakı ilə, X6 barəsində Daxili İşlər Nazirliyinin Baş X11 idarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2025-ci il tarixli EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (02 mart 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 4MCW5Z8, Kəlbəcər rayonunun Lev kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, hazırda Göygöl rayonunun Üçtəpə kəndində yaşayan, tam orta təhsilli, evli, X8 İdarəsində operator işləyən) X3 Şəhər Məhkəməsinə yazılı şikayət verərək, Daxili İşlər Nazirliyinin Baş X11 isdarəsi tərəfindən barəsində qəbul edilmiş 10 dekabr 2025-ci il tarixli EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 10 dekabr 2025-ci il tarixində ona tətbiq edilmiş 100 manat və 3 bal məbləğində cəriməyə etiraz edir. Cərimənin səbəbi olaraq göstərilən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci madəsinə əsasən, əks istiqamətli hərəkət zolağına çıxmaqla yol hərəkəti qaydalarının pozulması iddia edilir. Lakin onun vəziyyətində bu cərimənin tətbiqi düzgün deyildir. O, hadisənin baş verdiyi zamanda yol hərəkəti qaydalarını pozmadığını, həmçinin müvafiq dəlillərin və şahidlərin mövcud olduğunu bildirir. Buna görə də cərimənin ləğvini xahiş edir. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli 3(125)-4672/2025 nömrəli qərardadı ilə X5 10 dekabr 2025-ci il tarixli EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (inzibati xəta haqqında iş 05 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur) İşin hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadənin qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası ilk dəfə 15 yanvar 206-cı il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 26 yanvar və 05 fevral 2026-cı il tarixlərə təxirə salınmışdır. 05 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbehvermə haqqında elektron qərarı qəbul etmiş orqana ünvanlanmış sorğu (iş üzrə bütün sübutların, o cümlədən protokol və qərarın təsdiqlənmiş surətlərinin, həmçinin audio və video yazıların məhkəməyə göndərilməsi barədə) cavablandırılmamış qalmışdır. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X6 məhkəmə iclasında şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, o, əks istiqamətli hərəkət zolağına çıxmasa da, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda onun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu qeyd edilmişdir. Həmin ərazidə dəmiryol xəttinə çatmamış beş-altı metr məsafədə ayırıcı zolaq bitmişdi və onun idarə etdiyi avtomobil yolun ona aid sağ hissəsində idi. Sola dönmək istədiyi üçün sağdakı avtomobilin arxasında dayanmağa ehtiyac görməmişdir, belə ki, həmin avtomobil qəza işıq siqnalını yandıraraq dayanmış vəziyyətdə idi. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan (Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş): Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən X6 barəsində qəbul edilmiş 10 dekabr 2026-cı il tarixli EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 oğlu “Mercedes Benz C220 minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 dekabr 2025-ci il tarixdə saat 16:39-da Gəncə Şəhəri A.Əsgəri küçəsində (16:03) idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə” (qayda pozuntusunu qeydə alan texniki vasitə göstərilməyib) İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: “AzDoc” elektron sənəd dövriyyəsi sistemindən çıxarışdan görünür ki, 3(5-133)-5/2026 nömrəli məhkəmə işi ilə bağlı 26 yanvar 2026-cı il tarixli 5- 132/2-102/2026 saylı sənəd Kəlbəcər Rayon Məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə 26 yanvar 2026-cı il tarixdə saat 16:14:20-də göndərilmiş, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən 26 yanvar 2026-cı il tarixdə saat 16:14:51-də oxunmuşdur. İş materiallarında X5 10 dekabr 2025-ci il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən sübut yoxdur. Məhkəmə icraatı zamanı məhkəmə tərəfindən bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 idarəsinə ünvanlanmış müvafiq sorğular cavablandırılmamış qalmışdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X5 İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş xətanın- əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməyə dair sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında elektron qərar qəbul etmiş səlahiyyətli orqana sübutların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X5 təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi Baş X11 idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 10 dekabr 2025 tarixli EQ 32555279 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X6 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətanın törədilməsində Xəyal İsmayılovun təqsirliliyi sübuta yetirilmədiyinə görə, xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115.1 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi Baş X11 idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin X1 barəsində qəbul etdiyi 10 dekabr 2025 tarixli EQ 32555279 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(5-133)-5/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-5/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver