Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-72/2026 27.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş qərar üzrə inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan EQ 30153715 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi vaxtdan müvafiq 10 manat cəriməni və 6 manat dəbbə pulunu (cəmi 16 manat) 3 ay müddətində ödəməmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən əldə edilmiş çıxarışdan, görünür ki, Şəxs EQ 30153715 saylı inzibati xəta haqqında iş üzrə cəriməni ödəməmişdir. Beləliklə, məhkəmə inzibati xəta üzrə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq onun nəqliyyat vasitələsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: xx.xx.1988-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu Öyləqulu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələsini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №3(5-134)-72/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-72/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver