Məhkəmə qərarları › İş №3(5-135)-49/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №3(5-135)-49/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(5-135)-49/2026 19.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - icra məmuru Yaşar Mahayevin, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş (tələbkar) X1, Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon icra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev izahat verərək bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul və vəkilə ödənilmiş 100 manat xidmət haqqı, cəmi 150 mnat pul vəsaiti alınaraq tələbkar X2 verilməlidir. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 03 dekabr 2021 -ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədi 16 may 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)- 2929/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs dəyəri 3500 manat olan, ümumi çəkisi 35.0 qram olan qızıl sırğa, üzük, qolbağı və boyunbağından ibarət 01 ədəd dəst naturada, olmadıqda onların dəyəri alınaraq iddiaçı X5 verilməlidir. Qeyd olunan icra sənədi 04 iyun 2024-cü il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 8(024)-3/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli İcra sənədi üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)171/2022 №li, 05 may 2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmiş 27 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 19 avqust 2019-cu il tarixdə doğulmuş X7 və 03 noyabr 2020-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 46.7 %-i, 0.46 misli həddində 186 manat sabit pul məbləğində aliment tutularaq Ağdami (Haqverdiyevə) Pərvin İbrahim qızına ödənilməlidir. Qeyd olunan icra sənədi 14 aprel 2025-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. İcra vərəqəsinin tələbi borclu tərəfindən könüllü olaraq, qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyindən, icra vərəqəsinin icrasını məcburi təmin edilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri “Elektron icra” sistemi vasitəsi ilə araşdırılmış, nəticədə borclu Şəxs pensiya aldığı müəyyən edilmiş və həmin pensiyadan tutulması üçün inkasso sərəncam göndərilmişdir. İcra sənədi üzrə borclunun xx.xx.2026-cı il tarixdə Qax rayon icra və probasiya şöbəsinə verdiyi izahatında iş qabilyyətin olmadığı üçün işsiz olduğunu və yaranmış 10912 manat aliment və 3500 manat əmlak borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə proses icra məmurunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında material məhkəmə baxışından çıxarılaraq protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, icra məmuru tərəfindən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-171/2022 nömrəli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2929/2023-008 nömrəli icra sənədləri üzrə borclu Şəxs barəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Qax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(024)-154/2025 saylı qərarı ilə borclu Şəxs 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, həmin iki icra sənədi üzrə tələbin icra olunmaması faktına görə artıq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi tətbiq edilmiş və Qax rayon Məhkəmənin qərarı qüvvəyə minmişdir. Daha sonra icra məmuru Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(024)-3/2025- 007 nömrəli icra sənədini (alimentin indeksasiyası barədə) icraata qəbul etmiş və həmin icra sənədini əvvəlki iki icra sənədləri (Zaqatala və Ağdam rayon Məhkəmələrinin) ilə birləşdirərək yenidən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən, 528.1-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Hazırkı halda məhkəmə qeyd edir ki, Zaqatala və Ağdam rayon Məhkəmələrinin icra sənədləri üzrə artıq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi tətbiq edilmiş, həmin icra sənədləri üzrə icra edilməmə halı davam etdiyinə görə həmin iki icra sənədi üzrə yeni protokol Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə deyil, məhz Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilməli idi. Digər tərəfdən, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(024)-3/2025 saylı icra sənədi isə əvvəl tətbiq edilmiş inzibati tənbeh qərarından sonra qəbul edilmiş ayrıca və müstəqil icra sənədi olduğuna görə həmin icra sənədi üzrə icra edilməmə faktı ilkin xarakter daşıdığından, həmin icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə materialların natamamlığı kimi qiymətləndirilməli və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında material məhkəmə baxışından çıxarılaraq protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati xəta haqqında materialın geri qaytarılması hazırki qərardadda qeyd edilən natamamlıqların aradan qaldırılaraq işin yenidən məhkəməyə göndərilməsini istisna etmir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə , Qərara aldı: Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Qax rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar