Məhkəmə qərarları › İş №3(5-134)-188/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-188/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-188/2026 25.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 11 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında 11 fevral 2026-cı il tarixdə saat 11:10-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Protokolu tərtib etmiş şəxs Səhiyyə Nazirliyinin nümayəndəsi ərizə vasitəsilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və təqdim olunmuş protokola və aidiyyəti materiallara əsasən Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC elektron ərizə vasitəsilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini, barələrində tərtib edilmiş inzibati protokola etiraz etmədiklərini və Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə - 1000 manat cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, protokolu tərtib etmiş şəxs Səhiyyə Nazirliyinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında 11 fevral 2026-cı il tarixdə saat 11:10-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Şəxs MMC-nin xx.xx.2019-cu il tarixli, 6228/K nömrəli sənədindən görünür ki, X2 "xxxx" MMC-nin tabeliyində ünvan 2 ünvanında fəaliyyət göstərən "Kürdəmir-2" saylı aptekə xx.xx.2019-cu il tarixdən Əczaçı vəzifəsinə təyin edilmişdir; Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AF/T 001520 №-li sertifikasiya şəhadətnaməsindən görünür ki, X2 23 aprel 2025-ci il tarixdə əczaçıların (orta) sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir; xx.xx.2019-cu il tarixli, İNİL-1783/216/834 qeydiyyat nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84, Hökumət evi) tərəfindən 18 avqust 2016-cı il tarixində İNİL-1783/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxsnə (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu. Oqtay Vəliyev, ev 21C, VÖEN **********) ünvan 4 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir; KY262481507 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 21 yanvar 2026-cı il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən aptekdə aparılacaq plan üzrə (növbəti) yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli 3-28-1/3-2-81/2026 saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2026-cı il tarixdə AEM-in əməkdaşları tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; X1 PHŞ-nin Baş Direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin xx.xx.2026-cı il tarixli, 3-28- 1/2-2077/2026 saylı məktubundan görünür ki, Şəxs MMC ünvan 6 ünvanında fəaliyyət göstərən, şirkətlərinə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 09.02-xx.xx.2026cı il tarixlərində Səhiyyə Nazirliyinin X1nin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2 iyul 2013-cü il 714- İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışdır; xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X3, həqiqətən, xx.xx.2020-ci il tarixindən bu günə kimi Şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən aptekdə “xəzinədar” vəzifəsində çalışır; 11 fevral 2026-cı il tarixli Ə-77 saylı Yoxlama Aktına əsasən və ona əlavə edilən fotoçəkilişlərə əsasən sözügedən aptekdə plan üzrə (növbəti) yoxlama zamanı aptekin divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan nəm təmizlənməyə davamlı olan örtüyə malik olmadığı və divarların bəzi sahələri rütubətdən pozularaq yararsız hala düşdüyü faktı aşkar olunmuşdur. Dərman vasitələrinin və tibbi təyinatlı məmulatların saxlanması üçün anbar otağında siyirməli qapalı dolablara malik aptek mebelinin olmadığı faktı aşkar edilmiş, faktla bağlı İXM-nin 452.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı toplanmış sübutlarla kifayət qədər təsdiq olunur. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci (Dərman vasitələrinin saxlanması, daşınması, geri çağırılması və məhv edilməsi) maddəsinə əsasən dərman vasitələrinin saxlanması və daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının 3 nömrəli Əlavəsinin 4.3-cü bəndinə əsasən, aptekin otaqlarının divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik оlmalıdır. 4.4.1.1-ci bəndinə əsasən, aptek həyata keçirdiyi funksiyalara uyğun оlaraq dərmаn vаsitələrinin və tibb vasitələrinin saхlanması üçün siyirmələri olan qapalı dolablara malik aptek mebeli ilə təmin edilməlidir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 452.3-cü maddəsi ilə olan inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarından görünür ki, hadisə ünvan 7 ünvanında yerləşən VÖEN **********, hüquqi şəxs Şəxs MMC-yə (hüquqi ünvanı ünvan 8can Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyini icra etməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: "xxxx" MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar