Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-164/2026 20.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi ilə, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixində Kürdəmir rayonu Ərəbxana kəndində çayxanada bir neçə şəxslə qumar oyunları oynamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Kürdəmir rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı N.R.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2026-cı il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Elçin Osmanov raportla rəisə məruzə edərək, xx.xx.2026-cı il tarixdə saat 00 radələrində RPŞ-nin TH-nin sürücü polis nəfəri Fərman Rzayev və İTB-nin sahə polis nəfəri Vüqar Nurməmmədovla birlikdə xidmətdə olarkən kənd ərazisində yerləşən çayxanada bir neçə nəfər şəxsin qumar oynadıqları görüb onlara yaxınlaşıb özlərini təqdim edərək barələrində tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum oldu ki həmin şəxslər obyekt sahibi X8 və X4r, eyni zamanda vətəndaşlar X24, X37, Şəxs, X25, Babaşov Rabil Aqil oğlu, X29ölu Şəxs, X26, X18, X30, X27, X19 və X14r. xx.xx.2026-cı il tarixdə Elçin Osmanov protokol tərtib edərək, xx.xx.2026-cı il tarixdə Kürdəmir rayonu ərəbxana kəndində xidmətdə olan zaman X2, X3, X5, X15, X20, X6, X16, X7, X21, Şəxs, X9, Babaşov Rabil Aqil oğlunun, X10, X11, Şəxs qumar oynadıqlarını görüb çayxanaya daxil olarkən iki ədəd stolun üzərində olan ümumilikdə qumar oynamaq stolun üstündə olan 70 ədəd kağız kartlar və 42 manat pulu götürmüşdür. Araşdırma zamanı izahatı alınmış X8 öz izahatında göstərmişdir ki, Kürdəmir rayon sakini Baloğlan adlı şəxsin Kürdəmir rayonu ərəbxana kəndi ərazisində çayxanası var. Həmin çayxananı müqavilə əsasında 1 illik müqavilə əsasında icarəyə götürüb çayxana kimi işlədir. Yeni il bayramına görə digər rayon və şəhərlərdə yaşayan kəndçiləri kəndə gəlmişdilər. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində X24, X37, Şəxs, X31, Babaşov Rabil Aqil oğlu, X22, Şəxs, X26, X41, X27, X19 çayxanaya gəlib çay içib damino oynmağa başlamışlar. Adlarını qeyd etdiklərindən başqa çayxanada X30 və X17 olmuşdur. Bunlardan Elxan, Elsevər, Elşən Tofiq bacısı uşaqlarıdır. Ondan başqa çayxananı oğlu Minnət də işlədir. xx.xx.2026-cı il tarixdə, saat 22 radələrində evinə gedib çörək yeyib həmin gün saat 23:30 radələrində çayxanaya gələndə adlarını qeyd etdiyi şəxslər 2 stolda oturub kartla, gedişin biri 1 manatdan olmaqla qumar oynadıqlarını görmüşdür. Birinci stolda Rabil, Sahil, Qadir, Elsevər, Rabil digər stolda isə Nüsrət, Vüqar, Akif, Elşən, Dilqəm, Cavid oturub oynamışlar. Onların oynadıqları pulları isə stolun üstündə olmuşdur. Təxminən gələndən 40 dəqiqə kimi onları qumar oynadıqdan sonra polis əməkdaşları çayxanaya gəlib videoçəkilişlə içəri daxil olmuşlar və qumar oynuyanları və onu oğlu Minnətlə birlikdə RPŞ-nə gətirmişlər. Adları yuxarıda qeyd olunan şəxslər birinci dəfə icarə əsasında işlətdiyi çayxanada qumar oynamışdılar. Həmin şəxslər icarə əsasında işlətdiyi çayxanada qumar oynayarkən mənim heç bir mənfəətim olmamışdır. Elxan, Elsevər, Elşən, Tofiq bacısı uşaqlarıdır. Araşdırma zamanı izahatı alınmış X13 anoloji izahat verərək atası X2 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Araşdırma zamanı izahatı alınmış X19 izahatında göstərmişdir ki, Kürdəmir rayonu Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayır. X12 həmkəndlisidir. Nemət Gülmalıyev eyni sovetlikdə yaşasaq da kəndləri birləşikdir. Nemət 1 illik müqavilə əsasında Kürdəmir rayonu ərəbxana kəndində çayxana icarəyə götürüb işlədir. Yeni il bayramına görə digər rayon və şəhərlərdə yaşayan kəndçiləri kəndə gəlmişdilər. Tez tez Nemətin çayxanasına yığışıb çay içib damino oynuyurlar. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində özü, X27, Babaşov Rabil Aqil oğlu, X23, X32, X31, Şəxs, X24, X37, Şəxs, mən, Nemətə məxsus çayxanaya gəlib çay içib damino oynamağa başlamışlar. Adlarını qeyd etdiklərindən başqa çayxanada X30 və X28 da olmuşdur. Bunlardan Elxan, Elsevər, Elşən Tofiq qohumdular. Adlarını qeyd etdiyi şəxslərlə ədavəti və düşmənçiliyi yoxdur. İki stolda oturub damino oynamışlar. Bir müddət damino oynadıqdan sonra Nemət xx.xx.2026-cı il tarixdə saat 22 radələrində çörək yemək üçün evinə getmişdir. Həmin gün saat 23 radələrində çayxanada olan adlarını qeyd etdiyi şəxslər 2 stolda oturub kartla, gedişin biri 1 manatdan olmaqla qumar oynamağa başlamışlar. Birinci stolda Sahil, o, Elsevər, Rabil Mehdiyev, Rabil Babaşov digər stolda isə Akif, Vüqar, Elşən, Dilqəm, Nüsrət və Cavid oturub oynamışlar. Gedişin birini bir manatdan oynamışlar. Oynadıqları pulları isə stolun üstündə olmuşdur. Təxminən 40 dəqiqə kimi qumar oynadıqdan sonra sonuncu iyunda Rabil Mehdiyevlə uduşu bölmək istəyəndə polis əməkdaşları çayxanaya gəlib videoçəkilişlə içəri daxil olmuşlar və qumar oynuyanları və onunla birlikdə RPŞ-nə gətirmişlər. Nemət çay satmış, ona çay pulundan başqa heçnə verməmişlər, nədə ki nəsə vəd etməmişlər. Nemətə məxsus çayxanada birinci dəfə idiki qumar oynamışlar. Araşdırma zamanı izahatları alınmış X24, X37, Şəxs, X31, Babaşov Rabil Aqil oğlu, X22, Şəxs, X26, X18, X27 anoloji izahatları verərək X5 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Araşdırma zamanı izahatı alınmış X30 öz izahatında göstərmişdir ki, Kürdəmir rayon sakini Baloğlan adlı şəxsin Kürdəmir rayonu ərəbxana kəndi ərazisində çayxanası var. Həmin çayxananı dayısı Nemət müqavilə əsasında 1 illik müqavilə əsasında icarəyə götürüb çayxana kimi işlədir. Özü Bakı şəhərində Dərnəgül deyilən ərazidə fəhlə işləyir. Yeni il bayramına görə yaşadığı Kürdəmir rayonu ərəbxana kəndinə gəlmişdir. xx.xx.2025ci il tarixdə saat 17 radələrində X24, X37, Şəxs, X31, Babaşov Rabil Aqil oğlu, X22, Şəxs, X26, X18, X27, X19 çayxanaya gəlib çay içib damino oynamağa başlamışlar. Adlarını qeyd etdiklərindən başqa çayxanada X38 və özü olmuşdur. Bunlardan Tofiq, Elsevər, Elşən Tofiq xalam uşaqlarıdır. Dayısı Nemət xx.xx.2026-cı il tarixdə saat 22 radələrində çörək yemək üçün evə getmişdir. Həmin gün saat 23 radələrində çayxanada olan adlarını qeyd etdiyi şəxslər 2 stolda oturub kartla, gedişin biri 1 manatdan olmaqla qumar oynamağa başlamışlar. Birinci stolda Rabil, Sahil, Qadir, Elsevər, Rabil digər stolda isə Nüsrət, Vüqar, Akif, Elşən, Dilqəm, Cavid oturub oynamışlar. Onların oynadıqları pulları isə stolun üstündə olmuşlar. Təxminən 40 dəqiqə kimi onları qumar oynadıqdan sonra polis əməkdaşları çayxanaya gəlib videoçəkilişlə içəri daxil olmuşlar və qumar oynuyanları və onu birlikdə RPŞ-nə gətirmişlər. Adları yuxarıda qeyd olunan şəxslər birinci dəfə idiki Nemətin icarə əsasında işlətdiyi çayxanada qumar oynamışlar. Araşdırma zamanı izahatı alınmış X38 anoloji izahat verərək X15 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, X8 və X3 əməlində Azərbaycan Respublikası CM-nin 244-1-ci maddəsinin əlamətləri yoxdur. Belə ki, X8 və X13 qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməmiş, dedikdə qumar oyunlarının keçirilməsi məqsədilə ev, bina və sair yer əldə etmə, icarəyə və kirayəyə, müvəqqəti istifadəyə götürmə, onu yararlı vəziyyətə gətirmə və onun keçirilməsi formasına uyğunlaşdırma (təmir etmə, oyun avadanlıqları, məişət əşyaları və s. ilə təchiz etmə), oyun iştirakçılarını seçmə və başqa hərəkətlər etməmiş, yerin fəaliyyət qumarxana kimi fəaliyyət göstərməsi üçün xidmətçilərin işə cəlb edilməmiş, qumarxa işləməsini təmin etmək məqsədilə hər hansıbir xərclərin ödənilməmiş, oyun iştirakçı müxtəlif məzmunlu sosial-məişət xidmətlərinin göstərilməmiş, yerin mühafizəsinin təmin edilməmiş, eləcə də yuxarıda adları çəkilən şəxslərin qumar oynamaları nəticəsində hər hansı bir mənfəəti olmamışdır. Odur ki, X8 və X13 barəsində Azərbaycan Respublikası CM-nin 244-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməlidir. Həmçinin, aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 00 radələrində Kürdəmir rayonu ərəbxana kəndində X2 icarə əsasında götürüb istifadə etdiyi çayxanada X19, X24, X37, Şəxs, X31, Babaşov Rabil Aqil oğlu, X1 Elşən Sabir oğlu, X26, X18, X27 bir-biriləri ilə pulla kart vasitə ilə "Poker" qumar oyunu oynamışdır. Odur ki, X19, X24, X37, Şəxs, X31, Babaşov Rabil Aqil oğlu, X22, Şəxs, X26, X18, X27 barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın sürəti RPŞ-nin İTB-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında inzibati xətanın qeydə alındığı videogörüntüyə baxış keçirilmiş və X39 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi videogörüntülərlə də öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, inzibati xətanın qeydə alındığı videogörüntülərlə, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 525-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə qumar oynanılarkən istifadə edilmiş oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaiti və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə, barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-164/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-164/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver