Məhkəmə qərarları › İş №3(5-134)-152/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-152/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-152/2026 06.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərək X1 iştirakları ilə, xx.xx.2005-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməjklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kürdəmir rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:10-də Kürdəmir şəhəri, H.Əliyev prospektində Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının uca səslə söyüb təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, idarə etdiyi avtomobili yaşadığı evin yaxınlığında piyadalar üçün nəzəırədə tutulmuş səkini üstündə saxlamış, evdə olan zaman atası gələrək ona yol-polisi əməkdaşlarının gəldiyini bildirmiş, və küçəyə çıxaraq həmin yol polisi əməkdaşları ilə mübahisə aparmışdır. Törədiyi əmələ görə peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X4 bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində idarə etdiyi avotmobili piyadalar üçün səkinin üstündə saxladığına görə yol polisi əməkdaşları ona avtomobili oradan götürməyini bildirdikdə polis əməkaşları ilə mübahisə edərək onların ünvanına nalayiq söyüş söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxtı şəxsin valideyinləri də orada olmuşdur. Məhkəmə iclasında müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 bildirdi ki, Şəxs əməlini etiraf etmişdir, peşmandır belə hallara yol verməyəcəkdir. Onun barəsində cərimə inzibati tənbeh tədbirinin verilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında iştirak edən Kürdəmir RPŞ-nin DYPB-nin YPXnin inspektoru polis baş serjantı Samir Zərbalıyev məhkəmə iclasında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində xidmətdə olarkən piyadalar üçün müəyyən edilmiş səkidə “Mersedes” markalı **-VG-*** dövət qeydiyyat nişanlı avrtomobilin saxlanıldığını görmüşlər. Həmin avtomobilin sürücüsünə sənədlərini təqdim etməyi bildirmişlər, sürücü sənəd təqdim etməmiş, onlarla mübahisə edərək söyüş söymüş, onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra sürücü oradan getmək istəmiş, həmin şəxs və onun valideyinləri polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişlər. Şahid qismində məhkəmə iclasında iştirak etmiş Kürdəmir RPŞ-nin DYPB-nin YPXnin əməkdaşları Zaur İbrahimov və X6 Zərbalıyevin ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2026-cı il tarixə Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Samir Zərbalıyev tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 10:10 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində xidmətdə olarkən piyadalar üçün müəyyən edilmiş səkidə “Mersedes” markalı **-VG-*** dövət qeydiyyat nişanlı avrtomobilin saxlanıldığını görmüşlər. Həmin avtomobilin sürücüsünə sənədlərini təqdim etməyi bildirmişlər, sürücü sənəd təqdim etməmiş, onlarla mübahisə etmişdir. Onlar sürücünü nizam-inztizama dəvət edib polisin qanuni tələbinə tab olmasını avotmobili səkidən götürməsini, avtomobilin arxa hissəsinin aşağı olması üçün onlarla getməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdirmiş, ucadan nalayiq ifadələr işlətmişdir.Onlar yaxınlıqda olan YPX-nin əməkdaşlarını köməyə çağırıb, onların köməkliyi ilə həmin şəxsi Kürdəmir RPŞ-nə gətirmişlər. Kürdəmir RPŞ-də həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* №li və MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək yol polisi əməkdaşlarını söyüb təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman Şəxs uca səslə nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları xx.xx.2026-cı il tarixdə saat 10:10 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində xidmətdə olarkən piyadalar üçün müəyyən edilmiş səkidə “Mersedes” markalı **-VG-*** dövət qeydiyyat nişanlı avrtomobilin saxlanıldığını görmüşlər. Həmin avtomobilin sürücüsü Şəxs sənədlərini təqdim etməyi bildirmişlər, sürücü sənəd təqdim etməmiş, onlarla mübahisə etmişdir. Onlar sürücünü nizam-inztizama dəvət edib polisin qanuni tələbinə tab olmasını avotmobili səkidən götürməsini, avtomobilin arxa hissəsinin aşağı olması üçün onlarla getməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdirmiş, ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmədə ifadə verən polis əməkdaşının ifadəsi ardıcıl, dəqiq və daxili ziddiyyətsizlik olmadan təqdim edilmiş, protokolun məzmununu tam şəkildə təsdiqləmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş DVD disakdə olan videogörüntüyə baxış zamanı yuxarıda göstərilən halların baş verdiyi müəyyən edilmişdir. İnzibati xətanı törədən şəxs isə öz izahatında həmin halları təsdiq edərək peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin və barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport, videogörüntü və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə araşdırması zamanı da səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, onun barəsində inzibati həbs növündə tənbehinin təyin edilməsi ədalətli və məqsədə uyğundur. Belə ki, o, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qsdən tabe olmamışdır. Bu səbəbdən inzibati həbs növündə tənbehin həm törədilmiş xətanın ağırlığına adekvat, həm də tərbiyəvi və profilaktik məqsədlərə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati etmənin əvvəli 06 fevral 2026-cı il tarxdə saat 10:10-dan hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar