Məhkəmə qərarları › İş №3(5-134)-2/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-2/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-2/2026 26.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, şikayət vermiş şəxs X9 iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X21 şikayətini onunla əsaslandırmışdır ki, o, özünə məxsus olan "X31 1844LS yük" markalı, **-BH-*** avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu alıcı X15 öz aralarında olan razılaşmaya əsasən satmaq qərarına gəlmiş və avtomobilin dəyəri olan 60.000 (altmış min) manatı tam ödəmək imkanı olmadığı üçün X24 yarı dəyərini 30.000 (otuz min) manatı nəğd şəkildə ona ödəmişdir. Qalan 30.000 (otuz min) manat borcu isə aralarında bağlanan müqaviləni imzaladıqları tarixdən etibarən 1 il müddətində ödəməyi öhdəsinə götürmüş və həmin müddətədək avtomobili idarə etmək üçün etibarnamə əsasında Müşfiq Əliyevə vermiş, lakin avtomobilə mülkiyyət hüququ onda qalmışdır. "xxxx" ASC-də bədbəxt hadisə baş vermiş və X23 Xidmətinin xx.xx.2025ci il tarixli,3-17-5/3-2-1268/2025 nömrəli əmri ilə yaradılmış təhqiqat Komissiyası bədbəxt hadisənin təhqiqatınə aparmış və təhqiqat zamanı mülkiyyət hüququ əsasında ona aid olan lakin faktiki olaraq etibarnamə əsasında idarə edilən “X31 1844LS yük" markalı, **- BH-*** avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqu həmin ASC-yə giriş çıxış etdiyi üçün araşdırmaya cəlb edilmiş və əsassız olaraq onun barəsində AR İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir. Cərimə edilməsinə səbəb guya fərdi sahibkar kimi əmək müqaviləsi bağlamadan X16 onun işlərini yerinə yetirməyə cəlb etmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Əmək qanunvericiliyinin pozulması maddəsidir. Bu maddəyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hərçənd burada deyilir: O, özünə məxsus avtomobili X4 və o, pulu tam ödəyə bilmədiyi üçün ona sürmək üçün etibarnamə vermişdir. Ona sürmək üçün etibarnamə verməsi X11 onun hansısa işini və ya tapşırıqlarını yerinə yetirmək anlamına gəlmir. Göründüyü kimi X11 onun avtomobilini etibarnamə əsasında idarə etməsi bu maddənin tələbləri pozulması və ya X24 ilə əmək münasibətlərinin olması deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, 25 dekabr 2025-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X21 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri bardə qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasının qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X24 izahat verərək bildirdi ki, 2025-ci ilin may ayında "X31 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu Fizulidən satın almışdır. Həmin avtomobilə görə hər ay Fizuliyə 1000 manat ödəniş edir. Pulunu tam ödəyə bilmədiyi üçün maşını adına keçirməyib, ödəniş bitdikdən sonra avtomobili öz adına keçirəcək. Aralarında razılıqla müqavilə bağlamışlar və 1 il müddətinə aylıq 1000 manat olmaqla ödəniş edəcək, qalan pulu isə nağd şəkildə ödəyəcəkdir. Məqsədi işlətmək, çörək pulu qazanmaq olmuşdur. Türkiyəyə yük götürmək üçün getmiş, gələrkən yükü Şuşaya aparıb boşaltmışdır. Həmin vaxt orda bir nəfərin xəsarət alması ilə nəticələnən hadisə olmuş, ora komissiya gəlmiş, yoxlama aparılmışdır. Hadisə vaxtı onun da həmin maşınla ordan çıxdığını görmüşlər və maşın Fizulinin adında olduğu üçün Fizuli Məmmədova cərimə yazmışlar. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, X27 Fizulidən tır maşınını- "X31 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu 60000 manata satın almış, öz aralarında yarı qiymətinə, yəni 30000 manatını nağd ödəməklə, qalan hissəsini bir il ərzində ödəmək barədə razılıq əldə etmişlər. Maşını idarə etməsi üçün Əliyev Müşfiqə etibarnamə verilmişdir. Razılıq edilən zaman və etibarnamə verilən zaman onların yanlarında olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X25 izahat verərək bildirdi ki, eyni kənddə yaşayırlar, alqı-satqı olan zaman yanlarında olmuş, Fizuli Müşfiqə yarı qiymətini nağd, qalan hissəsini bir il ərzində az-az ödəmək şərti ilə 2025-ci ilin may ayında "X31 1844 LS yük" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu satmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X22 izahat verərək bildirdi ki, X21 onun əmisi oğludur. Fizuli ona məxsus tır maşınını- "X31 1844 LS yük" markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu Əliyev Müşfiqə yarı qiymətni, yəni 30.000 manatının nağd, qalan 30000 manat hissəsini bir il ərzində ödəmək barədə razılığa gəlməklə satmışdır. Aralarında razılıq əldə olunan zaman onların yanlarında olmuşdur. Şahid ifadələri iş materiallarında olan sübutlarla uzlaşır və bir-birini tamamlayır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və şahidlərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X21 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli avtomobil üzrə borc şərtli alqı-satqı müqaviləsindən (notariat qaydasında imzalanmayıb) görünür ki, X21 və X24 öz iradələri ilə bu müqaviləni bağlamış və imza etmişlər. Belə ki, X21 ona məxsus olan X33 1844 (**-BH- ***/WOB9340321L214442) və Krone Yarımqoşqu (**-ZA-***/WKESD**********14) markalı nəqliyyat vasitələrini, alıcı X15 öz aralarındakı razılaşmaya əsasən satmaq qərarına gəlmişdir. X6 avtomobilin dəyəri olan 60000 (altmış min) manatı tam ödəmək imkanı olmadığından, yarı qiymətini 30000 (otuz min) manatını ona nağd ödəmişdir. Qalan 30000 (otuz min) manat borcu isə müqaviləni imzaladıqları tarixdən (xx.xx.2025) etibarən 1 (bir) il müddətində ödəməyi öhdəliyinə götürür. Qeyd olunan müddət ərzində avtomobilin mülkiyyəti Məmmədov Fizuliyə aid qalaraq, X24 isə etibarnamə əsasında yalnız sürmə hüququ ilə avtomobili öz şəxsi mülkü kimi istifadə edəcək; xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X21 özünə məxsus olan "X31 1844LS yük" markalı, **-BH-*** avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün 9 il 10 ay 23 gün müddətinə, xx.xx.2035-ci il tarixədək X17 etibarnamə vermişdir; xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X21 özünə məxsus olan **-ZA-*** dövlət qeydiyyat nişanlı "xxxx" yarımqoşqunu idarə etmək üçün 9 il 10 ay 23 gün müddətinə, xx.xx.2035-ci il tarixədək X17 etibarnamə vermişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin 16 yanvar 2026-cı il tarixli 3-17-5/3-2-60/2026 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən "X28 Məsuliyyətli Cəmiyyətinin (hazırda "VİA CONSTRUCTİON MMC) (bundan sonra Cəmiyyət) sabiq işçiləri X10 va X12 15.11 2025-ci il tarixdə xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə təhqiqat komissiyası yaradılmış, baş vermiş bədbəxt hadisənin təhqiq edilməsini və təhqiqat materiallarının X23 Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinə təqdim edilməsini təmin etməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin əməyin nəzarət şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-1-22381/2025 nömrəli xidməti məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) sabiq elektrik quraşdırıcısı X8 xx.xx.2025-ci il tarixdə saat 16:00-16:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı tərtib edilmiş təhqiqat aktına Xidmətin Aparatının Əməyin mühafizəsinə nəzarət şöbəsində baxılmışdır. Xidmətin Aparatının Əməyin mühafizəsinə nəzarət şöbəsinə xx.xx.2025-ci il tarixli 3-17-5/3-1- 19463/2025 nömrəli xidməti məruzə ilə ilk dəfə təqdim edilmiş Təhqiqat aktına və ona əlavə olunan materiallara baxış keçirilən zaman təhqiqat materiallarının 27-ci səhifəsində göstərilmiş xx.xx.2025-ci il tarixdə giriş təlimatı keçirilmiş X11 ƏMAS-da həmin tarixdə hər hansı şəxslə qüvvədə olan əmək müqaviləsinin olmadığı məlum olmuşdur (yalnız xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə digər kənar hüquqi şəxslə əmək müqaviləsinin bağlandığı məlum olur). Bu məsələ ilə bağlı ətraflı araşdırma aparıb həmin şəxsin də əmək müqaviləsi bağlanılmadan (hüquqi qüvvəyə minmədən) işlərə cəlb edilibedilməməsinin dəqiqləşdirilməsi barəsində rəy verilsə də nəticəsi barədə yetərli sənədlər təqdim edilməmiş, müvafiq dəqiqləşdirmə aparılmamışdır, həmin şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hissəsində əlavə araşdırılma aparılması məsələsinə baxılması məqsədəuyğun hesab olunur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-M-114562/2025 nömrəli bildirişindən görünür ki, X21 barəsində olan işə baxılması 15 dekabr 2025-ci il tarixdə saat 12:00-a təyin olunmuş və bununla bağlı vətəndaşa bildiriş göndərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-M-116758/2025 nömrəli bildirişindən görünür ki, X13 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilməsi bildirilmiş və protokol göndərilmişdir; xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X16 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərə (xidmət) cəlb edilməsinə görə X21 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsası ilə barəsində protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqəsindən görünür ki, X5 Fizuli Arif oğlu ilə hər hansı əmək münasibətlərinin olmadığını və maşın alqı-satqısı etdiyini bildirmişdir; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqəsindən görünür ki, X21 MN ******* nömrəli protokoldan şikayət etdiyini və X24 ilə əmək münasibətlərinin olmadığını bildirmişdir; 25 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21 xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) fiziki şəxs X16 işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə X21 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xəta törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci tarixli, 3-17-5/2-M-121200/2025 nömrəli bildirişindən görünür ki, X21 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə müvafiq olaraq, 25 dekabr 2025-ci il tarixli, ******* saylı qərar qəbul edilərək cərimə tətbiq olunması barədə ona bildiriş göndərilmişdir; xx.xx.2026-cı il tarixli Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, şikayət vemiş şəxs X3 rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşadığı üçün vermiş olduğu şikayətə Kürdəmir Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir; Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X9 barasində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, inzibati orqan tərəfindən şikayətçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün zəruri olan inzibati xəta tərkibinin bütün əlamətləri iş üzrə sübuta yetirilməmişdir. İş materialları və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, X21 ilə X24 arasında xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitələrinin borc şərtli alqı-satqısına dair razılaşma bağlanmış, avtomobilin dəyərinin 30.000 manatı ödənilmiş, qalan məbləğin isə bir il ərzində hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Həmin müddət ərzində nəqliyyat vasitələrinin idarə olunması üçün alıcıya etibarnamə verilmişdir. Bu hallar tərəflər arasında mülki-hüquqi münasibətlərin mövcud olduğunu göstərir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsindən istifadə etməklə yük daşıma fəaliyyəti göstərmiş, həmin fəaliyyət nəticəsində gəlir əldə etmişdir. Lakin iş materiallarında onun X9 tabeliyində işləməsi, onun göstərişləri əsasında hər hansı əmək funksiyasını yerinə yetirməsi, əməyinin şikayətçi tərəfindən ödənilməsi, daxili əmək qaydalarına tabe olması və ya əmək münasibətlərinə xas digər əlamətlərin mövcudluğu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, əmək münasibətlərinin mövcudluğu üçün tərəflər arasında işəgötürənin göstəriş vermək və nəzarət etmək hüququ, işçinin daxili əmək intizam qaydalarına tabe olması, əmək funksiyasının əvvəlcədən müəyyən edilməsi, əməyin işəgötürən tərəfindən ödənilməsi və təşkilati-hüquqi asılılıq kimi əlamətlər mövcud olmalıdır. Bu əlamətlərin hər hansı birinin deyil, məcmu halda mövcudluğu əmək münasibətlərinin yaranmasını şərtləndirir. Məhkəmə nəzərə alır ki, tərəflər arasında nəqliyyat vasitələrinin alqı-satqısı notariat qaydasında rəsmiləşdirilməmişdir. Lakin iş materialları, şahid ifadələri və verilmiş etibarnamələr məcmu halda qiymətləndirildikdə nəqliyyat vasitələrinin faktiki olaraq alıcıya təhvil verildiyi, onun sərəncamına və istifadəsinə verildiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə araşdırmanın predmeti alqı-satqı müqaviləsinin mülki hüquq baxımından etibarlılığı deyil, tərəflər arasında münasibətlərin hüquqi xarakterinin müəyyən edilməsidir. Notariat qaydasında rəsmiləşdirilməməsi tərəflər arasında əmək münasibətlərinin yaranmasını avtomatik olaraq sübut etmir və bu hal inzibati məsuliyyət üçün əsas ola bilməz. Şahid ifadələri yazılı sübutlarla uzlaşaraq göstərir ki, nəqliyyat vasitələri faktiki olaraq alıcının istifadəsinə verilmiş, o, həmin nəqliyyat vasitələrindən öz təşəbbüsü ilə yük daşıma fəaliyyəti üçün istifadə etmiş və əldə etdiyi gəliri öz mənafeyi üçün götürmüşdür. Bu hallar tərəflər arasında tabelik və əmək funksiyasına əsaslanan münasibətlərin deyil, faktiki mülki-hüquqi xarakterli münasibətin mövcudluğunu göstərir. Beləliklə, nəqliyyat vasitəsinin notariat qaydasında rəsmiləşdirilməməsi faktı inzibati xəta tərkibinin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət edən hal hesab edilə bilməz. İnzibati xəta haqqında protokol və qərar əsasən X11 müəyyən tarixdə əmək müqaviləsinin olmaması faktına istinad edilməklə tərtib edilmişdir. Halbuki, əmək müqaviləsinin olmaması faktı özü-özlüyündə həmin şəxsin məhz şikayətçi tərəfindən işə cəlb edildiyini təsdiq etmir. Onun yük daşıyaraq pul qazanması şəxsi təşəbbüsə əsaslanan və öz mənafeyi üçün həyata keçirilən fəaliyyət olmuş, bu hal tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu sübut edən hal kimi qiymətləndirilə bilməz. Təkcə nəqliyyat vasitəsinin mülkiyyət hüququnun şikayətçinin adına qalması və həmin nəqliyyat vasitəsinin etibarnamə əsasında digər şəxs tərəfindən idarə edilməsi, həmin şəxsin avtomatik olaraq mülkiyyətçinin işçisi hesab olunmasına əsas vermir. Əmək münasibətlərinin mövcudluğu üçün tərəflər arasında işəgötürən və işçi münasibətlərinə xas olan hüquqi asılılıq və tabelik münasibətləri müəyyən edilməlidir ki, iş üzrə belə hallar sübuta yetirilməmişdir. İnzibati orqan tərəfindən iş materiallarına əmək haqqının ödənilməsini təsdiq edən sənəd, tabelik və göstəriş münasibətlərini təsdiq edən sübut, iş vaxtının və əmək funksiyasının müəyyən edilməsini göstərən sənəd, habelə tərəflər arasında əmək müqaviləsinin faktiki mövcudluğunu sübut edən hər hansı obyektiv dəlil təqdim edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən şikayətçinin işəgötürən qismində çıxış etməsi və əmək müqaviləsi bağlamadan fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə nəticə çıxarmaq üçün kifayət qədər və mötəbər sübutlar təqdim olunmamış, inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam şəkildə müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda şikayətçinin konkret olaraq hansı işlərin görülməsi üçün fiziki şəxsi cəlb etdiyi, həmin işlərin hansı hüquqi əsasla və hansı şəraitdə icra edildiyi, tərəflər arasında tabelik münasibətinin necə formalaşdığı göstərilməmişdir. Bu isə inzibati xəta tərkibinin obyektiv tərəfinin müəyyən edilməsinə imkan vermir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün şəxsin təqsirinin qəti və şübhəyə yer qoymayacaq dərəcədə sübuta yetirilməsi səlahiyyətli orqanın vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə, onun təqsirini təsdiq edən dəlilləri toplamaq və məhkəməyə təqdim etmək vəzifəsi səlahiyyətli orqana məxsusdur. Təqsirin mövcudluğu barəsindəki bütün şübhələr həmin şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda göstərilən sübutlar və tərəflər arasındakı münasibətin hüquqi xarakteri nəzərə alınaraq, iş üzrə bütün materialları və dindirilmiş şahidlərin ifadələrini qiymətləndirərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X21 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X21 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar