Məhkəmə qərarları › İş №3(5-134)-293/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-293/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-293/2026 12.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Nəsirova Aydan Fərhad qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitə olan amfetamindən istifadə etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir Rayon Polis X2 təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi qərarı əsasında Şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi faktı üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bir müddət olar ki, narkotik vasitədən istifadə edir. Təxminən 5-6 gün bundan qabaq Bakı şəhərində olan zaman əvvəllər tanıdığı Rövşən adlı şəxs ona narkotik vasitə olan amfetamin vermiş və birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Kürdəmir şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şöbəyə dəvət etmişlər. Üzərindən narkotik vasitə aşkar edilmədiyindən, Gəncə şəhər Narkoloji Dispanserə aparılmış və müayinə zamanı sidik analizindən narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli 433 saylı rəyinə əsasən Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2026-cı il tarixli 1098 nömrəli protokolda Şəxs sidiyində amfetamin aşkat edildiyi müəyyən edilmişdir. -Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında 12 mart 2026-cı il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞ-nin NMB-nin baş ə/müvəkkili polis polkovnikleytenantı X5 raportla Kürdəmir RPŞ-nin rəisinə müraciət edərək göstərmişdir ki, Kürdəmir şəhəri, 20 Yanvar küçəsi, ev 14-də yaşayan Şəxs nakotik vasitələrin istifadə etməsində şübhəlidir. Material üzrə izahatı alınan X5 izahatında göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2026-cı il tarixdə saat 10 radələrində o, xidmətdə olan zaman ona Kürdəmir şəhəri, 20 Yanvar küçəsi, ev 14-də yaşayan Şəxs narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2026-cı il tarixdə saat 10 radələrində o, polis əməkdaşı Məhəmməd Quliyevlə birlikdə Kürdəmir şəhəri ərazisində Şəxs saxlamış və polis şöbəsinə dəvət etmişlər. Şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş və suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitədən istifadə etmişdir. xx.xx.2026-cı il tarixdə o, polis əməkdaşları ilə birlikdə Şəxs Gəncə şəhər Narkoloji Dispanserə aparmış və müayinə zamanı sonuncudan narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Beləliklə də aparılmış araşdırma zamanı tam təsdiq olunmuşdur ki, Şəxs narkotik vasitə olan amfetamindən istifadə etmişdir. Ona görə də Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 12 mart 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 115.3-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026 il tarixli 433 saylı rəyinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 mart 2026-cı il tarixdən hesablansın. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026 il tarixli 433 saylı rəyinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə tətbiq olunsun və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar