Məhkəmə qərarları › İş №3(5-134)-12/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-12/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-12/2026 19.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri, Babək küçəsində yerləşə xırdavat mağazasında qanunsuz olaraq pirotexniki vasitənin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhərindən pirotexniki vasitə almış və həmin pirtexniki vasitəni işlədiyi Kürdəmir şəhəri Babək küçəsində yerlşən xırdavat mağazasına gətirib orada mağaza müdirindən xəbərsiz satmaq istəyən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və Kürdəmir RPŞ-nə aparmışlar. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Kürdəmir RPŞ-nin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Kürdəmir RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Maddi sübutun götürülməsi barədə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olması ilə əlaqədar şöbəyə və ondan 5 qutu, hər qutuda 50 ədəd olmaqla “PETARDS” markalı, 3 ədəd “BLACK TİGER”, 3 ədəd “CRAZY ROBOT”, 3 ədəd “EXPLOSİBER”, 3 ədəd “P20” və 3 ədəd “SİLVER” markalı pirotexniki vasitələr götürülmüşdür. . İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında X1 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 26, mənzil 6-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 5 qutu, hər qutuda 50 ədəd olmaqla “PETARDS” markalı, 3 ədəd “BLACK TİGER”, 3 ədəd “CRAZY ROBOT”, 3 ədəd “EXPLOSİBER”, 3 ədəd “P20” və 3 ədəd “SİLVER” markalı pirotexniki vasitə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar