Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-194/2026 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Nəsirova Aydan Fərhad qızının katibliyi, X*, Kürdəmir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, *5.03.*993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, satıcı vəzifəsində çalışan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində kirayə mənzildə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.*-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş *6.02.2026-ci il tarixli MN 23306*8 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin 0*.04.2025-ci il tarixli, 2(04*)-382/2026 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin 0*.04.2025-ci il tarixli, 2(04*)-382/2026 saylı, xx.xx.2024cü il tarixli, e-2(04*)-*287/2024 saylı, xx.xx.2025-ci il tarixli, e-2(04*)-675/2025 saylı, *5.03.2024-cü il tarixli, e-2(04*)-743/2024 saylı, *4.06.2024-cü il tarixli, e-2(04*)-*233/2024 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs ümumilikdə fiziki şəxsə borcu 4820 manat, bank təşkilatlarına isə 2855,09 manat təşkil edir. İcra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu ödəməkdən yayınmışdır. Çağırışlara gəlməkdən yayındığı üçün barəsində *9.**.2025-ci il tarixdə axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən *6.02.2026-cı il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır və orada işləyir. Barəsində olan icra sənədlərinin bəzilərindən ümumiyyətlə məlumatı yoxdur. İcra sənədinin icrasından yayınmır, hər ay hissə-hissə icra edəcəkdir. Telefonu olmadığına görə icra məmuru ilə əlaqə saxlaya bilməmişdir. Yaxın qohumlarından birinin telefon nömrəsini icra məmuruna vermiş, bundan sonra deyilən vaxtda və tarixdə icra məmurunun çağırışlarına gələcəkdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi V.H.Zeynalov çıxışında bildirdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.*-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən qəsdən və qərəzli şəkildə icra edilmədiyi hallarda tərtib olunur. Şəxs maddi imkansızlığı ucbatından icra sənədlərini icra edə bilməmiş, icra qeydlərində isə ümumiyyətlə məlumatı olmamışdır. Hazırda Bakı şəhərində marketlərin birində satıcı işinə düzəlib, barəsində inzibati həbs tədbiri görülərsə həmin işindən də çıxarılacaq və icra sənədləri icrasız qalacaq. Ona görə də, yaranmış vəziyyəti nəzərə alaraq, Şəxs barəsində inzibati həbslə bağlı olmayan yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin 0*.04.2025-ci il tarixli, 2(04*)-382/2026 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3750 manat borc, hüquqi yardımın göstərilməsi ilə bağlı *000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat olmaqla, cəmi 4820 (dörd min səkkiz yüz iyirmi) manat tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-8476 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs LP354245 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *65 manat 00 qəpik (yüz altmış beş manat sıfır qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi *90 manat 00 qəpik (yüz doxsan manat sıfır qəpik) pul tutlması müəyyən edilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-8234 nömrəli, *9.09.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs LP354235 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş *65 manat 00 qəpik (yüz altmış beş manat sıfır qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi *90 manat 00 qəpik (yüz doxsan manat sıfır qəpik) pul tutlması müəyyən edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(04*)-*287/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs əsas borca görə *84 manat əsas borcu, 27.6 manat cərimə borcu olmaqla, cəmi 2**.6 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04*)-675/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 230.92 manat əsas, 69.90 manat cərimə borcu olmaqla, cəmi 300.83 (üç yüz manat 83 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin *5.03.2024-cü il tarixli, 2(04*)-743/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs *00 manat əsas, 30.84 manat faiz, 7.24 manat cərimə olmaqla, cəmi *38.08 (bir yüz otuz səkkiz manat 08 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat 40 qəpik) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin *4.06.2024-cü il tarixli, 2(04*)-*223/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs *237.70 manat əsas, 378.93 manat faiz, 79.75 manat cərimə olmaqla, cəmi *696.38 (bir min altı yüz doxsan altı manat 38 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,37 (otuz yeddi manat 37 qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. - Kürdəmir rayon İcra və Probasiya şöbəsinin *9.**.2025-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.*-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.*-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Borclu Şəxs məhkəmədə verdiyi izahatında icra sənədi üzrə borclarını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləck inzibati tənbeh tədbirinə gəldikdə isə qeyd edilməlidir ki, Şəxs işləməməsi səbəbindən icra sənədlərinin tam olaraq icra edilməməsi nəzərə alınmalı, onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsi məqsədə müvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-5*, **4, **7, *28-*30-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(5-134)-194/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-194/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver