Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-56/2026 16.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayətverənin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Ugur Altınısıkın) nümayəndəsi (vəkili) Presedent Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ugur Altınısık barəsində qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Ugur Altınısıkın müdafiəçisi-Presedent Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 30 iyun 1988-ci ildə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikası vətəndaşı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi olan, MYİ 811135, FİN: 423CB9, subay, Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində yataqxanada yaşayış yeri üzrə müvəqqəti qeydiyyatda olan Ugur Altınısıkın müdafiəçisi-Presedent Vəkil Bürosunun vəkili Vəkil, Ugur Altınısık barəsində X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə və Ugur Altınısık barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 29 dekabr 2025-ci il tarixli, MN ******* nörməli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra: Şirkət) mühəndis, hidravlika vəzifəsində çalışan Ugur Altınısık (işəgötürən) İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Qərara əsasən inzibati tənbehin verilməsinə əsas X2 17 aprel 2025-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti gözlənilmədən 17 sentyabr 2025-ci il tarixində xitam verilməsi olmuşdur. Hesab edirlər ki, protokol və ona qoşma edilən sənədlər qanunsuzdur, bu səbəbdən protokol ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Protokolu əmək müfəttişi X6 tərtib etmişdir. Protokolu tərtib edən “əmək müfəttişi” vəzifəsi “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd ediməmişdir. Baxmaq sözü Azerbaycan dilinin izahlı lüğətində 16 fərqli anlayışla öz əksini tapır. Baxmaq sözü müəyyən etmək, tədqiq etmək, araşdırmaq mənaları ilə əhatə olunur. Protokolu tərtib edən şəxs də öz növbəsində işin hallarını araşdıran, onu tədqiq edən, inzibati xətanın olubolmadığını müəyyən edən şəxsdir. Protokolu tərtib edən şəxs inzibati xəta haqqında işə baxan şəxsdir. Əgər protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunubsa, bu onun qanunsuz olmasıdır. Qanunsuz protokol əsasında tərtib edilmiş, qanunsuz protokola istinad edərək tərtib olunmuş qərar da öz növbəsində qanunsuzdur. X1 (FİN: 6C3SBM6) ilə işəgötürən vəzifəli şəxs Ugur Altınısık arasında 17 aprel 2025-ci il tarixində əmək müqaviləsi bağlanmış əmək müqaviləsinin qüvvədə olma müddəti 1 (bir) həftə müəyyən edilmişdir. Tərəflər müqaviləyə 23 may 2025-ci il tarixində əmək müqaviləsi müddətinin dəyişməsi ilə bağlı dəyişiklik etmiş, bu dəyişikliyə əsasən, əmək müqaviləsi müddəti dəyişdirilmiş, 1 (bir) aylıq müqavilə müddəti müəyyən edilmiş, müqavilə müddətinin bitdiyi növbəti tarixdən, yəni 16 iyun 2025-ci il tarixdən müqavilə müddəti 1 (bir) aylıq olmuşdur (Bu dəyişiklik müqavilədə heç yerdə öz əksini tapmır). Müqavilənin müddəti növbəti müddətdən, yəni 17 iyun 2025-ci il tarixdən 1 (bir) aylıq müqavilə müddətinə keçirilmiş, buna müvafiq olaraq işçi ilə əmək müqaviləsinə müddətin bitməsinə görə 17 sentyabr 2025-ci il tarixdə xitam verilmişdir. Müqavilə müddətinə dəyişiklik edildikdən sonra ƏMAS (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi) sistemi müqavilənin 2.3-cü bəndində işçinin işə girdiyi tarixdən işlədiyi cari müddəti hesablayaraq qeyd edir (2 ay). Əmək müfəttişliyi isə bunu müqavilənin qüvvədə olma müddəti olaraq qəbul edir. İşçi 10 mart 2022-ci il tarixdən 1 (bir) aylıq müqavilə müddəti ilə işləməyə davam edib, bu gün müqavilənin qüvvədə olma müddətinin göstərilə bilməsi üçün dəyişiklik edərək 10 fevral 2026-cı il müəyyən edilərsə müqavilənin müddətini sistem avtomatik olaraq 3 il 9 aylıq müddət olaraq göstərəcəkdir; bu müqavilənin qüvvədə olma müddəti deyil cari dövrdür. Həmçinin, müqavilə müddətinin müqavilədə görülməməsi Əmək Məcəlləsinin 43-cü maddəsinin “d” bəndinin pozuntusudur. Əmək müqaviləsinin nümunəvi forması ƏMAS sistemi üzərindən avtomatik verilir və tərəflər müddəti orda göstərə bilmir. Nümunəvi formaya riayət edilməməsi isə Əmək Məcəlləsinin 44-cü maddəsinin tələbinin pozuntusu hesab olunur. İşəgötürən olaraq Ugur Altınısıkın heç bir təqsirli hərəkət və ya hərəkətsizliyi olmamışdır. Tərəflərin razılığına əsasən müqavilə müddəti 1 aylığa deyişdirilmiş, müddət sonunda əmək müqaviləsinə xitam verilmişdir. İşçinin əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam olunmasına dair etirazı və ya şikayəti olmamışdır. Yəni, tərəflərin iradə ifadəsi mövcud olmuşdur. X7 Xidmətinə bənzər məsələ ilə bağlı ünvanladıqları sorğu məktubuna X7 Xidməti tərəfindən 25 dekabr 2025-ci il tarixli 3-17-5/2-121317/2025 saylı cavab məktubu daxil olmuşdur. Cavab məktubunda bildirilmişdir ki, “Müraciətinizdə qeyd olunan məsələnin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməkdədir”. Yəni, X7 Xidməti əmək müqaviləsinin müddəti ilə bağlı müqavilədə çaşqınlıq yaradan durumun olması ilə bağlı işəgötürənlə razılaşır, bunun fərqindədir ki, təkmilləşdirilməsi üçün işlər aparılır.İnzibati tənbeh tətbiq edilərkən təqsirin dərəcəsi müəyyən olunmalıdır. Ugur Altınısıkın qeyd olunan əməldə heç bir təqsirli hərəkət və ya hərəkətsizliyi olmamışdır. Yəni, inzibati xəta tərkibi yaranmamışdır. Göründüyü kimi, Ugur Altınısık barəsində qəbul edilən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi əsassızdır. Göstərilənlərə əsasən, hesab edirlər ki, Ugur Altınısık barəsində qəbul edilən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşin hallarından görünür ki, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X6 tərəfindən Ugur Altınısık barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə məsuliyyət nəzərdə tutan 18 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 29 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən: “X3 aid müddəti 7 gün müəyyən edilmiş 17 aprel 2025-ci il tarixli əmək müqavilsinə 23 may 2025-ci il tarixində sonuncu dəyişikliklə müddəti 25 gün müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq müddəti gözlənilmədən 17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyi müəyyən edilmiş, nəticədə Ugur Altınısık tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”; vəzifəli şəxs X8 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası 06 fevral 2026-cı il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 16 fevral 2026-cı il tarixə təxirə salınmışdır. 16 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) Ugur Altınısık və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. İşə şikayət verən (barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş şəxs) Ugur Altınısık və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətverənin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Ugur Altınısıkın) nümayəndəsi (vəkili) Presedent Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, X4 ilə 17 aprel 2025-ci il tarixdə yeddi gün müddətinə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bağlanılan zaman işçinin özünə də bəyan edilmişdir ki, yeddi günlük müddət işlərin icra edilməsinə kimi olan müddətdir. Yeddi günlük müddətin müəyyən edilməsi işlərin Kəlbəcər rayonu ərazisində olması və işçi işi bəyənməsə işlərin icrasına başlanmaması və əmək müqaviləsinə xitam verilməsi üçün idi. Bu müddətdə işçi ilə ona görə əmək müqaviləsi bağlayırlar ki, işçi əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş hesab edilməsin. İşçi faktiki işlərin icrasına cəlb edildikdən sonra onunla əmək müqaviləsinin müddətinin uzadılması qərara alınmış və müqavilənin müddəti tərəflərin razılığı ilə bir ay müddətinə dəyişilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində olan çətinliklərdən dolayı əmək müqaviləsinin müddəti bir ay müddətinə dəyişilməmiş, sistemin verdiyi xəta nəticəsində müqavilənin müddəti cari müddət olaraq iki ay müddətinə bağlanmış kimi görünmüşdür. 23 may 2025-ci il tarixdə tərəflər müqaviləyə dəyişiklik etmiş və müqavilənin müddəti 16 iyun 2025-ci il tarixinə uzadılmışdır ki, bu da müqavilənin 1 (bir) ay yox, 18 (on səkkiz) gün uzadılması deməkdir. Müqavilənin 2.3-cü bəndində cari müddət iki ay göstərilmiş, bu da tərəflər arasında çaşqınlıq yaratmış, onlar hesab etmişlər ki, müqavilənin müddəti bir aylıqdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan halların aradan qaldırlması üçün sistemdə təkmilləşdirilmələr aparılır. Buradan belə başa düşülür ki, ümumi cari müddətin aradan qaldırılması nəzərədə tutulur. Qanunvericiliyə 2024-cü ildə edilmiş dəyişikliyə görə əmək müqaviləsinin müddəti əmək müqaviləsinə dəyişiklik edilməsindən sonrakı müddətə hesablanır, yəni əvvəlki müqavilə müddəti qüvvədən düşmüş hesab edilir. Hesab edirlər ki, qeyd olunan çaşqınlıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin təkmilləşdirilməməsindən qaynaqlanır və işəgötürənin təqsirli əməlinin nəticəsi deyildir. Odur ki, Ugur Altınısık barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassızdır, buna görə də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X6 tərəfindən Ugur Altınısık barəsində tərtib edilmiş 18 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “X3 aid 17 aprel 2025-ci il tarixli müddətli (7 gün) əmək müqavilsinə 23 may 2025-ci il tarixində sonuncu dəyişikliklə müddəti 25 gün müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq müddəti gözlənilmədən 17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyi müəyyən edilmiş, nəticədə Ugur Altınısık tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. Bu fakt müəssisə (X13 Sanayi ve Ticaret Anonim Şirketi) tərəfindən təqdim olunan sənədlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilməsi ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 tərəfindən Ugur Altınısık barəsində qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, “X3 aid müddəti 7 gün müəyyən edilmiş 17 aprel 2025-ci il tarixli əmək müqavilsinə 23 may 2025-ci il tarixində sonuncu dəyişikliklə müddəti 25 gün müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq müddəti gözlənilmədən 17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyi müəyyən edilmiş, nəticədə Ugur Altınısık tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. X8 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan: “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Ugur Altınısık ilə X4 arasında 17 aprel 2025-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X4 fəhlə vəzifəsində işə qəbul edilmiş, əmək müqaviləsi 7 (yeddi) gün müddətinə bağlanmışdır. İş materiallarında olan: “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Ugur Altınısık ilə X4 arasında 17 aprel 2025-ci il tarixdə bağlanmış əmək müqaviləsindən (əmək müqaviləsinə dəyişiklik) görünür ki, əmək müqaviləsi 16 iyun 2025-ci il tarixinədək-2 (iki) ay müddətinə bağlanmışdır. Dəyişiklik 23 may 2025-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan: “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X7 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı 24 oktyabr 2025-ci il tarixli KLN/AZ/1025/0562 nömrəli məktubdan görünür ki, X2 şikayətində qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, X4 əmək müqaviləsində nəzərdə tutulan saatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşçiyə onun ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş təqdim edildikdən sonra, işçi əsassız şikayət ilə Şirkət əməkdaşlarının iş yükünü artırmaqla məşğuldur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş “əmək haqqı üzrə çıxarış”dan görünür ki, X2 əmək haqqı 440,46 manat təşkil edir. Onun hesabına X13 Sanayi ve Ticaret Anonim Şirketi tərəfindən 25,86 manat komissiya haqqı tutulduqdan sonra 7389,49 manat köçürülmüşdür. İş materiallarında olan: “Xidmət üçün müraciətlə bağlı bildiriş”dən görünür ki, X4 əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xitam verilməsi barədə məlumatlandırılmışdır (göndəriş tarixi 04 sentyabr 2025-ci il). İş materiallarında olan: **********.10813 nömrəli “Müraciət vərəqəsi”nin surətindən görünür ki, X4 11 sentyabr 2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək bildirmişdir ki, 17 aprel 2025-ci il tarixindən “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində fəhlə vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. Onu 3 ay ardıcıl olaraq bazar günləri işə cəlb ediblər, amma həmin günə düşən ödənişi ödəməyiblər. Əlavə olaraq hər gün 12 saat işə cəlb olunub. Mövcud haldan narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan: “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilmiş 2025-ci ilin aprel-sentyabr aylarını əhatə edən tabellərin surətindən görünür ki, X3 işlədiyi günlərə görə əmək haqqı verilmişdir. İş materiallarında olan: “X13 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilmiş son haqq-hesabın surətindən görünür ki, X4 ilə son haqq-hesab edilmiş, ona çatacaq məbləğ 440,46 manat təşkil edir. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır; müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; -46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir; razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir; -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir; müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; -87-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci maddəsində göstərilən hallarhakimin qeydi) istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84.1-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -84.2-cı maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -115.1-ci maddəsinə əssən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -134.1 və 134.1.4-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 (hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması-hakimin qeydi) və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1 və 135.1.1-ci maddələrindən görünür ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə X7 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilməli olan hallar tam müəyyən edilməmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsindən görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.1-ci maddələrinin müddəalarından görünür ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 29 dekabr 2025-ci il tarixli MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilməli olan hallar tam müəyyən edilməmişdir. Ona görə də şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Türkiyə Respublikasının vətəndaşı Ugur Altınısık barəsində qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və Ugur Altınısık barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə olan hazırki iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X5 Türkiyə Respublikası vətəndaşı Ugur Altınısık barəsində qəbul etdiyi “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 29 dekabr 2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(5-133)-56/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-56/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver