Məhkəmə qərarları › İş №3(5-134)-124/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-124/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-124/2026 29.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqa yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1248/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(041)-850/2024 saylı və xx.xx.2023-cü il tarixli, e-2(041)-1821/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1248/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1470 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1505 manat pul alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, xx.xx.2024-cü il tarixli, 2(041)- 850/2024 saylı icar vərəqəsinə əsasən cavabdeh Şəxs 1389.12 və dövlət rüsumu olaraq ödədiyi 34 manat olmaqla, ümumilikdə 1423.12 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi və xx.xx.2023-cü il tarixli, e-2(041)-1821/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17245,44 manat əsas, 1593,50 manat faiz, cəmi 18838,94 manat və ödənilmiş 146,52 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu tam şəkildə ödəməkdən yayınmış, nəticədə 18492,86 manat aliment borcu yaranmışdır. Nəticədə icra sənədi üzrə tələbkarların şikayəti əsasında borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, icra sənədini icra etməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər işləmiş və əmək haqqından tutulmalarla icra sənədini icra etmişdir. Lakin son iki ayda işdən çıxarıldığı üçün icra sənədi üzrə tutmalar dayandırılmışdır. Artıq yeni iş yeri tapmış və sənədləşdirilmə işləri başa çatandan sonra icra sənədləri üzrə tutmalar yeni iş yeri üzrə davam etdiriləcəkdir. İcra sənədinin icrasından və icra məmurunun çağırışlarından yayınmamışdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1248/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1470 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1505 manat pul alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. - İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1248/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-850/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1389.12 və dövlət rüsumu olaraq ödədiyi 34 manat olmaqla, ümumilikdə 1423.12 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. - İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-850/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1821/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17245,44 manat əsas, 1593,50 manat faiz, cəmi 18838,94 manat və ödənilmiş 146,52 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs3 ASCnin xeyrinə tutulması qət edilmişdir. - İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1821/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-559/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Borclu Şəxs icra sənədlərinin son iki ayda icra edilməməsini işdən çıxarılması ilə əlaqələndirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləck inzibati tənbeh tədbirinə gəldikdə isə qeyd edilməlidir ki, Şəxs işdən çıxarılması ilə əlaqədar icra sənədlərinin son iki ayda icra edilməməsi nəzərə alınmalı, onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsi məqsədə müvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar