Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-153/2026 06.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-664/2019 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-664/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay ümumilikdə 200 manat pul vəsaiti tutularaq iddiaçı X7 ödənilməlidir. Borclu uzun müddət aliment ödəmədiyinə görə onun ödənilməmiş 7000 manat borcu yaranmışdır.Sonuncu dəfə həmin günü 200 manat ödəmiş və 6800 manat borcu qalmışdır.Həmçinin 2025-ci ilin dekabr ayında 250 manat və 50 manat ödəmişdir. 2025-ci ilin aprel ayında 9720 manat aliment borcu olmuşdur və həmin puldan bir qismini ödəmişdir. Tələbkar tərəf isə məhkəmə prosessinə gəlmək istəməmişdir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, qeyri-rəsmi fəhlə işləyir, bu səbəbdən icra sənədini bu günədək tam icra edə bilməmişdir. Hər ay bacardığı qədər aliment ödəmiş, lakin qazancı az olduğu üçün aliment borcu yaranmışdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(041)-664/2019 nömrəli icra vərəqsinə əsasən borclu Şəxs hər ay hər uşağa görə 100 manat miqdarında aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-664/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar xx.xx.2019-cu il tarixdə icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Həmin bildirişin sürətindən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2019-cu il tarixdə imzalamaqla təhvil almışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-310/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, X4 borclu Şəxs alimenti ödəmədioyi təqdirdə məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 200 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2026-cı il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 40 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 10 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2026-cı il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 10 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 10 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 250 manat məbləğində aliment borcu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 50 manat məbləğində aliment borcu ödənilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və məhkəmə iclasında tərəflərin izahtından görünür ki, Şəxs mütəmadi olaraq aliment borcunu ödəyir, hər ay ödənişlər edir. Sonuncu dəfə xx.xx.2026cı il tarixdə 200 manat ödəniş etmişdir. 6800 manat aliment borcu köhnə illərdən qalan aliment borcudur. Məhkəmə iclasında Şəxs rəsmi heç bir yerdə işləyə bilmədiyi üçün köhnədən alimentin borcunun bir hissəsinin icra edə bilmədiyini qeyd etmişdir. Həmçinin icra məmuru izahatında göstərmişdir ki, Şəxs hər ay 2 uşaq üçün aliment borcu ilə bağlı ödənişlər edir və 2025-ci ilin aprel ayında olan 9720 manat aliment borcu hal-hazırda 6800 manat təşkil edir. Beləliklə, Şəxs qərəzli olaraq aliment borcunu ödəməməsi təsdiq edilmir. xx.xx.2001-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №3(5-134)-153/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-153/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver