Məhkəmə qərarları › İş №3(5-133)-99/2026

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(5-133)-99/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-133)-99/2026 16.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X8, İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri-Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, X16 barəsində qəbul edilmiş 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X16 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (12 oktyabr 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:48V0EA9 Kəlbəcər rayonunun Keşdək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaq, hazırda Goranboy rayonunun Qaradağlı kəndində yaşayan, tam orta təhsilli, evli, işləməyən) X4 Rayon Məhkəməsinə yazılı şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X26 qəbul etdiyi 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X26 09 fevral 2026-ci il tarixli MN1897908 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına və inzibati tənbehvermə haqqında qərarın qəbul olunmasına səbəb kimi onun Goranboy rayonunun Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə və bir ədəd akasya cinsli ağacları kök boğazından kəsmişdir. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, şəhid X11 qardaşı X9 vəfat etdiyindən mərhumun yas mərasimini keçirmək üçün odun lazım idi və onlar yaşadıqları Qaradağlı kənd icra nümayəndəliyinə ərizə ilə müraciət etmiş, nümayəndəlik də bələdiyyə ilə razılaşaraq bələdiyyə torpağında olan iki ədəd quru ağacın kəsilməsinin mümkünlüyünü bildirib. Onlar da yerli orqanların icazəsi ilə həmin ağacları kəsmək istəyəndə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, onlar da bildirmişlər ki, qeyd olunan quru, eyni zamanda da çürük ağacları nümayəndəliyin və bələdiyyənin göstərişi ilə şəhidin qardaşının yasını yola vermək üçün kəsmişlər. Bunu yerli icra nümayəndəliyi də təsdiq edə bilər. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Halbuki, qeyd etdiyi kimi onlar nümayəndəliyin və bələdiyyənin göstərişi ilə iki ədəd quru ağac kəsmişlər, onun da biri ümumiyyətlə gövdədə olmayıb, çürük halda yerdə olub, digəri isə budaqlarsız, ancaq kötüyü olub ki, o da qurumuş halda olub. Qanunvericilik ilk növbədə yaş halda olan ağacların kəsilməsini nəzərdə tutur. Ancaq onların kəsdikləri hər iki ağac quru halda olubbunu inzibati qərar qəbul edən orqan özü də qeyd edib. Odur ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən X16 barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 26 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X26 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası ilk dəfə 06 mart 2026-cı il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 16 mart 2026-cı il tarixə təxirə salınmışdır. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X16 məhkəmə iclasında verdiyi izahatında şikayəti müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi- Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən biri iydə, biri akasya olmaqla, iki ədəd quru ağac kəsilmişdir. Əgər ağac aşmış vəziyyətdə olsaydı, yəni kökündən çıxarılsaydı bu zaman inzibati xəta tərkibi yaranmazdı. Lakin ağac kök üstündə olduğuna görə şəxs barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Odur ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab edir. Şikayətin rədd edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi- Nümayəndə2 məhkəmə iclasında Nümayəndə1 ilə eyni məzmunlu izahat vermiş və şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Goranboy Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X12 icraatında olan törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2849 nömrəli material üzrə qəbul etdiyi 24 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 14 dekabr 2025-ci tarixdə icraatına Goranboy Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Teymur Məmmədovun raportu daxil olmuşdur. Həmin raportda 14 dekabr 2025-ci il tarixdə Goranboy rayon Qaradağlı kəndi ərazisində rayon polis şöbəsinin polis nəfərləri, polis baş serjantı Orxan Əsgərov və Bəxtiyar Atakişiyev ilə xidmətdə olan zaman X18 idarə etdiyi “Qazel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və X19 idarə etdiyi “Belarus TMZ” markalı 23-T-349 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunda müxtəlif cinsli ağaclara məxsus odunların olmasını, X16, X20 və X18 qanunsuz olaraq ağac kəsmələri göstərilmişdir. Aparılmış araşdırma zamanı toplanmış material sənədlərindən müəyyən edilmişdir ki, 14 dekabr 2025-ci il tarixdə Goranboy rayon Qaradağlı kəndində yaşayan X1 bələdiyyə mülkiyyətində olan ərazidə 1 ədəd d=24 santimetr olan quru iydə və 1 ədəd d=40 santimetr olan quru akasya ağacını motorlu mişarla kökboğazından kəsmiş və 22-Q-070 dövlət qeydiyyat nömrə nişanlı qoşquya yığmışdır. Qərarın nəticə hissəsində: Goranboy Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Teymur Məmmədovun raportu əsasında toplanmış HK-1-2849 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara qalınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən X16 barəsində tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan 01 (bir) ədəd iydə ağacının və 01 (bir) ədəd akasya ağacını kökboğazından kəsərək məhv etməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X31 tərəfindən qəbul edilmiş 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 barəsində tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq müəyyən edilmişdir ki, X6 rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə ağacının və bir ədəd akasya ağacını kökboğazından kəsdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı meşə təsərrüfatı mərkəzinin meşələrin mühafizəsi üzrə baş mühəndisi X17 tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli Rəyin surətindən görünür ki, Goranboy rayonu Qaradağlı kəndində bələdiyyə mülkiyyətindən kəsilmiş diametri 24 santimetr olan bir ədəd iydə və diametri 40 santimetr olan akasya ağaclarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan ağaclar tam quru vəziyyətdədir. İş materiallarında olan: Goranboy rayon Qaradağlı Bələdiyyəsi tərəfindən 10 saylı Regional Ekologiya və X25 ünvanlanmış 22 dekabr 2025-ci il tarixli məktubun surətindən görünür ki, Goranboy rayon Qaradağlı kəndinin ərazisində kəsməsi olan ərazi Qaradağlı Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan: Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 05 mart 2026-cı il tarixli 5-45-17/2-14/2026 nömrəli məktubdan görünür ki, Qaradağlı knd sakini 10 fevral 1957-ci il təvəllüdlü X21 mərhum həyat yoldaşı X7 yas mərasimi ilə bağlı oduna ehtiyacı olması barədə 08 dekabr 2025-ci il tarixində Qardağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (bundan sonra-Meşə Məcəlləsi): -6-cı maddəsindən görünür ki, Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir; -7-ci maddəsinə əsasən, aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir: xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla); xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariyamühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar); -25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir; order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir; order meşəqırma bileti əsasında verilir; meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir; meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -50-ci maddəsindən görünür ki, meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları” Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinə əsasən, meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X8 əməlində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi halı olmadığından, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X26 X8 barəsində qəbul etdiyi 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən hal-X8 Goranboy rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə ağacının və bir ədəd akasya ağacını kökboğazından kəsməsi İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hesab oluna bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti yalnız yaş ağaclara aid ola bilər. Hazırki halda X8 əməlində İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin tərkibinin olması məsələsi araşdırıla bilər. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X26 X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qəbul etdiyi 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X16 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən-inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi X26 X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qəbul etdiyi 09 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında hazırki iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar