Məhkəmə qərarları › İş №3(5-134)-56/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(5-134)-56/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(5-134)-56/2026 21.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29238233 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin yəni, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması görə barəsində həmin maddə ilə inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 469-u maddəsi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aid olduğu üçün həmin maddə yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara aid deyildir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görənəqliyyat Məhkəmə inzibati xəta üzrə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri tədbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsine əsasən inzibati xata haqqında işin baxılmağa hazırlanması zamanı protokollar ve diger materiallar səlahiyyəti olmayan şexsler tərəfinden tertib edildikde, protokollar ve diger sanadlar düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolların ve ya digər sənədlərin onu tertib etmiş orqana, vazəfəli şəxsə geri qaytarılması barəsində qərardad qebul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43,106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 529.3-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Kürdəmir rayon Polis Şöbəsinə geri qaytarılsın. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Sədrlik edən Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar