Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-189/2026 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Nəsirova Aydan Fərhad qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Kürdəmir şəhəri, H.Aslanov küçəsində saxlanılar üstü yoxlanılan zaman şalvarın cibində 01 ədəd bükümdə çəkisi 0,05 qram qurudulmuş marixuana aşkar edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və daşımasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri, Elşən Mikayılov küçəsi ərazisində saxlanılmış və üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Şəxs Kürdəmir RPŞ-yə gətirilmişdir. Beləliklə, Şəxs əməlində İXM-nin 206cı maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sonuncu dəfə narkotik vasitə qurudulmuş marixuanadan 2019-cu ildə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu ərazisində piyada hərəkətdə olan zaman yerdən bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana taparaq istifadə etmək məqsədilə cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri, H.Aslanov küçəsi ərazisində olan zaman Kürdəmir RPŞ-nın əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlamışlar. Videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində narkotik vasitə olubolmaması soruşulmuş, əynində olan göy rəngli cins şalvarın cibindən bir ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/809 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində "...Şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 0,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1951 saylı rəyinə əsasən Şəxs narkotik vasitə olan kannobioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Ə.E.Məmmədovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2026-cı il tarixli qərarında göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, H.Aslanov küçəsi ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixdə saat 15:40-də Şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 15:00-dan hesablanmışdır. Aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, H.Aslanov küçəsi ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, qablaşdırılaraq üzəri "Azərbaycan Respublikası DİN-in №137" saylı möhürü ilə möhürlənərək rəy alınması üçün Azərbaycan Respublikası ƏN-nin MEMnin Şirvan Regional bölməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:40-da tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs saxlanıldığı Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və onun "şübhəli şəxs" statusuna xitam verilmişdir. Araşdırma zamanı isə Şəxs narkotik vasitəni satmaq niyyətinin olması müəyyən olunmamış, onun narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsindən ötrü saxlaması müəyyən edilmişdir. Beləliklə aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 16 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 115.3-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; İş üzrə maddi sübut-Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 0.05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.03 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1951 saylı rəyinə əsasən Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 16 fevral 2026-cı il tarixdən hesablansın. İş üzrə maddi sübut-Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 0.05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.03 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilsin. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1951 saylı rəyinə əsasən Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-189/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-189/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver