Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-167/2026 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin təmsilçisi baş məsləhətçi X1, Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ucar Rayon Ərazi şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ucar Rayon Ərazi şöbəsindən məhkəməyə daxil olmuş, xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kürdəmir rayonu Muradxan (əvvəki Sor-Sor) bələdiyyəsinin mülkiyyətində təyinatlı örüş torpaq sahələrində Şəxs MMC-nin icarəsinə ayrılmış 28.01 ha torpaq sahəsində tikinti işləri aparmış, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq izahatında bildirdi ki, 04 fevral 2026-cı il tarixdə Kürdəmir rayonu ərazisində torpaqlardan istifadəyə nəzarət məqsədilə monitorinq keçirilən zaman Kürdəmir rayon Muradxan (əvvəlki Sor-Sor bələdiyyəsi) bələdiyyəsinin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrindən "xxxx" MMC-nin icarəsinə ayrılmış 28.01 ha (Çıxarış **********71) torpaq sahəsində "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Aşkar edilmiş fakt əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında MN-2120124 saylı, xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirdi ki, "xxxx" MMC-nin icarəsinə ayrılmış 28.01 ha torpaq sahəsinin bir hissəsini şəhid ailəsinə vermiş, qalan hissəsi bataqlıq sahəsi olduğu üçün öz vəsaiti hesabına abadlıq işləri aparmışdır. Təsərrüfatda olan iri buynuzlu cins heyvanların saxlanılması xüsusi avadanlıqların olmasını tələb etdiyindən onların çəkisinə və həcmlərinə uyğun olaraq tövlə, sağım üçün xüsusi avadınlıqlarla təchiz edilmiş bina, ot, silos saxlanılması üçün yüngül konstruksiyalı tikililər aparılmışdır. Həmin tikililərin olması labüddür, əks təqdirdə heyvandarlığın inkişaf etdirilməsi mümkün sayılmır. C.K.Kərimov izahatının sonunda MMC barəsində tərtib edilmiş inzibati xəta haqında protokolu sahibkarlığın inkişafına mane olan hal kimi qiymətləndirərək, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə xx.xx.2026-cı il tarixli aktda Kürdəmir rayonu Muradxan (əvvəki Sor-Sor) bələdiyyəsinin mülkiyyətində təyinatlı örüş torpaq sahələrində Şəxs MMC-nin icarəsinə ayrılmış 28.01 ha torpaq sahəsində Şəxs MMC tərəfindən 100 kv.m ölçüdə istirahət evi, 40 kv.m ərazidə sağımxana, 4 kv.m ərazidə gözətçi məntəqəsi və 0,42 ha ərazidə mişar daşından istifadə etməklə tövlə inşa edilməsi və həmçinin ümumi sahəsi 0,50 ha ərazini əhatə edən 9 ədəd talvar quraşdırılması faktı aşkar edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 28.01 ha torpaq sahəsi icarə üzrə kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaqlardır. - təsis sənədlərində Şəxs MMC-nin hüquqi ünvanı: ünvan 2ətalar Məcəlləsinin 247.2ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Hazırki iş üzrə də, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci ilə olan inzibati xətanın törədildiyi MMC-nin nümayəndəsinin etirafı və işdə olan sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-167/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-167/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver