Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-122/2026 29.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı X3, müdafiəçi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 11-ci sinif şagirdi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonunda yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 334.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş: - xx.xx.2026-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə, saat 00:50-də Kürdəmir şəhəri Bakı prospektində polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı X6 tərtib etdiyi inzibati xəta haqqında protokolları əsaslandıraraq bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 00:50 radələrində Kürdəmir rayonu 2 saylı postda PPXB-nün polis nəfərləri polis serjantı X4 RPŞ-nin PPXM-nin polis nəfəri polis serjantı Davud Məmmədli xidmətdə olduqları zaman Kürdəmir rayon Bakı prospektində Şevrolit Kobalt markalı ağ rəngli **-YU- *** d.q.n-lı avtomobili idarə edən şəxsin yüksək sürətlə avtomobili idarə etdiyini, ziqzaqvari hərəkətlər edərək və işıqforun qadağanedici qırmızı işığına məhəl qoymayaraq keçdiyini digər hərəkət iştirakçılarına təhlükə yaratdığını görmüş, dərhal radiostansiya vasitəsilə xidmətdə olan YPX-nə bu barədə məlumat vermişlər. Həmin avtomobili idarə edən sürücü YPX-nin saxla işarəsinə tabe olmayaraq daha da yüksək sürətlə hərəkət edərək, təhlükəli manevirlər edərək Kürdəmir rayonun Yenikənd kəndi istiqamətində hərəkətini davam etmişdir. Polis əməkdaşları həmin avtomobili Yenikənd kəndi ərazisində saxlamış, avtomobili idarə edən sürücü tabesizlik göstərərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra polis əməkdaşları məcburi şəkildə həmin şəxsləri avtomobildən düşürərək Kürdəmir RPŞ-nə gətirmişlər. Kürdəmir RPŞ-də onun izahatı alınmış, İXM-in 334.1 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsalar da, valideynləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən özlərinə məxsus evdə yaşayır, 1 il gec məktəbə getdiyi üçün hazırda 11-ci sinif şagirdidir. xx.xx.2026-cı il tarixdə Kürdəmir rayonun Yenikənd kəndində yaşayan babasına dəyməyə gəlmiş və orada az miqdarda spirtli içki qəbul etmişdir. Həmin gün gecə saatlarında həmyaşıd qohumu ilə qardaşının avtomobilini götürərək Kürdəmir şəhəri, Bakı prospektinə çıxarkən polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, içkili olduğu üçün qorxusundan polis əməkdaşlarından yayınmaq istəmiş, lakin polis əməkdaşları onu tutaraq Kürdəmir RPŞ-nə aparmışlar. Etdiyi əməldən peşmandır və onu təqib edən polis əməkdaşlarından üzr istəyir. Məhkəmə iclasında müdafiəçi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, polis əməkdaşlarından üzr istəməklə etdiyi hərəkətlərdən peşiman olmasını, məktəbli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2026-ci il tarixli 154 nömrəli protokolda Şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2026-cı il tarixli, AZA 030517 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2026-ci il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını, inzibati xətanı törədərkən 4 gün əvvəl 18 yaşının tamam olmasına baxmayaraq orta məktəb şagirdi olması (İXM-nin 32.1.1 və 32.1.2-ci maddələri) məsuliyyətini yüngülləşdirən hallar kimi hesab edilməlidir. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalıdır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 150 (bir yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri saxlanılsın. Qərarın icrası Ağsu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-122/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-122/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver