Məhkəmə qərarları › İş №3(5-134)-121/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-121/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-121/2026 29.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X14, Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı X5, Zərərçəkmiş şəxs, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri ŞO 60 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 227 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş: - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X8 şəhəri Babək küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus tikinti materialları satışı mağazasının həyətindən 40 manat dəyərində olan dəmirləri oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə, saat 23 radələrində Kürdəmir rayon ərazisində polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 23:10 radələrində Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Vüsal Şəfiyev, Kürdəmir RPŞ-nin CABnin əməliyyat müvəkkili polis baş leytenantı və KQ-nın inspektoru Mirbaba Mirzəyevlə birlikdə Kürdəmir rayon Aran qəsəbəsində olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək danışdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxsi nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi Kürdəmir RPŞ-yə dəvət etsələr də, o gəlməkdən qəsdən dəfələrlə imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsi Kürdəmir RPŞ-nə gətirmişlər. Həmin şəxs Kürdəmir RPŞ-yə gətirildikdən sonra müəyyən edilmişdir ki, Şəxsdur. Kürdəmir RPŞdə araşdırılma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxs Kürdəmir şəhəri Babək küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus tikinti materialları satışı mağazasının həyətindən 40 manat dəyərində olan dəmirləri oğurlamışdır. Nəticədə Şəxs əməlində İXM-nin 227 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ona pul lazım olduğuna görə 19 yanvar 2026-cı il tarixdə Kürdəmir şəhəri Babək küçəsi 24-də yerləşən Elnur adlı şəxsə məxsus tikinti materialları satışı obyektinin həyətinə keçib oradan dəmir parçalarını oğurlamış və həmin dəmirləri aparıb satmışdır. Bundan sonra Kürdəmir şəhəri ərazisində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Kürdəmir RPŞ-nə dəvət etmişlər. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün polis əməkdaşları ilə mübahisə etmiş və onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Əməlindən peşimandır, müharibə veteranı və xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir şəhəri Babək prospekti 24-də yerləşən tikinti materiallarının satışı mağazaları var. Lakin hazırda həmin obyekt işləmir. 20 yanvar 2026-cı il tarixdə obyektə gedib baxdıqda obyektin qabağında olan qapanın üst dəmir hissəsinin olmadığını görüb polis şöbəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qapanın dəmir hissəsini Şəxs oğurlamış və metal qəbulu ilə məşğul olan şəxsə 40 manata satmışdır. Həmin hissəni geri alsa da, Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən, Kürdəmir RPŞ-nin TB-nin CAB-nin əməliyyat müvəkkili pois leytenantı X12 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 23:10 radələrində Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı və KQ-nın inspektoru Mirbaba Mirzəyevlə birlikdə Kürdəmir rayon Aran qəsəbəsində olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək danışdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi Kürdəmir RPŞ-yə dəvət etsələr də, o gəlməkdən qəsdən dəfələrlə imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsi Kürdəmir RPŞ-nə gətirmişlər. Bundan sonra məlum olmuşdur ki, Məmmədov X8 rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs Kürdəmir şəhəri Babək küçəsində tikinti materialları satışı mağazasının qabağında qoyulmuş qapanın üst dəmir hissəsini oğurlayıb metal qəbulu məntəqəsinə 40 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən, Kürdəmir RPŞ-nin Kadrlar Qrupunun kiçik inspektoru X7 da ifadəsində şahid X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün səmimi etirafını, müharibə veteranı olmasını və xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İşə əlavə edilmiş, xx.xx.2026-cı il tarixli protokollardan məlum olur ki, həmin tarixdə İXM-nin 227 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokollarla tanış edilmiş, protokollarla razı olaraq imzalamış və izahat vermişdir. İşə əlavə edilmiş, inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli, AZA ******* nömrəli protokoldan məlum olur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur. İşdə olan, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs 20 yanvar 2026-cı il tarixdə DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-nə müraciət edərək, Kürdəmir şəhəri Babək pros. yerləşən tikinti materiallarının satışı mağazasının həyətindən naməlum şəxsin 40 manat dəyərində dəmir parçalarını oğurlamasını göstərməklə oğurluq edən şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs izahatında ailələrinə məxsus Kürdəmir şəhəri Babək pros. 24-də yerləşən tikinti materiallarının satışı mağazaları olduğunu, hazırda həmin obyekt işləmədiyini, 20 yanvar 2026-cı il tarixdə obyektə gedib baxdıqda naməlum şəxsin 40 manat dəyərində dəmir parçalarını oğurlamasını aşkar etdiyini, həmçinin həmin naməlum şəxs iri matorun naqilini də kəsdiyini, lakin onu apara bilmədiyini, bundan başqa həmin naməlum şəxs anbarın arxa qapısının qıfılını da qırdığını göstərmişdir. X4 izahatında yaşadığı Kürdəmir rayonu Atakişili kəndindəki evinin həyətində dəmir metal alışı ilə məşqul olduğunu, 19 yanvar 2026-ci il tarixdə axşam saat 17 radələrində Taleh adlı şəxs gətirib ona dəmir parçalarını satdığını, onun gətirdikləri dəmirlər 50 kilo gəldiyinə görə ona 20 manat pul verdiyini, sonradan Talehin gətirdikləri dəmirlərin oğurluq olması məlum olduğunu, lakin həmin dəmirləri alarkən onların oğurluq olmasını bilmədiyini, bildiyinə görə Talehin bütov adı Şəxs olduğunu göstərmişdir. Kürdəmir RPŞ-nin TB-nin CAB-nin əməliyyat müvəkkili pois leytenantı Vüsal Şəfiyev xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nə raport yazaraq, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayonu Xırdapay kənd sakini Zərərçəkmiş şəxs Kürdəmir şəhəri Babək küçəsində tikinti materialları satışı mağazasından 40 manat dəyərində olan dəmirlərin Kürdəmir şəhər sakini Şəxs oğurlaması müəyyən edilmişdir. Kürdəmir şəhər sakini Şəxs xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nə verdiyi izahatında ona pul lazım olduğuna görə 19 yanvar 2026-cı il tarixdə Kürdəmir şəhəri Babək küçəsi 24-də yerləşən Elnur adlı şəxsə məxsus tikinti materialları satışı obyektinin həyətinə keçib oradan dəmir parçalarını oğurladığını, həmin dəmirləri oğurlayıb aparıb Kürdəmir rayonu Atakişili kəndindəki öz həyətində dəmir metal alışı ilə məşqul olan Aygün adlı dəmir yığana satdığını, belə ki onun apardıqları dəmirlər 50 kilo gəldiyini və Aygün buna görə ona 20 manat pul verdiyini, Aygün adlı qadına "bu dəmirlər mənim özümdür" bildirdiyini, həmin oğurluqdan başqa oğurluq etmədiyini göstərmişdir. Beləliklə aparılmış ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, Kürdəmir şəhəri ŞO-60 yaşayan Məmmədov X8 şəhəri Babək küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs məxsus tikinti materialları satışı mağazasının həyətindən 40 manat dəyərində olan dəmirləri oğurlamışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda CM-nin 177-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən, həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi xırda talama növündə inzibati xətanı və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edidi ki, Məmmədov X8 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyası həddində barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar