Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-156/2026 17.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Kürdəmir rayonu, Mollakənd ə/d, Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs qumar oyunlarında iştirak etmiş və qumar oynamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib Kürdəmir RPŞ-nin istintaq bölməsində verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, o, Kürdəmir rayonu Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayır. X3 onun həmkəndlisidir, eyni sovetlikdə yaşasalar da kəndləri birləşikdir. Nemət 1 illik müqavilə əsasında Kürdəmir rayonu Ərəbxana kəndində çayxana icarəyə götürüb işlədir. O, Nemət və kənd sakinləri barəsində tərtib olunmuş raportla tanış olmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, yeni il bayramına görə digər rayon və şəhərlərdə yaşayan kəndçiləri kəndə gəlmişdilər. Onlar tez-tez Nemətin çayxanasına yığışıb çay içib domino oynayırlar. xx.xx.2026-cı il tarixdə saat 21 radələrində o, X19, X5, X14, X15, X6, X20, X10, X7, X11, X1 məxsus çayxanaya gəlib çay içib domino oynamağa başlayıblar. Adlarını qeyd etdiklərindən başqa çayxanada X16 və X12 da var idi. Bunlardan Elxan, Elsevər, Elşən Tofiq qohumdular. Adlarını qeyd etdiyi şəxslərlə onun ədavəti və düşmənçiliyi yoxdur. Onlar iki stolda oturub domino oynamışlar. Bir müddət domino oynadıqdan sonra Nemət xx.xx.2026-cı il tarixdə saat 22 radələrində çörək yemək üçün evinə getmişdir. Həmin gün saat 23 radələrində çayxanada olan adlarını qeyd etdiyi şəxslərlə 2 stolda oturub kartla, gedişin biri 1 manatdan olmaqla qumar oynamağa başladılar. Birinci stolda o, Sahil, Qadir, Elsevər, Rabil Mehdiyev digər stolda isə Nüsrət, Vüqar, Akif, Elşən, Dilqəm, Cavid oturub oynayırmışlar. Onlar gedişin birini bir manatdan oynayırmışlar. Onların oynadıqları pullar isə stolun üstündə idi. Təxminən 40 dəqiqə kimi onlar qumar oynadıqdan sonra, ən sonuncu oyunda uduşu bölmək istəyəndə polis əməkdaşları çayxanaya gəlib videoçəkilişlə içəri daxil olmuş və qumar oynayanları onunla birlikdə RPŞ-nə gətirmişlər. Əməlindən səmimi peşmançılıq çəkir. Barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, X8, X10, X19, X5, X14, Şəxs, X6, X21, X13, X9 və X11 barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, X2 icarə əsasında çayxana kimi istifadə etdiyi tikilidən qumar oynanılarkən istifadə edilmiş içərisində 70 ədəd kart olan 01 ədəd kart kolodası, 42 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından material üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir; İş materiallarında olan DVD diskə baxış keçirilmiş, həmin videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs digər şəxslərlə birlikdə kart oyunu oynayaraq qumar oyununda iştirak etmişdir. Videogörüntü iş üzrə digər sübutlarla uyğunluq təşkil edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edir. İş materiallarında olan 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində Kürdəmir rayonu, Ərəbxana kəndi ərazisində kafedə bir neçə nəfər şəxslə qumar oyunları oynamışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmanlıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində oyun ləvazimatı olan kart dəsti və qumara qoyulmuş 42 manat pul vəsaitləri müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək oyun ləvazimatı olan kart dəsti və qumara qoyulmuş 42 manat pul vəsaitləri müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-134)-156/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-156/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver