Məhkəmə qərarları › İş №3(5-134)-155/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-155/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-155/2026 06.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kürdəmir rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510.1 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 11:00-da Kürdəmir RPŞ-nin qarşısında ucadan səslə polis əməkdaşlarına ünvanlı küçə söyüşləri söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə oğlu YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə Kürdəmir RPŞ-yə gətirilmiş. Bununla əlaqədar o və həyat yoldaşı X3 polios şöbəsinə yaxınlaşmışlar. Bu zaman onlar YPX əməkdaşlarını görüb söz demək istəmişlər, lakin həyat yoldaşı Nəzakət öz əsəblərini cilovlaya bilməyərək polis əməkdaşları ilə ucadan yüksək səslərlə danışmağa başlamışdır. O, bir neçə dəfə yoldaşını sakitləşdirməyə cəhd etsə də, buna nail olmamış, yoldaşı Nəzakət Ələkbərova dahada aqressivləşərək polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. O özü isə sadəcə olaraq polis əməkdaşları ilə uca səslə danışmış, olara qarşı heç bir nalayiq kəlmə işlətməmiş, təhqir etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin polsi sahə rəisi, polis kapitanı X7 bildirdi ki, Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı Zaur İbrahimovun raportu əsasında Şəxsn əməlində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün Şəxs barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şahid qismində X8 məhkəmə iclasında bildirdi ki, o, Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə H.Əliyev prospektində hərəkətdə olan zaman “Mercedes” markalı nəqliyyat vasitəsinin piyadalar üçün nəzərdə tutulmuş ərazidə saxlanılması ilə əlaqədar sürücüyə yaxınlaşılmış, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra sürücünün valideynləri – anası və atası (Şəxs) hadisə yerinə gələrək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Polis əməkdaşları tərəfindən onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, sonuncular bu çağırışlara məhəl qoymamışlar. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2026-cı il tarixdə Kürdəmir rayon Polis şöbəsinin sahə rəisi, Orxan Yolçiyev tərəfindən tərtib edilmiş MN ******* və MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarına ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Kürdəmir RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxsin atası Şəxs aqressiv şəkildə onlara ucadan səslə nalayiq ifadələrlə təhqir etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədə izahat verən polis əməkdaşının ifadəsi ardıcıl, dəqiq və daxili ziddiyyətsizlik olmadan təqdim edilmiş, protokolun məzmununu tam şəkildə təsdiqləmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, onun barəsində inzibati cərimə tənbehinin təyin edilməsi ədalətli və məqsədə uyğundur. Belə ki, o, ictimai qaydanı pozmuş, lakin törətdiyi hərəkət nəticəsində ağır nəticələr baş verməmişdir. Bu səbəbdən inzibati cərimə həm törədilmiş xətanın ağırlığına adekvat, həm də tərbiyəvi və profilaktik məqsədlərə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin məcəllənin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2 müvafiq hesablaşma hesabı üzərindən 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar