Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-149/2026 05.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru, X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Seyidov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1526/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru, X6 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1526/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Şəxs hazırda 1617 manat 67 qəpik aliment borcu yaranmışdır. Həmin aliment borcu əvvəldən qalmış köhnə borcdur. X10 vaxtı-vaxtında aliment borcunu ödəmişdir. Hər ay 300-400 manat ödəniş edir.. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, həmin alimnent borcu köhnə borcdur, ona məhkəmə qətnaməsi barədə məlumat verimədiyi üçün aliment borcu yığılmış, lakin məlumat verdikdən sonra hər ay aliment borcunu ödəyir. Hal hazırda 418 manat maaş alır və onun əksər hissəsini aliment borcuna ödəyir. Qalıq qalmış aliment borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X3 etibarnamə üzrə nüamyəndəsi anası X8 izahatında göstərdi ki, uşaqlar böyüyüb, aliment onların saxlanılmasına çatmır. Şəxs alimentin borcunu ödəməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1526/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi məhkəmə qərarına əsasən qət edilmişdir. . xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1526/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar xx.xx.2025-ci il tarixdə icra olunması üçün müvafiq bildirişlə Şəxs göndərilmişdir.Həmin bildirişin sürətindən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2025-ci il tarixdə imzalamaqla təhvil almışdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Seyidov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1526/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş 1617 manat 67 qəpik alimentin borcunu ödəməmişdir; Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və məhkəmə iclasında tərəflərin izahtından görünür ki, Şəxs mütəmadi olaraq aliment borcunu ödəyir, hər ay ödənişlər edir. Sonuncu dəfə xx.xx.2026cı il tarixdə 200 manat ödəniş etmişdir. Həmçinin iş materiallarında olan bank hesabından çıxarışdan və qəbzlərdən görünür ki, Şəxs tərəfindən hər ay mütəmadı olaraq alimentlə bağlı ödənişlər aparılmış və xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək ümulikdə 2740 manat aliment borcunu ödəmişdir. Beləliklə, Şəxs qərəzli olaraq aliment borcunu ödəməsi təsdiq edilmir. xx.xx.2001-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göstərilənlərdən əlavə olaraq “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda təsbit olunduğu kimi, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl hüquq nəzəriyyəsi baxımından “uzanan hüquq pozuntusunu” özündə ehtiva edir. Belə olan halda, “Uzanan hüquqpozuntuları” üçün səciyyəvi xarakter daşıyan, yəni qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasının konkret hərəkətlərin dayandırılması məqamında başa çatması subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Lakin hazırkı iş üzrə Zəka Hümmətov tərəfindən icra sənədinin icrası istiqamətində əlindən gələn mümkün və potensial ödəniş tədbirlərini həyata keçirməsi icra sənədinin icra edilməsi istiqamətində hərəkətlərin dayandırılması anlamına gəlmir Eyni zamanda, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini rəhbər tutaraq araşdırma apararkən müəyyən etmişdir ki, Konstitusiya Məhkəməsinin verdiyi şərhin məzmunundan da aydın olur ki, icra məmuru şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericilikdən irəli gələn tələblərə və qeyd edilən qərarın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarının) məzmununa diqqət yetirməlidir Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №3(5-134)-149/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-149/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver