Məhkəmə qərarları › İş №3(5-134)-256/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-256/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-256/2026 04.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Nəsirova Aydan Fərhad qızının katibliyi, Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektou, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2026-cı il tarixdə, saat 15:35-də Motosiklet markalı, nömrəsiz nəqliyyat vasitəsi ilə ünvan 1i ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus avtomobillə toqquşaraq ona maddi zərər yetirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, yol-nəqliyyat hadisəsi faktı əsasında tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1993cü il təvəllüdlü, Kürdəmir rayonu, Təklə kəndində qeydiyyatda olan Şəxs 02 mart 2026-cı il tarixdə, saat 15:35-də Kürdəmir şəhəri, Babək prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi əmisi X1 mülkiyyətində olan nömrəsiz Motosiklet markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs məxsus BMW 535İ minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmaqla maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 02 mart 2026-cı il tarixdə saat təxminən 15:35 radələrində əmisi X1 mülkiyyətində olan qızılı rəngli, dövlət qeydiyyat nişanı olmayan motosikleti (trisikl) nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özü idarə edərək Kürdəmir şəhəri, Babək prospektində sağ hərəkət zolağı ilə Ağsu rayonu istiqamətində öz yolunda asfalt örtüklü yolda hərəkətdə olan zaman qarşıda yolun hərəkət hissəsində markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin dayandığını görüb zolağı dəyişmək məqsədilə sol hərəkət zolağında BMW 535İ minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğuna diqqət etmədən sola doğru manevr etmiş, bu zaman idarə etdiyi avtomobilin arxa hissəsi BMW 535İ minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı motosikletdə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Şəxs ilk dəfə inzibati xəta törətdiyini, əməlindən səmimi peşimançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən tərtib edilmiş 03 mart 2026-cı il tarixli 04 nömrəli ziyan aktında Zərərçəkmiş şəxs məxsus BMW 535İ minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış keçirildiyi və qəza nəticəsində avtomobilə dəymiş ümumi ziyan 6000 AZN olduğu qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar