Məhkəmə qərarları › İş №3(5-134)-119/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-119/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-119/2026 17.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, X5 (keçmiş “Şilyan” sudan istifadəedənlər birliyinin sədri) iştirakı ilə, Kürdəmir rayonu “Şilyan” sudan istifadəedənlər birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol əsasında olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazilriyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş 27 yanvar 2026-cı il tarixdli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işə götürən “Şilyan” sudan istifadəedənlər birliyi tərəfindən işçi X3 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı həmin Regioanal şöbə tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-113967 /2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı “Şilyan” sudan istifadəedənlər birliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazilriyi yanında DƏMX-nin Mərkəzi Aran regional şöbəsinə məlumat daxil olmamış və işçi X3 əmək müqaviləsində əmək haqqı məbləğinə düzəliş edilməmişdir. Buna görə də “Şilyan” sudan istifadəedənlər birliyi tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şilyan” sudan istifadəedənlər birliyi və Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazilriyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə məlumat verilmiş, lakin həmin şöbənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilnməmişdir. Buna görə də məhkəmə DƏMX-nin Mərkəzi Aran region şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş keçmiş “Şilyan” sudan istifadəedənlər birliyi sədri X8 izahatında göstərdi ki, o, keçmiş “Şilyan” sudan istifadəedənlər birliyi olmuşdur. “Şilyan” sudan istifadəedənlər birliyi 2021-ci ilion iyun ayında “Qarasu” sudan istifadəedənlər birliyinə birləşdirilmişdir.Həmin sudan istifadəedənlər birliyi birləşdiyindən işçini əmək müqaviləsinə xitam verillməyib. Hal-hazırda “Şilyan” sudan istifadəedənlər birliyi mövcud deyil, həmin biliriyin möhürü təhvil alınmışdır. “Şilyan” sudan istifadəedənlər birliyinin birləşməsi ilə bağlı Kürdəmir su idarəsindən məlumat ala bilmək mümkündür. X1 ərizə ilə müraciət edərək inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazilriyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş edilmiş 27 yanvar 2026-cı il tarixdli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işə götürən Kürdəmir rayonu “Şilyan” sudan istifadəedənlər birliyi tərəfindən işçi X3 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı həmin Regioanal şöbə tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-113967 /2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı “Şilyan” sudan istifadəedənlər birliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazilriyi yanında DƏMX-nin Mərkəzi Aran regional şöbəsinə məlumat daxil olmamış və işçi X3 əmək müqaviləsində əmək haqqı məbləğinə düzəliş edilməmişdir. Buna görə də Şilyan” sudan istifadəedənlər birliyi barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti X16 X14 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-53-2-33/2-88/2026 nömrəli məktubdab görünür ki, “Qarasu-Şilyan” sudan istifadəedənlər birliyi xx.xx.2021-ci il tarixdə yaradılmışdır və həmin birlik xx.xx.2007-ci il tarixdə 0707-QK-08 nömrə ilə Hüquqi şəxslərin dövlət qeydiyyat üzrə “Göyçay” bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Şilyan” və xx.xx.2007-ci il tarixdə 0707-QK-07 nömrə ilə Hüquqi şəxslərin dövlət qeydiyyat üzrə “Göyçay” bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Qarasu” sudan istifadəedənlər birliklərinin hüquqi varisidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir rayon Qeydiyyat Şöbəsi X2 Reyestrindən Çıxarışdan görünür ki, “Qarasu-Şilyan” sudan istifadəedən birliyi xx.xx.2021ci il tarixdə 300021-Q6-0018 nömrə ilə qeydiyyatdan keçmişdir. Fəaliyyət ərazisi Kürdəmir rayonunun Şilyan və Qarasu kəndləri əhatə edir. Fəaliyyət predmeti və məqasədi-xidmət göstərdiyi ərazidə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etməkdir. Qanuni təmsilçisi X4r. “Qarasu-Şilyan” sudan istifadəedənlər birliyi xx.xx.2007-ci il tarixdə 0707- QK2-08 nömrə ilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Şilyan” və xx.xx.2007-ci il tarixdə 0707-QK-07 nömrə ilə Hüquqi şəxslərin dövlət qeydiyyat üzrə “Göyçay” bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Qarasu” sudan istifadəedənlər birliklərinin bazasında yaradılmış, onların hüquqi varisidir. Kürdəmir rayonu “Şilyan” sudan istifadəedənlər birliyinin ləğv edilməsi və həmin birliyin və “Qarasu” sudan istifadəedənlər birliyinin bazası əsasında xx.xx.2021-ci il tarixdə 300021-Q6-0018 nömrə ilə qeydiyyatdan keçmiş “Qarasu-Şilyan” sudan istifadəedən birliyinin yarasılması X5 izahatı və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşin yuxarıda şərh edilən halları nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şilyan” sudan istifadəedənlər birliyinin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, “Şilyan” sudan istifadəedənlər birliyi barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə inzibatı xəta tərkibi yoxdur və bu səbəbdən də, “Şilyan” sudan istifadəedənlər birliyi barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şilyan” sudan istifadəedənlər birliyin barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar