Məhkəmə qərarları › İş №3(5-134)-151/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-151/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-151/2026 06.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə Müəyyən etdi: Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, baş leytenantı X7 izahatında bildirdi ki, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17-18 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təxminən 1 ay əvvəl narkotik maddə olan marixuanadan istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Şahsevən kəndində kafedə olmuş, polisə müqavimət göstərməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər və izahat almışlar. Birinci dəfə olduğu üçün ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3, bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə saxlanıkan zaman müdafiəçi təqdim edilməmişdir. Həmin şəxs özü avtomobilə oturub polislərlə getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Şahsevən kəndində xidmətdə olan zaman bir nəfər kənd sakini Ənvər adlı şəxsin ucadan nalayiq ifadələr işlətidiyini görüb onu polis şöbəsinə dəvət etmişlər və həmin şəxs nalayiq ifadələr işlədərək onların qanunu tələbinə qəsdən tabe olmamışdır. Onlar həmin şəxsə polis şöbəsinə gətirmişlər və sonradan müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur və o, narkotik vasitədən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X9 Xəlilovla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 183 № li rəyinə əsasən, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; Sərxoş hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 596/2026 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs test xətti üsulu ilə müayinə zamanı THC (marixuana) aşkar edildi. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir; xx.xx.2026-cı il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs tərəfindən İXM-in 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx.xx.2026-cı il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:50 də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Kürdəmir RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran halları müəyyən etməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, onun barəsində inzibati həbs növündə tənbehinin təyin edilməsi ədalətli və məqsədə uyğundur. Belə ki, o, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və narkotik vasitəni istehlak etmişdir. Bu səbəbdən inzibati həbs növündə tənbehin həm törədilmiş xətanın ağırlığına adekvat, həm də tərbiyəvi və profilaktik məqsədlərə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 fevral 2026-cı il tarxdə saat 22:50-dən hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2 müvafiq hesablaşma hesabı üzərindən 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar