Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-131/2026 13.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Kia Sorento” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yol nişanının tələbini pozaraq manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobillə toqquşub yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş YNH-i zamanı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Baxşiyev X2 RPŞ-nin Təhqiqat Bölməsində verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, o, özünü təqsirli bilir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Kia Sorento” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili ilə xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində üzü Kürdəmir rayon Məhkəməsinin inzibati binası istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman məhkəmənin inzibati binasının yaxınlığında olan yol ayrıcına daxil olmuş, yolun sol hissəsindən avtomobil gəldiyini görməmiş, üzü Kürdəmir RİH-nin inzibati binasının qarşısına hərəkət etməyə başlamış, bu vaxt yolun sol hissəsində Kürdəmir şəhəri H.Əliyev pr-də, rayon prokurorluğu istiqamətindən sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi "Mersedes Benz" minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobilin ona məxsus olan avtomobil istiqamətinə sürətlə gəldiyini görüb təhlükə anını hiss etmiş, zəruri tədbirlər görsə də həmin avtomobilin qabaq hissəsi ilə ona maxsus olan avtomobilin qabaq sol hissəsi toqquşmuş və YNH-nin baş vermiş, zərbənin təsirindən "Mersedes Benz" minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobil qarşıda olan divar ilə toqquşub dayanmış, sonradan avtomobildən düşmüş, "Mersedes Benz" minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisə vaxtı sol qol nahiyyəsindən xəsarət almasını görmüş, ona görə də Fizulu Məmmədov xəstəxanaya müraciət etmiş, hadisədən əvvəl avtomobildə tək olmuş, hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Əməlindən peşimandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; xx.xx.2026-cı il tarixli Kürdəmir RPŞ-nə ünvanlanmış raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Kia Sorento” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yol nişanın tələbini pozaraq manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobillə toqquşub yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş YNH-i zamanı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır; Kürdəmir RPŞ-nin DYPB-nin xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-134)-131/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-131/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver