Məhkəmə qərarları › İş №3(5-134)-54/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-54/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-54/2026 15.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polsi sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fıərdi əməjklə məşğul olan, Laçın rayonu Bülüldüz kəndində qeydiyyatda olmaqla, Kürdəmir şəhəri,564 ailəlik Yeni qəsəbədə yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kürdəmir rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli 4.01.2026-cı il tarixli i inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollara əsasənm Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:05-də Kürdəmir rayonu ərazisndə Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin BDYPİ-nin YPXA-nın 7-ci tağımının inspektroları X4 və X1 təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, özü Laçın rayonundan məcburi köçkün olmaqla Kürdəmir şəhərində inşa edilmiş qəsəbədə yaşayır. Evlidir və himayəsində 3 azyaşlı övladları vardır. xx.xx.2026-cı il tarixdə Fizuli rayonundan doğranmş odunları Kürdəmir rayonunun Pirili kəndində apararkən Kürdəmir rayonunda yerləşən YPX postunda polis əməkdaşarı onu saxlatdırmış və ondan sənədləri tələb etmişlər. O, sənədləri təqdim etdikdən sonra idarə etdiyi avtomobilin yek yerində olan doğranmış odunları görüb həmin odunları haradan gətirdiini soruşmuş, o, da həmin odunları Fizuli rayonundan gətirdiyini desə də polis əməkdaşları ona inanmamış və ağac kəsdiyini bildirmişlər. O.da narazılığını bildirmiş buna görə aralarından mübahisə yaranmışdır. Polis əməkdaşları onlarla birlikdə onun polis şöbəsinə getməsini təkid etmiş, o, isə avtomobildə olan heyvanları fermaya düşürdükdən sonra gedə biləcəyini demiş, polis əməkdaşları onunal razılaşmamış və əsəsbləşərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aoparmaq istəsələrə də o, polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin polsi sahə rəisi, polis kapitanı X5 bildirdi ki, xx.xx.2026-cı il tarixdə Kürdəmir RPŞdə növbədə olmuş, DİN-nin BDYPİ-nin YPXA-nın 7-ci tağımının inspektoru Orxan Yolçuyevin raportu əsasında Şəxsn əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün Şəxs barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində Şahid qismində X4 məhkəmə iclasında bildirdi ki, O, BDYPİ-nin YPXA-nın 7-ci tağımında inspektor vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə saat təxmiən 16 radələrinə Alayın baş serjantı Sabit Rəhimovla birlikdə xidmətdə olarkən postun ərazisində “UAZ” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanı çirkli olduğu üçün tərələrindən saxlanılmış və avtomobili idarə edən və adını sonradan bildikləri Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş,ona avtomobilin saxlanılması səbəbini izah etmişlər. Bunda sonra ondan idarə etdiyi avtmobilin sənədlərini təqdim etməsini xahiş etmiş, avtomobildə kəsilmiş odunları görüb ondan həmin ağacları haradan kəsdiyini soruşmuşlar. O, isə əsəbi halda onlara heç bir məlumat verməmiş, ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmişdir. Onlar Şəxs sakitləşdirmək istəsələr də o, sakitləşməmiş, onlar Şəxs nizam intizama dəvət etsələr də o, qanuni tələblərə tabe olmamış və qanunsuz hərəkətlərinə davam etmişdir. Buna görə də onlar məcburi şəkildə Şəxs avtomobilə mindirib Kürdəmir RPŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər. O, Şəxs belə hərəkətlərə yol verməməsi və nizam-intizamlı olması üçün barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2026-cı il tarixdə Kürdəmir rayon Polis şöbəsinin sahə rəisi, Səbri Tahirov tərəfindən tərtib edilmiş MN ******* №-li və MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə uca səslə nalayiq ifadələr işlədərək yol polisi əməkdaşlarını söyüb təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında üzrə iş materialalrında olan xx.xx.2026-cı il tarixli, AZA 030519 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026cı il tarixdə, saat 19.40-da inzibati qaydada tutulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman Şəxs uca səslə nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 3 azyaşlı övladı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın 7-ci tağımının əməkdaşları Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş,ona avtomobilin saxlanılması səbəbini izah etmişlər. Bunda sonra ondan idarə etdiyi avtmobilin sənədlərini təqdim etməsini xahiş etmiş, avtomobildə kəsilmiş odunları görüb ondan həmin ağacları haradan kəsdiyini soruşmuşlar. O, isə əsəbi halda onlara heç bir məlumat verməmiş, ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədə izahat verən polis əməkdaşının ifadəsi ardıcıl, dəqiq və daxili ziddiyyətsizlik olmadan təqdim edilmiş, protokolun məzmununu tam şəkildə təsdiqləmişdir. İnzibati xətanı törədən şəxs isə öz izahatında həmin halları təsdiq edərək peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin və barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə araşdırması zamanı da səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması, himayəsinə 2 azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, onun barəsində inzibati cərimə tənbehinin təyin edilməsi ədalətli və məqsədə uyğundur. Belə ki, o, ictimai qaydanı pozmuş, lakin törətdiyi hərəkət nəticəsində ağır nəticələr baş verməmişdir. Həmçinin, əməlindən peşman olmuş və 3 azyaşlı övladı olmaqla fərdi əməklə məşğul olur. Bu səbəbdən inzibati cərimə həm törədilmiş xətanın ağırlığına adekvat, həm də tərbiyəvi və profilaktik məqsədlərə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 31.4-1 və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar