Məhkəmə qərarları › İş №3(5-135)-45/2026

Qax Rayon Məhkəməsi Qərar — İş №3(5-135)-45/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(5-135)-45/2026 17.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 15 avqust 1994-cü il tarixdə Qax şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, gözətçi işləyən, İİ Qarabağ Müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qax rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 Emil Elçin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 izahatında bildirmişdir ki, tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2026-cı il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında onunla söhbət edən zamanı aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı orada ikisi olmuş və kənar şəxslər olmamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs qızı evdə olmuşdur. Mübahisə zamanı Lamiyə onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs vurmamış və bədən xəsarəti yetirməmişdir. Daha sonra Lamiyənin yanından uzaqlaşaraq yaşadığı ünvana getmişdir. İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 05 radələrində yaşadığım evdə az yaşlı övladım Aytac ilə birlikdə yatan zaman evinin pəncərəsi və qapısı döyülmuşdür. Evinə gələn şəxsin qonşuluqda olan Emil adlı şəxs olduğunu bilmişdir. Emil qapını açdıqdan sonra onunla mübahisə edərək yaşadığı binaya “kişi” gətirdiyini bildirmişdir. O isə Emilə evdə az aşlı övladından savayı heç kəsin olmadığını demişdir. Hətta Emilə yaşadığı evin içərisinə girməyə icazə vermişdir ki, evin içərisinə girsin və əmin olsun ki, heç kəsi evə gətirməmişdir. Emil onun yaşadığı evin içərisinə girdikdən sonra yaşadığı evi tərk etmişdir. Bir müddət sonra Emil yenidən yaşadığı mənzilə gələrək qapını döyməyə başlamışdır. Qapını açan zaman Emil onunla mübahisə edərək ünvanına nəlayiq ifadələr işlədərək sağ göz nahiyəsinə bir neçə dəfə yumruq ilə vuraraq yanından uzaqlaşdı. Emilin vurduğu yumruğun nəticəsində sağ gözündən xəsarət almışdır. Lakin, hazırda barışmışlar, Hazırda o, Şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə zərəçəkmiş şəxs arasında barışıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 17 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, 10 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşakar edilən xəsarətlər: sağ gözaltı nahiyədə qançır- küt əşyanın təsrindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə yumruqla vurulmaqla əmələ gələ bilərdi, sağlamlığa “zərər vurmayan” xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət olduğu qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, sonuncuya qarşı hər hansı şikayət və tələblərinin olmamasını, həmçinin də gələcəkdə olmayacağını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından vəkil hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 33 manat məbləğində pul ödənilməsi üçü vəkili hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar