Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-82/2026 16.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, X12 barəsində tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun, onun əsasında qəbul edilmiş 13 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X12 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (28 iyun 1977-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:49TL79V Kəlbəcər rayonunun Keştək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, hazırda Abşeron rayonu Mehdiabad gənclər şəhərciyi, bina 2, mənzil 74-də yaşayan, tam orta təhsilli, evli, işləməyən) X1 Rayon Məhkəməsinə yazılı şikayət verərək, barəsində tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 13 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç vaxt qanunsuz olaraq yerin təkindən istifadə etməmişdir. 13 mart 2024-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, guya o, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhic bağları” adlanan ərazidə lisenziya və icazə olmadan qum daşımışdır. Halbuki, bu hal baş verməmişdir. Onun qanunsuz olaraq qum daşıdığını təsdiqləyən heç bir sübut, o cümlədən videogörüntü və fotoşəkil yoxdur. O, 28 fevral 2024-cü il tarixdə hadisə yerində olarkən əməkdaşlar yaxınlaşmış və onun tərəfindən qum daşınmasına icazə verməmişlər, yəni qum daşınması baş tutmamışdır. Onlar da qeyd ediləni nəzərə alaraq hərəkət etməmişlər. O, sadəcə həmin ünvana avtomobil sürücüsü kimi çağırılmışdır, yəni o, yerin təkinə ziyan vurmamış, yerin təkindən istifadə etməmişdir. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X11 və təbii sərvətlər idarəsi onun qanunsuz qum daşıdığına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməyəcəklər. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Onun təqsirli olduğunu sübut etmək vəzifəsi 11 X11 və Təbii Sərvətlər İdarəsinin üzərinə düşür. O, inzibati xəta törətməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 13 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev 05 mart 2026-cı il tarixdə məhkəməyə şikayətə qarşı etiraz göndərərək bildirmişdir ki, X12 13 mart 2024-cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İdarənin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsindəki “Ləhic bağları” adlanan ərazidə **-FE-*** dövlət qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili vasitəsilə lisenziya və icazə olmadan 180 kubmetr qum daşınması faktı müəyyən edilmişdir. Lakin reyd zamanı X12 özünü nəqliyyat vasitəsinin sürücüsü kimi təqdim etsə də, şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Aşkar edilmiş faktla bağlı 13 oktyabr (əslində 13 noyabr-hakimin qeydi) 2023-cü il tarixli 82854 nömrəli akt və 28 fevral 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. İdarənin 13 mart 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, 600 manat xərimə tətbiq edilmiş, eyni zamanda 180 kubmetr həcmində qumun qanunsuz işlədilməsi nəticəsində təbiətə dəymiş 2520 (iki min beş yüz iyirmi) manat məbləğində ziyan hesablanmışdır. Həmçinin, qeyd olunan qərarın surəti X6 26 dekabr 2025-ci il tarixdə şəxsən təqdim edilmiş və həmin tarix imzası ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, X4 tələbi əsassızdır və təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X13 tərəfindən X12 barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası ilk dəfə 23 fevral 2026-cı il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 05 mart və 16 mart 2026-cı il tarixlərə təxirə salınmışdır. 16 mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. 11 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev 12 mart 2026-cı il tarixdə məhkəməyə məktub göndərərək, üzrlü səbəbdən nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X12 iştirak etdiyi 23 fevral 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qum yükləmək məqsədilə qeyd edilən tarixdə həmin ərazidə olmuşdur. Lakin həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yaxınlaşaraq həmin ərazidən qum yükləməyə icazə verilmədiyini və ərazini tərk etmələrini bildirmişlər. Bundan sonra o, ərazini tərk etmişdir. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları avtomobilin nömrəsi vasitəsilə onun şəxsi məlumatlarını əldə edərək barəsində protokol tərtib etmişlər. O, həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatsız olmuşdur; məhkəmədə iddia qaldırılan zaman bu barədə məlumat almışdır. Odur ki, barəsində tərtib edilmiş protokol və və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X13 tərəfindən X12 barəsində tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları adlanan ərazidə lazımi icazə və lisenziya olmadan qanunsuz olaraq qum daşıması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 barəsində tərtib edilmiş 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq müəyyən edilmişdir ki, X3 rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları adlanan ərazidə lisenziya və icazə olmadan yerin təkindən istifadə etməsimə (qum daşımasına) görə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və təbii sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli 82854 nömrəli Aktdan görünür ki, 11 X11 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”, “Yerin təki haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunlarının və ətraf mühitin mühafizəsi haqqında digər mövcud qanunvericilik və normativ aktlarının tələblərinə riayət olunmasının vəziyyətinin yoxlanılması məqsədilə keçirilən reydlər zamanı 10 oktyabr 2023-cü il tarixində gecə saatlarında (02:00-05:00 radələrində) Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlarında **-FE-*** dövlət nömrə nişanlı 1 ədəd “HOWO” markalı yük avtomobili vasitəsilə müvafiq lisenziya və icazə olmadan (eni 9 metr, uzunluğu 10 metr, dərinliyi 2 metr sahədən, təxminən 180 kubmetr) qum daşınması faktı, eyni zamanda ərazidə qumu yük avtomobilinə yükləyən “CAT” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmadığı müəyyən edilmişdir. “HOWO” markalı yük avtomobilinin sürücüsü özünü X12 (doğum tarixi: xx.xx.1977) və “CAT” markalı nəqliyyat vasitəsinin sürücüsü isə özünü X5 (doğum tarixi: xx.xx.1984) kimi təqdim etsə də, şəxsiyyətlərini təsdiq edən hər hansı sənəd təqdim etməmişlər. Aşkar edilmiş fakt ilə əlaqədar avtonəqliyyat vasitələrinin sürücülərinə ərazidən qum daşınmasının qeyri-qanuni olduğu və Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanununun tələblərini pozduqları izah edilmişdir. Avtonəqliyyat vasitələrinin sürücüləri şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməkdən imtina etdiklərindən avtonəqliyyat vasitələrinin kimə və ya hansı təşkilata məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 ünvanlanmış 13 yanvar 2026-cı il tarixli 3-14-26/2-M-2266-3/2025 nömrəli məktubdan görünür ki, 13 mart 2024-cü il tarixli MN ******* saylı qərarın surəti təkrarən X4 ünvanına göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edilməsi) X12 tərəfindən törədilməsi məhkəmə araşdırması nəticəsində təsdiq edilməmişdir; həmin inzibati xətanın X12 tərəfindən törədilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, X12 23 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sözügedən ərazidən qum yükləmək üçün həmin əraziyə getsə də, yük avtomobilinə qum yükləməmişdir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin Məcəlləsinin “Mülkiyyət əleyhinə olan inzibati xətalar” adlanan 24-cü fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə əsasən dörd aydır; iş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 82854 nömrəli Aktdan görünür ki, inzibati xəta kimi qeyd edilən əməl 10 oktyabr 2023-cü il tarixdə törədilmiş, həmin əmələ görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X13 tərəfindən X12 barəsində 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protkol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və təbii sərvətlər idarəsinin rəisi X15 tərəfindən 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətini (dörd ay) ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X4 təqsirliliyi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməsi barədə qəbul etdiyi 13 mart 2024-cü il tarixli MN ******* nömrəli qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X12 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətanın törədilməsində Elşən Musayevin təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115.1 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X11 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməsi barədə qəbul etdiyi 13 mart 2024-cü il tarixli MN ******* nömrəli qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(5-133)-82/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-82/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver